28.06.2011

"Azərbaycanda məni çox sevirlər"

ayşe özyılmazel
Tanınmış türk sənətçisi və köşə yazarı Ayşe Özyılmazel ilə əməkdaşımız Tural Balabəylinin söhbətini sizə təqdim edirik

-Ayşe Özyılmazel kimdi?
-Ayşe Özyılmazel qələmi ilə doğruları danışan Türkiyənin "Sabah" qəzetinin bir köşə yazarıdır. Amma 2009-ci ildə öz adımı daşıyan ilk albom çıxartdım. 2009 ildən bu yana məni müğənni olaraq da tanıyırlar. 18.04.2011 tarixdə "Sıfır Makiyaj" adlı albom ilə musiqi sevərlərə salam söylədim.

-Ayşe Özyılmazel üçün sevgi nə məna daşıyır?
-Bu həyatda mənim üçün hər bir şeyin mənası var. Mən sevgisiz dayana bilmərəm ki... (gülür)

-Hansı ölkələrdə olmusuz və hansı ölkələrin mədəniyyətini bəyənmisiz?
-Çox ölkələrdə oldum və çox ölkələrin mədəniyyətini mənimsədim. Amma türk ölkələrinin mədəniyyəti bir başqadı.

-Azərbaycanla əlaqədar düşüncələrinzi bölüşə bilərsizmi?
-Azərbaycan mənim üçün yad ölkə deyil. Mayın 29-da Azərbaycanda restoranların birində Mustafa Ceceli ilə konsertimiz oldu. Bu konsertdən anladım ki, azərbaycanlılar məni və Mustafa Cecelini çox sevirlər. Azərbaycanda məni sevən dostlarım var. Bəzən mənə işlərimdə kömək olurlar. Bakıdakı konsertimizi təşkil edən bir dostdumun atası oldu.

-Ayşe xanım nədən qorxar?
-Sevdiklərimi itirməkdən.

-Sevdiyiniz ad günü hədiyyəsi nədir?
-Mustafa Ceceli ad günümdə dəyərli bir saat hədiyyə edərək, “İyi ki doğmuşsun arkadaşım mutlu mutlu yıllara…” dedi.

-Musahibəni bəyəndinizmi?
-Bəli beyendim. Bu müsahibəyə qısa təqdimat da deyə bilərik.

Tural BALABƏYLİ

Комментариев нет:

Отправить комментарий