Seyfəddin Altaylı, Ankara
“Dərdləri zəvk edindim, bəndə nəşə nə arar ələm dolu gönlümdən gitmiyor hatıralar”. Sırrı Uzunhasanoğlu
Xocalıda minlərlə məsum soydaşımız rus-erməni vəhşiliyinin qurbanı oldu. Ağbirçək nənələr, ağsaqqal babalar, qundaqdakı çağalar xunxarcasına güllələndilər. Gecənin ən qaranlıq vaxtında Xocalı qəsəbəsinə hücum çəkən 366-cı rus motoatıcı alayının tankları, zirehliləri və əsgərləri şəhəri cəhənnəmə döndərdilər.
Əzəldən bəridir ulu babalarından özlərinə miras qalan ocaqlarında, isti yuvalarında başlarına yağan bombalar və şığıyan güllələrlə dəhşətə gələn soydaşlarımız əyinlərinə ata bildikləri geyimləri, ayaqlarına keçirə bildikləri ayaqqabıları və ya şapşapları ilə özlərini eşiyə atıb qarlı qışın buz bağladığı bir havada canlarını xilas etmək üçün vəhşi heyvanların yaşadığı meşəliyə yönəldilər. Bəli, onlar üçün vəhşi heyvanlarla dolu meşə, rus ordusunun dəstəklədiyi, başda Fransa getmək şərtiylə bəzi qərblilərin də mənəvi dayaq olub qışqırtdığı gözü dönmüş ermənilərdən daha az təhlükəli idi. Vəhşi heyvanlar yalnızca qarınlarını doyurmaq üçün əlinə keçən canlının canına qəsd edirdi. Genlərinə hopmuş qorxaqlığın psixolojisiylə rusdan dayaq görən ermənilər isə, o psixolojinin yaratdığı komplekslə vəhşi bir qəddarlığa bürünüb yüz illər boyu kölgəsində yaşadığı xalqı soyqırıma uğratmaqdan çəkinməzdi. Soydaşlarımız onları tarix boyu sınaya-sınaya yaxşı tanımışdı. Erməni, qarşıdakından gücsüz olduğunu başa düşdükdə quyruq bulayıb insana şirvanır, hər cürə yaltaqlığa yönəlirdi. Özünü qarşıdakından güclü gördüyü anda isə kaftardan daha təhlükəli olurdu. Soydaşlarımız bu səbəblə onları vəhşi heyvanlardan da təhlükəli hesab edirdi. Analar körpələrini arxalarına sarıyıb, balaca uşaqlarının əllərindən tutub vəhşi təbiətin qucağına xilas olmaq ümidiylə üz tutdular, ancaq yollarını bu iki ayaqlı kaftarların kəsəcəyini hardan biləcəkdilər..?! Bilə bilmədilər və rus projektorlarının gecənin qatran qaranlığını bir anda gündüzə döndərdiyi, insanın iliyinə işləyən soyuq gecənin tən ortasında mərhəmətsizcəsinə gülləbaran edilib biçildilər. Əsir götürülənlər ağaclara bağlanıb diri-diri yandırıldılar, həm də övladlarının, balalarının, qohumlarının gözləri qabağında.
Öz ölkələrindəki bələdiyyə məclislərinə, 1915-ci ildə üsyan edərək Anadolunun məsum xalqını qanına qəltan edən, eynilə Xocalıda olduğu kimi qadın-kişi, qoca-xəstə, oğul-uşaq fərqi qoymadan soyqırım törədən, işğalçı rus ordularına kömək olan ermənilər ölkənin hərb getməyən bir bölgəsinə köçürüldülər deyə, yüz il sonra "ermənilər soyqırıma məruz qalmışdır" şəklində qərara yetişən, dırnaqarası soyqırım abidələri ucaltdıran dövlətlər, bu dövlətlərin möhtərəm (!) idarəçiləri, insan sevər xalqı Xocalı Soyqırımı qarşısında niyə lal-kar dayanır? (Xocalı Soyqırımını qəbul edən bir neçə ölkə istisnadır).
Mərhum şəhid şairimiz Əhməd Cavad, Sovet rus işğalı dövründə özünə "Bir May bayramı üçün niyə şeir yazmırsan" dediklərində və onu bir növ ittiham etdiklərində o da həddən artıq mənalı olan bu bəndi yazmışdı:
Mən hər gələn bir mayısa
Pək çox ümidlər bağlaram.
Hər gələcək mayıs üçün
Nisan ağlar, mən ağlaram.
-demişdi. Mən də, hər il fevral ayı gələndə Xocalı Soyqırımından xilas olanlarla götürdüyüm müsahibələrdə üzləşdiklərim gəlib gözlərimin qabağında canlanır. Soyqırımdan tamamilə təsadüf əsəri xilas olan səkkiz, on yaşlı uşaqların, o məşum gecədən danışarkən həmin duyğuları eynilə yaşayaraq tir-tir əsmələri gözlərimin qabağına gəlir və insan olduğuma üsyan edirəm. Oğulları, ərləri, nişanlıları, qardaşları gözlərinin qabağında güllələnənlərin, yaralı-yaralı başları kəsilənlərin, diri-diri yandırılanların şahidi olan insanların, o anları təkrarən yaşayarcasına gözyaşlarını selə döndərdikləri dəqiqələr gəlib gözlərimin qabağında donub-daşlaşır.
