12.02.2012

Texnikanın gücü


 Ülvi Məmmədli
Professional Oxucu Liqası

Hamımız sifətimizi xoşbəxlik ifadəsi verib özümüzü ağıllı göstəririk

 Keçən həftə şəhərə çıxmışdım. Deyirlər nəqliyyatı intellektual idarə etmək üçün şəhərin küçələrini dəlmə-deşik eləyiblər. Axırını Allah xeyirli eləsin, heç gözüm su içmədi. 1991-ci il istehsalı olan cəsədimi şəhərdə A nöqtəsindən V nöqtəsinə daşımaq üçün mindiyim avtobusların heç birində intellektual idarəetmədən əsər-əlamət görmədim. 

Bilmirəm ya cəsədim köhnə buraxılışda olduğundan belə oldu, yoxsa hələ intellektsiz idarə edirdilər. Bu arada bir ağıllı cümlə oxudum: "Modernləşməyə altdan yuxarı baxanda çox qəribə şeylər görünür".
 Bizim bir reklamda deyirlər ki, hansısa kafel yapışdırıcısı nanotexnologiya ilə hazırlanıb. Sonra bu söz hər addımbaşında qulağımıza, gözümə və digər strateji yerlərimizə soxulur. Çox mənasız sözdü bu Şevardnadzenin arvadının adına oxşayan "nano". Tənbəllik eləməyib bu sözün kökünə çıxmaq istədim. Məlum oldu ki, qədim yunan dilindəki nanos- un mənası cırtdan, liliputdur. Çuppulu! Di gəl ki bu sözü bir beş yüz dəfə deyəndə, hamının qulağına üfürəndə ki gələcək nanotexnologiyalarındır, xoşbəxtliyimiz nanotexnologiyalardan keçir, hamımız sifətimizi ləzzət ifadəsi ilə qırışdırıb özümüzə ağıllı görkəm veririk. Əlbəttə, nanodu! Eşq olsun!
 Yadınızdadı, bir-iki il bundan qabaq guya haradasa quşdumu, donuzdumu qripi olduğunu söyləyirdilər. Bu vaxt yuxarılardan bir "arbidol" kəlməsi gəldi. Əvvəllər qripdən müalicə olunmaq üçün aspirin, parasetamol, antiqripin, xalq təbabəti vasitələrindən istifadə edirdilər. Amma yuxardan biri bu sehrli sözu dedi və adamlar dəli kimi arbidol azarına tutuldular.
Pah, lazım olan da, olmayan da aldı, arbidol qəhətə çəkildi, defisit oldu. Hanı indi o arbidol? Hanı ey? Arbidool!!! Yoxdu. Heç lazım da deyil. Deyəsən hansısa reklam kampaniyasının tərkib hissəsi idi... "Arbidol" deyən kimsənin və ondan aşağı pillələrin də haqqı çatdı, "arbidol" bumu da yatdı. Allah bərəkət versin aspirinə, zoğal mürəbbəsi ilə çaya...
 İndi də bu nano ortaya çıxdı! Elmi ədəbiyyatda "nano"nu elə təqdim edirlər ki, deyirsən elə varsa da budur, yoxsa da. Hazırda dünyada nəşr olunan elmi jurnalların 80-90 faizi nanostrukturlardan yazır və bəzən bir ölkədə dəqiq elmin mövcud olub-olmaması nano tədqiqatların səviyyəsi ilə müəyyən edilir, yəni "nano tədqiqatlar varsa, ölkədə elm var, yoxdursa, çezdi" qənaəti formalışır. 
Блин, прикол приколом, а машинку жалко...

Комментариев нет:

Отправить комментарий