“Orduda peşəkar zorakılığı idarə edəndır”
Vitali Şlıkov təkcə rəhbərlik edə bilmir, həm də zabit şərəfinin nə olduğunu bilir...
Polkovnik, RF Müdafiə Nazirliyi nəzdində İctimai Şuranın üzvü. Hərbi diplomat, tarixi və kəşfiyyatçı. Onun tərcümeyi-halının böyük hissəsi gizlidir. 1958-ci ildən 1990-cı ilədək Şlıkov SSRİ Ali Şurası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsində (GRU) müxtəlif vəzifələrdə çalışıb. Silahlı qüvvələr quruculuğu və hərbi iqtisadiyyat sahəsində aparıcı yerli mütəxəssislərdən biridir. Hələ sovet dövründə ölkə rəhbərliyini səfərbərlik prinsipi üzrə qurulmuş iqtisadiyyatda təhlükələr haqqında xəbərdar edirdi.
“SSRİ-nin dağılmasına bildiyim kimi mane olmağa çalışırdım. Hərbi planlar heç nəyə yaramırdı. Bütün sovet strategiyası Amerikanın döyüş qabiliyyətinin tamamilə yalan, hədsiz dərəcədə şişirdilmiş qiymətləndirilməsinə əsaslanırdı. SSRİ hərbi ehtiyacların ödənilməsi üçün ağlasığmaz miqdarda faydalı qazıntılar əldə etməklə boğulurdu. Mən yuxarılara yazırdım, amma heç kim mənə qulaq asmırdı”, deyə o, müsahibələrindən birində qeyd edirdi. 1992-ci ildən etibarən ictimai və elmi fəaliyyətlə məşğul olur, Rusiya Müdafiə Nazirliyi nəzdində İctimai Şurada fəal işləyir və görünür, nazirliyin rəhbərliyi ona qulaq asır.
Hərbi mühitdə peşəkar nüfuz necə formalaşır?
Peşəkarlığın birinci əsası ali akademik humanitar təhsildir. Zabit əvvəlcə məhz bu təhsili almalıdır. Yoxsa, bizim məktəblərdə olduğu kimi, zabit əvvəlcə tank sürməyi öyrənir, sonra bölüm, rota, diviziya komandiri, daha sonra nazir vəzifəsinə qədər yüksəlir, amma orada da tank sürücüsü olaraq qalır, amma bir fərqlə, gənc leytenant ikən olduğundan daha dar maraq dairəsinə malik olur.
Zabit ilk növbədə analitik, yaradıcı düşünə bilən, yuxarında əmr gözləmək yerinə təşəbbüs irəli sürməyi bacaran təhsilli insan olmalıdır.
Peşəkarlıq haradan gəlir? O, 1806-cı ildə Prussiyada yaranıb. Həmin vaxt Prussiya ordusu Napaleon – çağırışçı vətəndaşlar tərəfindən dağıdılmışdı. O zaman krala dedilər: bu istedadlı insanlara, gənc Napaleon marşallarına köhnə məktəblə qalib gələ bilmərik. Biz buna təhsil, nizam-intizam və analitika ilə cavab verəcəyik.
Alman ordusunun, sonradan özünü belə yaxşı göstərən o zabit korpusunun əsasında məhz bu durdu. Artıq döyüş meydanında təhsil və hünərdən başqa heç nə xidməti irəliləyiş üçün əsas ola bilməzdi.
İkinci aspekt korporativlik və hərbi ənənədir. Hərbiçilər özlərinə korporasiya, öz-özünü idarə edən, öz üzvlərini daxili tələblərinə uyğun olaraq karyera pillələri ilə yüksəldən təşkilat kimi baxmalıdırlar.
Və üçüncüsü etikadır. Zabit etikası, həkimlərin Hippokrat andı kimi, sərt davranış qaydaları diktə edir. Yetmişinci illərdə Amerikanın “Vest-Point” hərbi akademiyasında bəzi kursantların testləri köçürdüyü aşkarlandı. Böyük qalmaqal yaşandı, rəhbərlik dəyişdirildi, indiyədək bu hadisə yada salınır. Etika onun çərçivəsini aşan davranışı qadağan etməlidir.
