13.03.2012

DÖVLƏT İCTİMAİ SIĞORTASI NƏ İDİ?!!


NƏ ÜCÜN ƏLİMİZDƏN ALINDI?!!


Sosialist Respublikanın süqutundan ötən hər il muzdlu işci sinifindən cox fundamental hüquq və güzəştləri alaraq KAPİTAL sinifinin mənfəətinə cevirməkdədir.Əmək cəbhəsinə qarşı yeridilən bu sosial genasid siyasəti nəticəsində əhali Dövlət İctimai Sığortası hüququndan məhrum edildi və bu hüququn realaşmasına yönələn milyardlarla, on milyardlarla vəsait müsadirə olunaraq bir ovuc zəngin parazitin mənfəətinə əlavə edildi.
Dövlət İctimai Sığortası haqqında Azərbaycan Sosialist Respublikanın Əmək Qanununda yazılırdı:”Bütün fəhlələr və quluqcular hökmən dövlət ictimai sığortası ilə əhatə olunmalıdır”(maddə 252)….Bu nə deməkdir? Hər şeydən əvvəl bu o deməkdir ki, Sovet Hakimiyəti zamanı insan doğulandan ölənə kimi Sosialist Respublikanın himayəsinə alınır və vətəndaşların bütün həyatı dövlət tərəfindən həmdə dövlət vəsaiti hesabına təmin edilir, sığortalanırdı.

Sosialist Respublikanın Əmək Qanununun 253-cü madəsində Dövlət İctimai Sığortasının maliyyə mənbələri haqqıənda deyilirdi:”Fəhlə və quluqcuların dövlət ictimai sığortası dövlət hesabına həyata kecirilir.İctimai sığorta haqı fəhlə və quluqcuların əmək haqından HEC BİR MƏBLƏĞ TUTULMADAN müəssələr, idarələr, təşkilatlar tərəfindən ödənilir.Müəsə , idarə, təşkilat tərəfindən sığorta haqının ödənilməsi fəhlə və quluqcuları dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir”.
Bu o deməkdir ki, Sosialist Respublika bütün işləyən əhalini və onların ailə üzvülərini dövlət hesabına ictimai sığorta edirdiki, bu məqsədlə ayrılan vəsaitlər hesabına insanlara aşağıda kı, sosial xidmətlər göstərilirdi:1).Əmək qabiliyətini müvəqəti itirən şəxsə maaşının tam məbləği həcmində müavinət verilirdi.2).Qadınlara hamiləliyə və doğuma görə əmək haqının tam məbləği həcmində doğuma görə və hamiləliyə görə müavinət verilirdi.3).Uşaq anadan olarkən birdəfəlik yardım və hər ay uşağın qidalanma xərcini qarşılayacaq məbləğdə uşaq pulunun verilməsi təmin edilirdi.4).Qocalığa, əlilliyə, ailə başcısını itirməyə görə pensiyalar, həmcinin uzun müddət xidmətə görə işcilərin bəzi kateqoryaları ücün müəyən olunmuş pensiyalar verilirdi.5)Dövlət İctimai Sığortası hesabına fəhlə və quluqcuların pulsuz olaraq sanatorya-krortlarda istirahəti və müalicəsi təşkil olunurdu.6).Pioner düşərgələrinin saxlanması və məktəblilərin dövlət hesabına istirahəti təmin edilirdi.7)Fəhlə və quluqcunun özü və ya ailə üzvülərindən və yaxın qohumlarından hər hansı biri vəfat etdik də dəfn pulunun verilməsi və dəfn xərcinin dövlət tərəfindən qarşılanması da məhz Dövlət İctimai Sığortası hesabına qarşılanırdı.
Buradanda göründüyü kimi Sosialist Respublika hec bir əvəz almadan dövlət hesabına vətəndaşları bu qədər ceşidli sosial qayğıyla əhatə edirdi və bu işlərə milyardlarla vəsait xərcləyirdi.”milli” hökumət bu hüquqları vətəndaşdan alaraq, onu zəngin azlığın mənfəətinə əlavə etdi və bu gün biz sığorta dedikdə ancaq vətəndaşın öz hesabına, öz cibinin puluyla hansısa təminatını görürük və buradanda Sosialist Sığorta sistemi ilə Kapitalist-burjua sığorta sistemi arasındakı fərq ortaya cıxır.Beləliklə Sosialist sığorta sistemi vətəndaşın gəlirindən tutulan  vəsaitlər hesabına yox, tamamən dövlət hesabına təmin edilirdisə, burjua-bazar sığorta sistemi kommersiya növü olub, əhalidən yığılan vəsaitlər hesabına özəl sığorta şirkətlərinə böyük vəsaitlər qazandıran və əhalinin gəlirinin bir hissəsinin sığorta şirkətlərinin mənfəəti xeyrinə müsadirə olunması deməkdir.Deməli islahat adı altında bir tərəfdən əhali dövlət hesabına sığorta hüququndan məhrum edilir, bura yönələn vəsaitlər indi kapitalislərin cibinə gedir, digər tərəfdən isə əhalinin gəlirlərindən sığorta pulu tutularaq Özəl sığorta şirkətlərinə əla mənfəət bazarı yaradılır, başqa sözlə Kapitalist sığorta sistemi əhalini sağmal inək kimi sağır….


http://kommunist.biz/ 

Комментариев нет:

Отправить комментарий