29.06.2011

Sən adda

Tural BalabeyliTural Balabəyli. Yeni şeirlər



          Nağıl

Sənsizlik
məni məndən aldı
gecələrin birində.
Tamamilə məhv oldu
daxili aləmim də
Məni məndən oğurlayıb,
həbs etdiyin qəlbinə
İllər sonra deyəcəksən:
“Biri vardı, biri yox…”

          Yad baxışlar

Bir zamanlar
bir birini axtaran gözlər
gün gəldi
qarşılaşdılar....
eləcə baxdılar
danışmadılar
onlar unutmuşdu
bir-birlərini...

          Sən və mən

Bu həyatı
ona görə sevmirəm ki,
sən yanımda deyilsən...
Qaranlıq dünyama olan bağlılı
ğımın
tək səbəbi sənsən...
Çünkü qaranlıq dünyamda
iki nəfər var:
sən
mən ...

****
Mən tanıdığım
saf, təmiz qız
çoxdan ölübmüş
sən demə.
onun yerinə
artıq tanımadığım
biri gəlib
sən görkəmdə,
sən adda…

Комментариев нет:

Отправить комментарий