21.03.2012

Nağıl

Классные анимации
Aytən Nəsibbəyli

Bir uşaq düşün
 Anasız
 Daha ana laylası eşitməmiş
 Anasını laylalara gömmüş
 Yetim bir uşaq düşün.
 Bəlkə neçə dəfə
 əlindən tutub
 qaçmısan da onunla
 xəyalında
 dünyanın
 bilmirəm, hardasa var olduğu söylənilən
 olmazların olduğu
 limansız,
 sahilsiz
 o itmiş şəhərinə.
 Röyalar sehriylə
 Bir nağıl yaşamısan
 Bəlkə də uydurmusan
 Hə, uydurmusan
 Uşaq vaxtı
 Nənənin sənə
 Uydurub söylədiyi
 O gülməli nağıllar kimi.
 “Sonda padşah
 Gözəl kəndli qızını alır.
 Kasıb
 Amma ağıllı kəndli
 Padşah olur.”
 Nə yaxşıydı uşaq olmaq
 Uşaq olub özünü
 Nağıl qəhrəmanı bilmək.
 Qırx otaqlı saray və sən.
 Və oyanmaq
 Və son
 Nağılsız
 Üç almasız
 Sehrsiz bir
 Son.
 Sənin sonun !

Bir söz de.
 Bir təsəlli
 De neyləsin
 qışqıra bilməyən dərdim?!
 Axır
 Alsınmı başına
 Vursunmu yerə
 Dünyanin bütün dərdlərini?!
 Belə bədbəxt
 Belə yalnız buraxdınız məni
 Desinmi
 Ağlasınmı o da
 Səssiz-səssiz?!
 Amma nə fayda?!

 Aç gözlərini
 Nə bir ağ gəmi var
 Uzaqlarda
 Nə də üç lələk əldə
 Oda tutacaq
 Bizə yalan danışıb
 Analar
 Nənələr

 Daha bitdi
 Yum gözlərini
 Yat sən də
 Yat sarılıb nağıllara

 Bitdi!
 Yox çarəsi!
 Классные анимации

1 комментарий: