Afaq Şıxlı
Bəlkə mən çox danışıram,
Bəlkə mən çox danışıram,
Usanırsan sözlərimdən...
Onda niyə oxumursan
Hisslərimi gözlərimdən?
Onda niyə oxumursan
Hisslərimi gözlərimdən?
Bəlkə mən çox danışıram,
Sən bezirsən, darılırsan...
Bəlkə elə xəyalında
Bir özgəyə sarılırsan?!
Sən bezirsən, darılırsan...
Bəlkə elə xəyalında
Bir özgəyə sarılırsan?!
Sevirəmsə, necə susum?
Sən susduğun yetər mənə.
İçimdəki duyğularım
Dilə gəlir dönə-dönə.
Sən susduğun yetər mənə.
İçimdəki duyğularım
Dilə gəlir dönə-dönə.
Uzaqlaşma, dəniz səbrim
Bir gün qalar damla qədər.
Bir gün sənə şirin gələr
Xor baxdığın o kəlmələr.
Bir gün qalar damla qədər.
Bir gün sənə şirin gələr
Xor baxdığın o kəlmələr.
Bir gün elə susaram ki,
Çox görərəm bir sözü mən.
Bir gün elə susaram ki,
Kar olarsan səssizlikdən!
Çox görərəm bir sözü mən.
Bir gün elə susaram ki,
Kar olarsan səssizlikdən!
Комментариев нет:
Отправить комментарий