01.02.2012

Türkiyədə NATO radarlarının yerləşdirilməsinə qarşı etirazlar başladı


Deyerler.org: Türkiyədə Xalqın Səsi Partiyasının (HAS Parti) 200-ə yaxın üzvü Taksim meydanına yürüş etmişlər. Meydana toplanan aksiyaçılar, BMT-nin Mavi Mərmərə hesabatına və NATO-nun Türkiyə ərazisində yerləşdirəcəyi radarlara qarşı kəskin etirazlarını bildirmişlər. Etiraz edənlər "qatil İsrail, NATO raketi al başına vur, imperialist Amerika Yaxın Şərqdən dəf ol" kimi şüarlar səsləndirmişlər. (dunyabulteni)

Meydanda açıqlama verən partiya yetkilisi Abdullah Dəmirxan, BMT-nin haqsız hesabatı və ölkədə yerləşdiriləcək NATO radarlarına etiraz etmək üçün meydana toplaşdıqlarını bəyan etmişdir.
Hökumətin İsrail rejiminə qarşı siyasətini tənqid edən Dəmirxan, İsrail rejiminə qarşı sərt, konkret addımların atılmasını tələb etmişdir. NATO pərdəsi altında ABŞ-ın Türkiyədə radar sisteminin yerləşdirilməsi İsrailin təhlükəsizliyi üçün olduğunu bildirən partiya nümayəndəsi, başda İran olmaqla digər qonşularla Türkiyənin arasının soyumasına səbəb olacağını bildirmişdir.

Комментариев нет:

Отправить комментарий