15.02.2012

O gözlər ayrı gözlərdi

красивые Анимашки Пейзаж бесплатно, картинки про любовь, на рабочий стол
Əli İbrahimov
      
Gözlərim yollarda qalmış, nazlı afət, hardasan? 
Könlümü həsrət-qəm almış, yoxdu taqət, hardasan?

Bir günün mənası yox, durmuş zaman, bitmir gecəm,
Gəl ki bu solmuş üzüm gülsün nəhayət, hardasan? 

Şəhərlər gəzdim, dolaşdım, tapmadım lakin səni,
Batdı gün, qəsb etdi qəlb dünyamı zülmət, hardasan? 


Yad məkan, könlüm viran, dostlar da yad olmuş mənə,
Can alır canımdan hicran, bir də qürbət, hardasan? 

Sevginin çoxdur bəlası, əsl aşiq dözsün gərək,
Elə hey mən çəkmişəm sevdada zillət, hardasan? 

Sağalmaz mərəz çökmüş, artıq ruhum tapmaz şəfa,
Az qalır bitsin təbib qoyduğu möhlət, hardasan? 

Ya xəbər göndər, ya gəl, bəsdir bu verdiyin cəza,
Yoxmu heç qəlbində bir cüzi məhəbbət, hardasan? 

Şerlər, qəzəllər hayqırıb səs saldılar ərzə,
Duymadın sən onları, heyrət, min heyrət! hardasan? 

Keçmiş aylar, ötmüş illər, Əli sevmiş tək səni,
Ellər onun eşqinə qoşmuş rəvayət, hardasan?...

***
Unutdun əhdi-peymanı, sözün cıxdı yalan, dilbər,
Uçub getdin, edib könül gülzarımı talan, dilbər.

O gözlər ayrı gözlərdi, o sözlər ayrı sözlərdi,
O gözlər kimi gözlər de, məni dərdə salan dilbər?

Sanırdım dürri-gövhərsən, səma-eşqimdə ülkərsən,
Fəqət birdən qəfildən sən dönüb oldun ilan, dilbər.

Düşüb atəş, yanır könlüm, içindən odlanır könlüm,
Səni düşmən sanır könlüm, canımdan can alan dilbər.

Əlini tərk edib atdın, düşünmə arzuna çatdın,
Əzildin, məhv olub batdın, çirkaba qərq olan dilbər.
красивые Анимашки Пейзаж бесплатно, картинки про любовь, на рабочий стол
 İbrahimov Əli Rafiq oğlu 10 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərköyün uşaqlıq dövrü keçirən Əli 1990-cı ildə 252 saylı orta məktəbin birinci sinfinə keçir. Məktəbdə oxuduğu müddətdə humanitar fənlərə daha çox maraq göstərir və 2000-ci ildə məktəbi ə'la qiymətlər və fəxri fərmanla bitirir. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Təhsil aldığı illərdə dinə və idmana maraq göstərir, heç vaxt ayrılmayacağı dostlar qazanır. 2004-cü ildə universiteti bitirir və 2005-ci ilə qədər Gəncə şəhərində hərbi xidmətdə olur. Arzusu hərbi xidməti davam etdirib leytenent rütbəsi almaq olsa da, orduda olarkən bir çoxları kimi bu fikirdən vaz keçir. Əsgəri xidmətdən sonra bir çox özəl işlərdə çalışır. Lakin heç birində uzun müddət qalmaq istəmir...Əmək haqqının azlığı, tabeçilik sevməməsi və başqa prinsiplər onun dövlət işinə olan marağını da öldürür...2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura pilləsinə daxil olur. Hal-hazırda Bakıxanov qəsəbəsi "Tədris Mərkəzi" adlı özəl kursda tarix fənni və kompüter proqramlarından dərs deyir. Evdə də abituriyentlərlə tarix fənni üzrə fərdi məşğul olur. Nişanlıdır, yaxın zamanda evlənəcək İnşaallah...Bakıxanov qəsəbəsində valideynləri ilə birgə yaşayır... Elektron ünvanı: hercai2000@box.az
красивые Анимашки Пейзаж бесплатно, картинки про любовь, на рабочий стол

Комментариев нет:

Отправить комментарий