Bizim çox maraqlı bir kəndimiz var… Vallah tərifləməyəcəyəm. Nə var onu da yazacam, bəlkə də, yıxıb – sürüyəcəyəm bu “marağı”.
Ən azından 3 ayda bir dəfə kəndə gedib valideynlərimə baş çəkirəm. Ancaq səfərimin 2-ci günündə bezirəm bəzən. Belə pis çıxmasın kənddə az olsam da necə deyərlər “ala itdən məhşuram”. Hamı nə işlə məşğul olduğumu, hansı təşkilatın üzvü olduğumu bilir. Bu səbəbdəndir ki, kəndimizin əksər sakinləri mənə “Muxalifiyyətçi” deyir. Bax elə belədə deyirlər. Hətta “Y” hərfini 2 dəfə dediklərinə də heç bir şübhəm yoxdur. Bəzən buna sevinirəm. Ən azından ona görə ki, üzvü olduğum təşkilatı çox yerdə tanıda bilməsəm də, heç olmasa 9 min əhalisi olan kəndimizdə əhalinin əksəriyyətinə tanıda bilmişəm. Tanımayanlar da “Dalğa” əvəzinə “Ləpə”, “Dəniz” və ya buna bənzər nəsə deyirlər.
Bütün bu gözəlliklərin və səmimiyyətin bir əmması var. Hamı özünü daha ağıllı sayır, gənclərin əksəriyyəti elə bilir ki, Manıs Üzeyir Mehdizadə bütün dünyada tanınır, hamı ona qulaq asır və hamı siyasəti iyrənc bir şey hesab edir. Orda olduğum 2-3 gün ərzində bəlkə də 100 nəfər çalışır mənə məsləhət versin ki, “Başını aşağı sal çörək pulunu qazan!”, “Sənin nəyinə lazımdır kim gedəcək, kim gələcək?!” və s. və ilaxır. Ancaq 10 dəqiqə söhbətdən sonra hamı başlayır siyasətdən danışmağa, amma Azərbaycandan yox. Hamı Amerikanın İrana edə biləcəyi hərbi müdaxiləni müzakirə edir. Liviya da və ümumilikdə ərəb ölkələrində olanlara münasibət bildirir, hamı qərbin yürütdüyü siyasətdə bir “əmma” axtarır… Ancaq hamı deyir ki, siyasətdən uzaq olmaq lazımdır.
Yuxarıda dediklərimin hamısı kəndimizin kişilərinə xas hərəkətlərdir. Bizim kəndin namus qeyrəti çox güclüdür. Qadınlarımız ancaq qonşudakı ailədaxili münaqişələrdən danışır, daha siyasət kimi şeytan əməlindən yox. Hə birdə maraqlı bir mövzuları var; Mentaliteеimizin ən böyük müdafiəçiləri olan xanımlarımız boş olan zaman axşam efirdə baxdıqları Braziliya və Türkiyə seriallarında olan ən maraqlı səhnələri bir – birinə danışırlar.
Комментариев нет:
Отправить комментарий