29.06.2011

Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitabın təqdimatı keçirilib


Sevinc Budaqovanın kitabının təqdimatı keçirilib
Merkez.az-ın verdiyi məlumata görə bu gün Azərbaycan Milli Elmlər Akdemiyasında tarix elmləri namizədi, dosent Sevinc Budaqovanın “Ümid qapısı, mərhəmət ünvanı”  kitabının təqdimatı keçirilib. Tədbirdə Millət vəkili Gülər Əhmədova, Qənirə Paşayeva  və digər şəxslər çıxış edərək kitabın əhəmiyətindən danışıblar. Kitab Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə apardığı uğurlu fəaliyyətinə həsr olunub.
Müəllif Sevinc Budaqova kitabın təqdimatı ilə bağlı təəssüratlarını bizimlə paylaşdı. “Bir az həyəcanlıyam. Kitab iki il ərzində ərsəyə gəlmişdir. Tarix institutunun elmi şurasında müzakirə edilib qərar verilmişdir. Kitabın elmi məsləhətçisi Yaqub Mahmuda təşəkkürümü bildirirəm. Baş redaktorumuz çox dəyərli tarixçimiz Cəbi Bəhrəmovdur. Ən gözəli odur ki, kitab Heydər Əliyev Fondunun fəaliyyətini əhatə edir. Fondun hər bir sahədə göstərdiyi fəaliyyətini işıqlandırmağa çalışmışam. ”
Kitabın baş redaktoru professor Cəbi Bəhrəmov: “Azərbaycan qadının simasını təsvir edən örnək bir əsərdir. Kitab sadə dildə yazılmayıb. Tarixi bədii fəlsəfi dildə yazılıb. İstənilən adam bu kitabı oxuya bilər və oxumalıdır da. Bu kitab Azərbaycan qadının ailədə, siyasətdə, ictimai sferada necə olmağını göstərmək üçün çox gözəl nümunədir. Bütün bu sadaladıqlarım Mehriban xanımın simasında təsvir edilib. Müəllif onu əsas qəhrəman kimi götürmüşdür. Azərbaycan xanımı dünyanın heç bir xanımı ilə müqayisə edilməz. Azərbaycan qadını gözəlliyinə, sədaqətinə görə, vətənə bağlılığına görə, övladına məhəbbətinə görə bütün dünya qadınlardan üstün olub. Tarix boyu bu ölkəyə nə qədər zərbə vursalar da bu ölkə yaşayır. Çünki bu ölkəni yaşadan Azərbaycan qadınlarıdır. Azərbaycan qadının simasında Mehriban xanımın fəaliyyəti açıq nümunədir. ”
Azərbaycanın tanınmış elm adamı, professor Budaq Budaqov bildirdi ki, kitab çox aktual bir problemə həsr olunub.  ”Əsərin mərkəzində Mehriban xanım Əliyeva dayanır. Onun fəaliyyəti obyektiv şəkildə işıqlandırılıb. Belə əsərlər çox olmalıdır. Çünki Mehriban xanımın fəaliyyəti çox geniş və çoxşaxəlidir. mən Mehriban xanımı təbrik edirəm. Ona xoş arzularımı bildirir, can sağlığı arzulayıram. Hesab edirəm ki, Mehriban xanım gələcəkdə də Azərbaycan xalqını təmsil etməkdə mühüm rol oynayacaq”
“Mən Sevinc xanımın həm də ailə üzvü olduğum üçün onun daxili aləminə bələd insanam. Ona görə də raatlıqla deyə bilərəm ki, Sevinc xanım öz daxili aləmini əks etdirərək bu kitabı qələmə alıb. Onun Mehriban xanıma, ulu öndərimizə, prezidentimizə olan münasibəti bu kitabda əks olunub. Mehriban xanımın Azərbaycan xalqı üçün etdikləri çox səmimi və dərin məhəbbətlə bildirmişdir. ” bu sözləri 6 saylı qadın məsləhətxanasının baş həkimi Aygün Budaqova deyib.
Şahnaz

Комментариев нет:

Отправить комментарий