Bəli, müasirləşmiş dünyanın, əsrlə əsla uyuşmayan rəftarlarıdır bunlar. Bəs Nikola Sarkozi bir dövlət rəhbəri və ya ona dayaq olanlara nə deyək? Hanı, fransızlar haqqa-hüquqa hörmət göstərirdilər?! Bəs fransızlar yaratdıqları inqilabla bəşəriyyətə bir çox dəyərlər qazandırmışdılar?! O dəyərləri qazandıran fransızlar, Xocalıda hələ dünən yaradılan soyqırım qarşısında kara, kora, lala dönür, ancaq yüz il qabaq yalnızca dövlətə üsyan edənlər dövlətin əmniyyəti qüvvələrinin nəzarətində həm də hər cürə ehtiyacları təmin olunmaq şərtiylə ölkənin özgə bir yerinə köçürüldülər deyə onu soyqırım kimi qəbul edir, niyə?! Üstəlik fikir azdlığından müdafiə edən bu fransızlar insanların fikir azadlığını məhdudlaşdıracaq qanunlar da çıxarır. Bu nə cür hüquqdur, bu nə cür insan hüquqları müdafiəçiliyidir, bu nə cür insanlıqdır?!
Artıq fransızların da, Fransanın da tərəfsiz, çağdaş düşüncəyə, insan hüquqlarına, haqqa-hüquqa hörmətkar, demokratiya tərəfdarı olmadığı bütün çılpaqlığıyla özünü büruzə vermişdir. Fransa, Azərbaycanın işğal altındakı torpaqlar məsələsini həll etmək üçün yaradılan Minsk Qrupunda qalmamalıdır, çünki artıq bitərəf deyildir. Azərbaycan dövlətinin xarici siyasətinə qarışmaq ağlımın ucundan da keçmir, ancaq Türk millətinin bir fərdi, Xocalı Soyqırımının izdirabını hər an yaşayan, işğal altındakı torpaqlarımız mövzusunu ürəyinə sancılmış paslı bir xəncər kimi qəbul edən bir insan olaraq Fransanın Minsk Qrupu üzvlüyünü veto edirəm. Fransa, Minsk Qrupundan rədd olub getməlidir vəssalam.
Xocalı Soyqırımı və dünya ictimaiyyətində ona qarşı olan yanaşma şəxsən mənə bunları deyir: Bu dünyada insan hüquqları, demokratiya, haq-hüquq deyilən şeylər tamamilə uydurmadır. Güclü olan soyqırım törətsə də həmişə və hər zəminədə haqlıdır, demokratiyanın müdafiəçisidir, insan hüquqlarına da hörmət göstərəndir vəssalam. Nümunə istəyirsiniz, buyurun Fransaya, ABŞ, Rusiya və Çinə baxın. Fransa, əlcəzayirdə soyqırım törətdiyi halda alnındakı bu qara ləkəni Fransız imperializmi ilə, yəni hərbi və iqtisadi gücü ilə pərdələyibdir. İngiltərə və ABŞ dünən İraqda nələr etdilər, ölkəni nə hala gətiriblər hamıya məlum olsa da, onlar dünyanın ən qabaqcıl demokratları və insan hüquqları müdafiəçiləri kimi tanınırlar, heç kəs qorxusundan onlara gözünün üstündə qaşın var deyə bilmir. Rusları deyirsiniz..! Yalnızca Sovetlər Birliyi dövründə Türk xalqlarından sudan bəhanələrlə qətlə yetirilənlərin sayı 29 milyon 875 mindir. Bu rəqəm bəziləri üçün inandırıcı olmaya bilər, onlar gedib ABŞ alimlərinin 1970-li illərdə yazdıqları elmi məqalələrə və statistik göstəricilərinə baxsınlar. İnanmayan şəxslərə xatırlatmaq istərdim ki, Azərbaycan Cümhuriyyəti 1919-cu ildə əhalisini saymışdı. O vaxt Azərbaycanın əhali sayı üç milyon doqquz yüz min idi və əhalinin artım nisbəti isə % 8.7 idi. Artım bu rəqəmlərə görə hesab edilərsə Azərbaycanın əhali sayı 1990-cı ildə otuz milyonu ötməliydi, ancaq o vaxt əhali sayı ancaq səkkiz milyon olmuşdu, bunun səbəbi nə idiə! Digər Türk xalqlarının sayını isə siz hesablayın. əslində Asiyada yaşayan türklərin sayı ruslardan qat-qat artıq olmalıydı, ancaq deyildir və səbəb də xalqımızın üzləşdiyi soyqırımlardır. Ruslar, əllərindəki
nüvə silahları və ölüm qusan aparatları ilə alınlarındakı soyqırımçı ləkəsini kölgələməsini bildilər, bilirlər. Dünən Çeçenistan xalqının başına gətirilənlər hamıya məlumdur. Çinin də Şərqi Türküstanda yaşayan Uyğurlara etdikləri də bilinən həqiqətlərdir. Bütün bunlar şəxsən mənə deyir ki, bu ədalətsiz, haq-hüquqsuz dünyada məhv olmaqdan xilas olmağın yeganə bir yolu vardır, o da güclü olmaqdır, özgələrini əzmək üçün yox, əzilməmək üçün.
Azərbaycanın da, Türkiyənin də, digər Türk xalqlarının və dövlətlərinin də yeganə xilas yolu elmdə və texnolojidə müasir səviyyəyə çatmaq və qabağa keçməkdir, əl-ələ verməkdir. Bundan özgə yol bilmirəm, bilən vardırsa xahiş edirəm mənə onu öyrətsin.
altaylı_s@yahoo.com

Комментариев нет:
Отправить комментарий