15.02.2012

Növbəti qaliblər

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsinin növbəti qalibləri mükafatlandırılıb. Bu gün Milli Məclisdə keçirilən mərasimdə deputat Qənirə Paşayeva qalib tələbələrə mükafatlar təqdim edib. Q.Paşayeva 1-ci və 2-ci yerlərin sahiblərinə noutbuk, 3-cü yeri tutan tələbələrə isə xüsusi mükafat verib. Qeyd edək ki, millət vəkili özünün təqdim etdiyi mövzu ilə əlaqədar Polis Akademiyasının müdavimi Rövşən Rzayevin yazdığı “Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu” adlı məqaləni 1-ci yerə layiq görüb.
Deputat ikinci yeri BDU-da II kursin magistri Turac Qəhrəmanovanın yazdığı məqaləyə verib.
Q.Paşayeva üçüncü yerə iki tələbəninin yazısını layiq görüb. Bunlar Nail Mehdi (BDU-nun 2-ci kurs tələbəsi) və Səbinə Seyidovadır (Qərb Universiteti, IV kurs).

Комментариев нет:

Отправить комментарий