Peşəkarlıq ya uzunmüddətli təhsillə əldə olunur, yaxud da müharibə zamanı təbii seçim sayəsində yaranır. 1941-ci ildə biz çox zəif zabit korpusu ilə müharibəyə başladıq, amma çox sayda qurbanlarla, döyüşlərlə alman korpusundan geri qalmayan mükəmməl zabit korpusu meydana gətirdik. Onilliklər sonra isə bu nəsil getdi, yenə hərəkətsizlik başladı.
Müasir rus ordusunda da ətalət hökm sürür?
Orduda peşəkar zorakılığı idarə edən şəxsdir, yəni analitik, etik prinsiplər məcmusuna, geniş dünya görüşünə malik insandır. Bizim qərb anlayışında peşəkarlıq sahəsində vəziyyət pisdir. Amma buna mane olanları hazırki ordu islahatları aradan qaldırmağa çalışır.
Məsələn, bu il ali hərbi məktəblərə qəbulun dayandırılması sağlam qərardır. Bu, sadəcə birtərəfli izah olunur: guya, zabitlər onsuz da çoxdur. Amma izahı dərindir: təhsil modelini dəyişmək üçün fasilə vermək, yeni proqram hazırlamaq və artıq yeni zabitlər hazırlamağa başlamaq lazımdır, eyni təhsili az sayda dinləyicilərlə davam etdirmək deyil. Yeni təhsil proqramının hazırlanmasına bir il verilir. Serdükovun tabeliyində olanlar hazırda fəal şəkildə müxtəlif ölkələrə gedir, bu mənada mövcud təcrübələri öyrənirlər.
Daha sonra, indi serjantlar institutu tətbiq olunur. Çox doğru qərardır. Çünki serjant olmasa, normal peşəkar zabit də olmaz. Serjant kazarmada zabiti əvəz etməli, onun əsgərlərlə ünsiyyət qayğılarından azad etməlidir. Zabit rəhbərlik etməli və düşünməli, özünü inkişaf etdirməli və hərdən-bir meydanda çıxış etməlidir, kazarmada olmalı deyil. Hərbi hissəyə düşərkən kazarmaya gedib sözə baxmayan əsgərləri döymək məcburiyyətində qalacaqsa, peşəkar, düşünən, təhsilli zabitlər, nə serjant, nə hərbi polis, nə qauptvaxta olmadığı üçün cavabdeh də ola biləcək zabitlər yetişdirməyin nə mənası var? O, yarım il sonra ağlını itirəcək və ya öyrəndiyi hər şeyi unudacaq. Biz dünyada Sezar lefionları dövründən serjantsız mövcud olmağa çalışan yeganə orduyuq.
Cəmiyyətin gözlərində ordunun nüfuzuna nə olur?
Bizim ordumuz cəmiyyətdə artıq hörmətli institut deyil, çünki bu hörmətin əldə olunmasına səbəb olan keyfiyyətləri nümayiş etdirmir. Zabit və korrupsiya nə dərəcədə bir araya sığır? Axı ordu haqqında hər şeyi qərargahlarda oğurluq edən generallarla mühakimə edirlər. baxmayaraq ki, əslində qoşunlarda zabitlərin şərəf anlayışı itirilməyib.
Zabit siyasətə baş qoşursa, bu onun korporasiyadaxili nüfuzunda necə əksini tapır?
Siyasətə gedən zabitin çox da yaxşı qarşılanmadığı kimi təsəvvür var. Vladimir Şamanov qubernator olanda Gennadi Troşev dedi ki, o, işini satdı. Amma sonradan Şamanov qayıtdı, siyasətdən getdi. Yəni, bunun yaxşı bir hal olmadığını anladı, instinktiv daxili peşəkarlıq özünü göstərdi.
Hərbiçilərin hakimiyyətə təsiri varmı?
Belə deyirlər: “güc qurumları”. Amma, hərbiçilər güc qurumudurmu? Bizim real həyatımızda onlar kənara itələniblər. Heç kim yüksək vəzifə tutmur. Anatoli Kvaşnindən (Baş Qərargahın keçmiş rəhbəri, Sibir Federal Dairəsində prezident nümayyəndəsi - (RR) başqa. Və ona görə ki, onu oraya əməkdar insan kimi götürmüşdülər. Onlar siyasətə təsirdən kənarlaşdırılıblar.
Hərbi kompleks başqa nazirlərin idarəetməsinə verilib. Sovet dövründə də hərbiçilər kənarlaşdırılmışdı, amma onların heç olmasa böyük imtiyazları var idi və yüksək maaş alırdılar.
contact.az
Комментариев нет:
Отправить комментарий