11.03.2012

XXVI əsr


Habil Yaşar


Başlanğıc


Ulduzlararası səyahət etmə imkanları artıq bir reallığa çevrilmiş və insanların daim arzuladığı bu elmi nailiyyətin kəşfindən onillər geridə qalmışdır. Bütün bunlar son dövrlərdə elmi tərəqqinin inanılmaz dərəcədə sıçrayışı nəticəsində baş vermiş,belə demək mümkünsə mümkünsüzü mümkün etmək mümkün olmuşdur.

Elmin sərhədlərinin sonsuz olduğu bir daha öz məntiqi nəticəsini tapmış və bu yolda bacarılan qədər elmin imkanlarından daha da istifadə etmək qarşıya məqsəd olaraq qoyulmuşdur.Elmin sonu olmadığı kimi insan məqsədinin,insan zəkasının da qarşısını almaq heç zaman mümkün olmayacaqdır.İnsan zəkası bütün zamanlarda zaman adlı məhfumdan asılı olmamaq üçün zamansızlaşmaq,əbədiləşmək üçün mübarizə aparmış və dünyanın bir çox alimləri bir amal uğrunda səfərbər olaraq,bunun üçün mövcud olan imkanlarını ortaya qoymuş, bu günün elmi nailiyyətlərinə gəlib çıxmışdır.Əlbəttə ki,elmin sərhədləri o qədər genişdir ki,bildiklərimiz bilmədiklərimizin yanında dəryada bir damlanın milyardda birindən daha azdır...XXVI əsrin insanları belə bir çox ulduzlara yol açmasına baxmayaraq yenə də bu yolda yeni-yeni uğurlar üçün saysız-hesabsız pul xərcləyir və bu pulların heç də ziyana uğramayacağını,bir gün öz bəhrəsini verəcəyini günəşin yenidən doğacağı qədər aydın bilirlər...Bir sözlə elm daima inkişafda,tərəqqidədir və bu tərəqqi insana necə mükəmməl yaradıldığını və bu mükəmməl yaradılışında bir mükəmməl yaradıcıya  ehtiyacı olduğunu daim xatırlatmaqdadır...Yaradanın bütün kainatı saran elmi yaradılışı bu elmi öyrənməyə,öyrənib də məhz o yaradıcının sonsuz elmini,qüdrətini  anlamasına vəsilə olan bir vasitədir və bu vasitədən faydalananlar necə də xoşbəxt insanlardır...
2545-ci ilin insanları nəinki kosmik səyahətlər edə bilir,hətta yer kürəsindən milyon işıq ili uzaqlıqda olan ulduzlarla belə istənilən hər hansı bir yerdən internet,mobil telefon vasitəsilə heç bir çətinlik çəkmədən əlaqə yaratmağıda bacarırlar.Yer üzərindən müxtəlif ulduzlara və ulduzlar ətrafı planetlərə müxtəlif mobil operator xidmətləri xidmət göstərir.Bunların arasında SpaceSell xüsusi ilə öz əhatə dairəsinin genişliyinə görə daha çox məhşurdur və bu operator ondan çox ulduz və planetlərdə xidmət göstərir.İnsanlar bu xidmət üçün cüzi miqdarda pul ödəməklə istifadə edir və  günün bir çox hissəsini məhz bilgisayar qarşısında oturmaqla,internetdən istifadə etməklə keçirirlər.Bu daha ucuz və daha da kefiyyətli olması ilə digər kommunikasiya vasitələrindən kifayət qədər çox seçilir.Ancaq insanların belə bir zəmanədə yaşamasına baxmayaraq kitab da öz rolunu itirməyib,bəlkə də indi daha geniş vüsət alıb.Bir zamanlar bilgisayarın gəlişi ilə kitabın sıradan çıxacağını düşünənlər isə çox yanılmış olmalı...Bütün bu texniki tərəqqilər insanların sosial yaşam tərzini o qədər yaxşılaşdırıb ki,artıq bir zamanlar insanlar arasında müharibələrə,tətillərə,nümayişlərə səbəb olmuş təbəqə söhbətləri demək olar ki,tarixin bir parçasına çevrilib və bu tarix bəşəriyyət tarixində “Qara ləkə” kimi qalıb.Bu qara ləkəni  təmizləmək heç bir vəchlə mümkün ola bilməz və mümkünsüzü mümkün etmək burada mümkün deyil...Çünki nə qədər acı olsada,biz istədik ya istəmədik bütün bu xoşagəlməzliklər baş vermişdir.Necə deyərlər olacağa çarə yoxdur.Ancaq XXVI əsrin insanları bir daha bu insanlıq faciəsini yaşamamaqda qərarlıdır,israrlıdır.Artıq insanlar rəngin qara və ya ağ olması ilə deyil,intellekt səviyyələri ilə seçilirlər və o qədər savadlanıblar ki,hətta onların bilik səviyyələrini də ayırmaq belə xeyli çətinləşib.Tələbələr bir-biri ilə yalnız bilik səviyyələrinə görə seçilir,yalnız biliklə rəqabət aparırlar.Artıq əsrlər öncə insanları mənəvi cəhətdən kor edən əyləncələrin,bozbaş müğənnilərin,adı yerli-dibli silinib və onlara yer yoxdur.