29.06.2011

Yazıçılar Birliyində cənublu yazarların kitabları təqdim olundu

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda DAYAQ və AYB-nin Güney Azərbaycan şöbəsinin kitabxanası seriyasından, Elvar Qulivəndin “Zibil dolunda ziyafət” və Ramin Cahangirzadənin “Daşlar” adlı kitablarının təqdimat mərasimi keçirilib.Mərasimi giriş sözü ilə açan AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid cənublu yazarların kitablarının çap olunmasını əhəmiyyətli hadisə adlandıraraq onların yaradıcılığının burda təbliğ olunmasının vacibliyini qeyd etdi. Sonra Rəşad Məcid güneyli şairlərin ardıcıl olaraq çap olunmasında səy göstərən, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruza sözü verdi. Sayman Aruz çətin şəraitdə yaşayan və mübarizə aparan şairlərin kitablarının güneydə çap olunmasının vacibliyini qeyd etdi.
 Sayman Aruz cənubda yaşayan yazar soydaşlarımızın ədalətsiz və istismarçı rejimə qarşı daim mübarizə apardığını, zindanlardan və məhrumiyyətlərdən çəkinməyərərk öz sözlərini dediyini bildirdi. Mərasimdə iştirak edən Xalq şairi Fikrət Qoca isə şimalda, cənublu soydaşıarımızın kitablarının çap olunmasında xüsusi xidmətləri olan Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruza təşəkkür edərək, ona uğurlar arzuladı. Tədbirdə həmçinin AMEA-nın Cənubu Azərbaycan şöbəsinin əməkdaşı, professor Sabir Nəbioğlu, professor Babaxan Muradov, professor Yəhya Əliyev, tədqiqatçı Pərvanə Məmmədli, cənublu şair Babək Muğanlı, şairə Xavər Qəhramanlı, şairlər Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, jurnalist Esmira Fuad və digər qonaqlar iştirak edib. Qeyd edək ki, bu günə qədər DAYAQ tərəfindən günyeli yazarlar Nigar Xiyavi, Kiyan Xiyav, Rəsul Yonan, Uğur Olqar, Məlihə Əzizpur, Səkinə Purhəsən, Sayman Aruz, İsmayıl Ülkərin kitabları çap olunub. 

Комментариев нет:

Отправить комментарий