“Azadlıq” qəzetinin əməkdaşı Fizzə Heydərli bu yaxınlarda dünyanın inkişaf etmiş ölkələrindən tutmuş ən kasıb ölkələrinə qədər müəllim və həkimlərin əmək haqları, eləcə də uşaq pulları barədə araşdırmalar aparmış və maraqlı göstəricilər əldə etmişdir. Həmin rəqəmlərin bəzilərini sizə təqdim edirik.
Öncə xatırladaq ki, Azərbaycanda müəllimlərin orta əmək haqqı 220 manat, həkimlərin isə məvacibi 150-200 manatdır.
Bəs bu rəqəm digər ölkələrdə necədir?
Həkimlərin aylıq əmək haqqı:
ABŞ-da 14, 5 min dollar (təxminən 11 min manat )
Böyük Britaniyada 7 min avro (8 min manata yaxın)
İsraildə 7,5 min dollara yaxın (təxminən 5 min manatdan yuxarı)
Niderlandda 6,3 min dollar (5 min manata yaxın)
Fransada 6 min avro,
Almaniyada 5,5 min avro,
Sinqapurda 6 min dollar,
İtaliyada 5,2 min avro,
İspaniyada 5 min avro,
Danimarkada 4,6 min avro,
Finlandiya və Portuqaliyada 2,5 min avro,
Çexiyada 1,6 min,
Polşada 1,5 min avro,
Rumıniyada 650 avro.
Küveytdə 2,1 min dollar,
Çində 350 dolar
Yaponiya və Tayvanda 5,5 min dollar təşkil edir.
Keçmiş sovet respublikalarında:
Estoniyada 2,1 min, Latviyada 1,1 min, Litviyada 900 avro, Belorusda 340, Qazaxıstanda 300-800, Ukraynada 300 dollar təşkil edir. Türkmənistanda həkimlər təxminən bizim həkimlər qədər 180-200 dollar əmək haqqı alsalar da, həmin pula bizdəkindən 2 dəfə çox 65 kq ət, yaxud 1128 kq çörək ala bilirlər. Onu da nəzərə alsaq ki, bu ölkədə sakinlər təbii qaz, elektrik və suya görə pul ödənmirlər, onda bu pulun dəyəri daha artır. Dilənçi kimi təqdim etdiyimiz Ermənistanda isə həkimlərə 385 dollar məvacib verilir.
Dünyanın ən kasıb ölkələrindən olan Anqola isə həkimlərə 2 500 dollar əmək haqqı verir. Liviyada isə həkimlər təxminən 2 min, Tunisdə 1200, Yəməndə 1500-3000 dollar əmək haqqı alır.
İranda 1000 dollardan az əmək haqqı alan həkim yoxdur. Türkiyədə isə bu rəqəm 900-dən 2500-ə qədər, Şərqi Anadoluda isə 10 min dollardır.
Bəs müəllimlər nə qədər əmək haqqı alır?
Rusiyada müəllimin minimum əmək haqqı 600 dollar, Belorusda 361, Gürcüstanda 400-600, Qazaxıstanda 440, Özbəkistanda 4 min dollardır. ABŞ-da bu rəqəm 4-5 min, Avropa ölkələrində 1500-3800 dollar təşkil edir.
Qeyd: Təbii ki, həmin ölkələrdə müəllimlərdən qəzet pulu, fond pulu, Qızıl Aypara pulu, Müdafiə fondu pulu və sair yığılmır.
Adı çəkilən qəzetin müəllifi digər ölkələrdə uşaq pullarının verilməsi sahəsində də maraqlı araşdırmalar aparıb.
Azərbaycanda rəsmi statistikaya əsasən, yaşayış minimumu 95 manat, müstəqil ekspertlərin hesablamasına görə isə, həmin xərclər 168 manat təşkil edir.
Azərbaycanda hər doğulan uşağa 75 manat birdəfəlik müavinət verilir. Bəs digər ölkələrdə bu sahədə vəziyyət necədir?
Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır və min dolları da keçir.
Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu bizdən az, 70 dollar təşkil edir. Digər MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Belorusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Bəs Avropada bu sahədə vəziyyət necədir?
Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
Avstriyada birinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.
Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
Isveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.
Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.
Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.
Isveçrədə isə bu göstərici 345 dollar təşkil edir.
Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
Bəs başı qalmaqalda olan, inqilabın səngimədiyi Liviyanın rəhbəri olduğu Qəzzafi hökuməti uşaqlara necə qayğı göstərir?
Sosial tələblərə görə üsyanların baş verdiyi ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır. Liviyada hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Tunisdə isə 400 dollardan aşağı müavinət yoxdur.
Birləşmiş Ərəb Əmirliyi bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

Комментариев нет:
Отправить комментарий