Unikal məscidin divar və günbəzlərində su axacaq
"Risalət" bildirir ki, Güney Azərbaycanın Təbriz şəhərində dünyanın ən unikal məscidinin inşasına başlanıb. Bu məscid suda olacaq.
Məscidin memar layihəsində 14 sütun və cənnət darvazalarını simvolizə edən 7 qapı var. Bundan başqa, məscidin sütunları, minarələri və günbəzlərinin içində su hərəkət edəcək.
Minarələrdə azan səsi gələn kimi məscidin dörd bir yanındakı fəvvarələrdə su 100 metr hündürlüyə püskürəcək.
Dünyada suda olacaq ilk məscid Təbrizdə inşa edilən yeni və böyük kompleksin tərkib hissəsidir.
Комментариев нет:
Отправить комментарий