29.06.2011

OZANIN ÖLÜMÜ


Rilke 1875-ci ildə Praqada doğulub. Xəstəliyindən dolayı hərbi litseyi yarıda qoydu, ticarət məktəbinə qəbul olundu. İlk şeiri 1891-ci ildə Vyana qəzetində çap olunub. Həyatı boyunca gəzdiyi, dolaşdığı yerlərdə dünya ədəbiyyatının ən öndə gələn şəxsiyyətləri ilə bir araya gəldi. 1926-cı ildə yaxalandığı qan kanseri xəstəliyindən qurtula bilməyərək həyata gözlərini yumdu. Məzarı İsveçrə kantonundakı Valaisdə Raron məzarlığındadır.
Yatır. Yastıqda üz xətləri sərt
Solğun və yadırğamış durmaqda
Dünyanın bütün bilinən
Onun duyğularından qoparaq
Maraqsız illərə təkrar çəkilər.
Onu yaşayarkən görənlər bilmirdilər
Bütün bunlarla arasında necə bağ var;
Elədir, bu dərinliklər, bu çəmənlər
Və bu sular onun üzü idi, bunlar.
Ah, elədir onun üzü idi onun uzaqlar da
Onu hələ istəyən, onu hələ arayan;
Əgər masksı isə, ürkərək canı çəkişən,
Narın və açıq, yarılan bir meyvədir sanki
Havada çürüyüb duran, sallanan

Комментариев нет:

Отправить комментарий