Əlbəttə,bu o demək deyil ki,müğənnilik qeyb olub,sadəcə sənəti olmayan “sənətçilər”in meydanı dağılıb.İnsanlar yerdəki “ulduzların” yox,göydəki real olan ulduzların axtarışındadır və bu ulduzları fəth etmək yerdəki “ulduzları” məhv etməklə mümkün olub.İnsanlar istəklərinə istəkli olmağın qətiyyətliyi ilə çata bilərlər və bəzi istəklərinə bu qətiyyətliklə çata bildilər.Qətiyyətlilik insanı hədəfə aparan yolun başlanğıcıdır.Bu yolda olan çətinliklər insanı qorxutmamalı,daha da qətiyyətli,iradəli,mübariz olmağı aşılamalı və sonda uğura çatmaqla qətiyyətinə sağol deməlidir.İnsan öz iradəsinə güvənməklə uğur qazana bilər.
Keçmiş zamanların ən böyük bəlası sayılan  ekoloji problemlərin,təbii fəlakətlərin belə qarşısı tədricən elmi ixtiralar yolu ilə alınmaqdadır.Düzdür insan oğlu bu xoşagəlməzlikləri tamamilə durdura bilməsədə,bir-neçə gün öncə tam dəqiqliklə deyə bilir və bəşəriyyəti kütləvi qırğından sığortalandırırlar.Yer üzünün atmosferi günü-gündən öz əvvəlki təmizliyinə qayıdırsa,bu da tullantısız,zərərsiz sənayenin inkişafı ilə bağlıdır.2545-ci il sanki minillər öncənin atmosferini yenidən özünə qaytarıb,onu cana gətirib və təbii ki,atmosferin bu cür təmizlənməsi ilk növbədə canlıların sağlamlığına öz müsbət təsirini göstərib.İndi həyat öz rahatlığına sevinir,təbiət belə uzun zamanlar görmədiyi öz əvvəlki təravətinə qayıtdığına görə bayram edir.Bu təbiətin,gözəlliyin,eyni zamandada insanlıığın bayramıdır.Bu cür nailiyyət insan ömrünün də uzanmasına səbəb olub və orta insan ömrü 120-130 yaş ilə ölçüldüyündən insanlar daha çox iş görə bilir və əmək qabiliyyətlərinidə daha gec 140-150 yaşlarında itirirlər.
XXVI əsrin insanları tarixin qaranlıq səhifələrini bu günə şükr etməklə,ötənlərin dözülməzliyini ancaq bir keçmiş olaraq xatırlayırlar.Bəli,ancaq xatırlayırlar.Bir zamanlar bizim yaşadığımız günlərin xəyalının belə gərçək ola bilməzliyini düşünən insanlar,bu gün reallığa çevirə bilmişlərsə nə mutlu bizə... Bu mutluluğu göz bəbəyi kimi qorumaq,qədrini bilibdə itirməmək məndən,səndən,ondan və ümumiyyətlə insan olan hər kəsdən asılıdır.
XXVI əsr elmi tərəqqi,sosial inkişaf ilə yanaşı həyatın bütün sahələrinə də öz təsirini inanılmaz dərəcədə göstərib.Ulduzlararası kultroloji əlaqələrin,geniş təfəkkürün pik nöqtəyə çatdığı bu dövrdə yeni bir İntibahın əasası qoyulub.Bu dövrün alimləri,sənətkarları,idmançıları nəinki yerdə,hətta kosmosdada böyük şöhrətə malikdilər.Onlar ulduzlararası beynəlxalq mükafatların laureatları,müxtəlif elmi,mədəni tədbirlərin,idman yarışlarının iştirakçılarıdırlar.Yer kürəsini başqa dünyanın sakinləri arasında  layiqli təmsil etmək üçün hər ay müsabiqələr təşkil olunur və qaliblər müəyyən edilmiş planetlərə göndərilir və vicdanla demək lazımdır ki,dünyamız həmişə sevindirici xəbərlərin,hadisələrin şahidi olur.Bir sözlə müxtəlif dünyanın müxtəlif sakinləri bir-biri ilə qarşılıqlı əlaqə saxlayır,bir-birlərinə dərin hörmətlə yanaşırlar.Hər bir planet digər planetlərdən nələri is öyrənib-öyrətməklə daha  uğurlu inkişafa qədəm qoyur.Təsadüfi deyil ki,milyon illər geridə qalmış dünyalar belə böyük bir sürətlə irəliləyir və bu irəliləyişlər də zəncirvari olaraq baş verir.Hər bir dünya bir dünyadan nələri isə üstün və aşağı ola bilər,ilk baxışda bu fərq duyulsada,dünyalar arasında heç bir  iğtişaş,xoşagəlməzliklər baş vermir.Ən adi problemlər belə tez aradan qaldırılaraq öz həllini tapır.Hər bir iş öz zamanında,məsuliyyətlə edildiyindən,heç bir  çətinlikdə yaranmır.


