6000 şagirdə attestatın verilməməsi hakimiyyət üçün növbəti başağrısına çevriləcək
Təhsil sistemində özbaşınalıq, rüşvət və korrupsiyanın baş alıb getməsi artıq faktdır. Bərbad hala salınmış təhsilin isə təkcə «Fatihəsi»nin oxunması qalıb. Nazir Misir Mərdanovun indiyə qədər təhsil sektorunda həyata keçirdiyi ekspermentlərin isə sayı-hesabı yoxdur.
TİA.AZ bildirir ki, bu eksperimentlərdən biri də attestatların mərkəzləşdirilmiş şəkildə verilməsidir. TQDK ilə yola gedə bilməyən və qəbul imtahanlarından qazanc götürmək şanslarını əldən buraxan Mərdanov yeni gəlir mənbəyi kimi, belə bir addım atmağa başlayıb. Belə ki, attestatların verilməsinin heç də ucuz başa gəldiyini düşünmək lazım deyil. İlbəil artan qiymət fonunda təhsil nazirinin əldə edə biləcəyi qazanc isə kifayət qədər böyükdür.
Nəzərinizə çatdıraq ki, üç il bundan əvvəl başlamış problemin ilk ilində 20 min şagird attestat almaqdan məhrum edilmişdi. Həmin vaxt rayonlarda 150 manat rüşvət müqabilində həllini tapan qiymət şəhadətnaməsinin verilməsi, Bakıda 5-6 yüz manatlıq iş sayılırdı. Amma adamların sayının çoxluğu və valideynlərin buna etiraz əlaməti olaraq Təhsil Nazirliyi qarşısında bir neçə dəfə aksiya keçirməsindən sonra işə Prezident Admnistrasiyası qarışmalı olmuşdu. Nəticədə, dövlət başçısının göstərişi əsasında bütün uşaqlara lazımi sənədlər verilmişdi.
Problemin ikinci ilində isə gərginlik o qədər böyük olmadı. Həm kəsilən uşaqların sayı az idi, həm də attestat almaq üçün tələb olunan rüşvətin miqdarı 100 manat həddinə qədər enmişdi. Bundan başqa da, orta məktəblərdə imtahandan qabaq şagirdlərdən 50 manatdan attestat pulunun yığılması da nazir Misir Mərdanova sərf edirdi. Çünki bu yolla həm böyük pullar qazanmaq mümkündür, həm də işin içindən əlavə problemlər çıxmır.
Amma bu il vəziyyət tamam başqadır. TİA.AZ bildirir ki, hal hazırda təkcə Bakıdakı orta məktəblərdə təhsil alan 6000-ə yaxın şagird attestat almaq hüququndan məhrum edilib. Valideynlərin verdikləri apellyasiya şikayətindən sonra məsələyə baxan Təhsil Nazirliyi isə bununla bağlı yekun qərarı verə bilmir. Səbəb də belədir ki, Misir Mərdanov Bakıda deyil və onun ölkəyə dönüşündən sonra yekun nəticə açıqlanacaq.
Apardığımız araşdırmalar nəticəsində belə məlum olub ki, attestat işinə hal hazırda Təhsil Nazirliyində çalışan ən yüksək çinli məmur belə qarışmır. Onlar bildirirlər ki, bu məsələ onlarlıq deyil və hər şey Misir Mərdanovun əlindədir. Hətta təklif olunan pulu berə çevirirlər ki, ağrımayan başları ağrımasın. Onsuz da bir müddət əvvəl Təhsil Nazirliyində keçirilmiş əməliyyatdan gözləri də möhkəm qorxub.
Lakin burada bir başqa problem var. Vəziyyət belədir ki, ölkədə siyasi durum kifayət qədər gərgindir. Müxalifətin vaxtaşırı aksiyalar keçirməsi, ərəb dünyasında başlamış inqilablar hakimiyyət üçün əsl başağrısına çevrilib. Narazılıqları aradan qaldırmaq üçün mümkün imkanlardan yararlanmağa çalışan, hətta onun imitasiyasını həyata keçirən iqtidar attestat məsələsində ciddi problemlə üzləşə bilər. Ona görə ki, 6000 valideyn çox böyük qüvvədir və adi hesablama aparılarsa, etiraz edəcəkləri təqdirdə bu onminlərlə insan deməkdir. Yəni, indiki həssas məqamda Misir Mərdanovun pul qazanmaq eşqi hakimiyyət üçün ciddi başağrısına çevrilə bilər.
Bəzi müşahidəçilər isə hesab edirlər ki, təhsil naziri Misir Mərdanovun bu hərəkətləri açıq şəkildə hakimiyyətə qarşı sabotajdır. Onların rəyinə görə, nazir 6000 şagirdi attestatsız qoymaqla onların valideynlərini iqtidardan narazı salır. Bu narazılıq isə həmin şəxslərin hakimiyyətə qarşı çevrilmələrinə səbəb ola bilər. Həmçinin həmin narazılar yaxın gələcəkdə müxalifətin keçirəcəyi aksiyalara qatılaraq, onların daha böyük qüvvə ilə meydana çıxmasına imkan yaradacaq.
Müşahidəçilər hesab edirlər ki, Misir Mərdanovun bu addımları iki məqsədə hesablana bilər. Birincisi, nazir artıq postu ilə vidalaşdığını bilir və gedər ayaqda daha böyük pullar qazanmaq fikrindədir. İkincisi isə o, getdiyini bildiyindən hakimiyyətə qarşı sabotaj edərək, bununla acıq çıxmaq istədiyini nümayiş etdirmək niyyətindədir.

Комментариев нет:
Отправить комментарий