Başlanğıcın sonu


Mən XXVI əsrin yazıçısı olmağımdan dolayı qürur hissi keçirir,ancaq bu qürurun təkəbbürlüyə yol açmasına heç bir vəchlə izn vermirəm.Bir yazıçı kimi ad-san qazanmağım başımı gicəlləndirmir,əksinə  daha da sadələşdirir,yazacağım əsərlərlə oxucular qarşısında cavab verəcək olduğumdan məsuliyyətləşdirir,əsərlərim üzərində daha inadla işləməyimə şövq edir.Bir Azərbaycan yazıçısı olaraq xalqımı,dövlətimi başqa xalqlar,dünyalar arasında ləyaqətlə təmsil etmək mənim borcum,vəzifəmdir və bu yolda gecələrimi gündüzə qatmağıma dəyər.Yazıçılıq insan düşüncələrinin maddi-mənəvi aləmlə sıx təmasda olmasını təmin edən və bu təmasın sıcaqlığını heç zaman soyudulmamasını gərəkdirən gərəkli bir sənətdir.Çünki,yazıçı,şair qədər heç kəs təbiətlə,kosmosla qəlbən təmasda ola bilməz və olması belə mümkün deyil.Yer üzərində hər şey dəyişməyə.dəyişilməyə məhkumdur.Bir tək dəyişikliyə məhkum olmayan-yaradıcılıqdır.Zaman müxtəlif ədəbi cərəyanlar yarada bilər,amma insan duyğuları,insan hissləri hər zaman eyni olaraq da qalacaqdır.Minillər əvvəl yaradıcı insanın keçirdiyi hisslər,duyğular,minillər sonra yaradıcı insanın keçirdiyi hisslər,duyğularla eynidir və bu proses minillər sonrada yaradıcı insanın keçirəcəyi hisslər,duyğularla eyni olacağına heç bir şübhədə yoxdur şübhəsiz...


Gələcəyə işıq


O,bu dünyanın adamı idi.Amma,arzusu başqa dünyalara səyahət etmək,müxtəlif dünyaların mədəniyyət,adət-ənənələri ilə maraqlanmaq,onlarda olan gözəl nə varsa bu dünyaya gətirmək və ya əksinə öz dünyamızda olan şeylərdən başqa dünyalara da ərməğan etmək idi.Bu arzu ona bu istəklərə doğru daha da qətiyyətli addımlar atmağı tələb edirdi.Hələ gəncliyinin ilkin dövrlərində olan Kamal digər məhşur şəxslər kimi bir gün özü də tez bir zamanda başqa bir dünyaya gedəcəyini,arzularının bir hissəsinin,belə demək olarsa daha mühüm hissəsinin çin olacağına daxilində böyük bir inam vardı.Bu inam onu o qədər arxayınlaşdırmışdı ki,sanki,günü bu gün bu yol ona açıq olacaqdı.Amma necə,necə olacaqdı bu arzunun həyata keçmək reallığı?Əlbəttə,Kamal heç də sadəcə xəyallar quraraq yaşamır,yerində sayaraq bir gün ona bu sevincin qismət olacağını gözləmirdi.Xəyalı uzaq-uzaq ulduzlarda,planetlərdə olsa da ağlı başında idi. Şübhəsiz ki,ağlı başında olmayanların xəyallarıda xəyal olaraq qalar və heç bir zamanda həqiqətə çevrilə bilməz.Hələ orta məktəb illərindən dərslərindən daima yüksək qiymətlər aldığından müəllim və şagirdlərin böyük hörmətini qazanmışdı Kamal.Sonra isə universitetə daxil olaraq onların etimadını daha da doğrultmuşdu.Eyni zamanda gənc bir yazar olmaq gələcəyinə geniş imkanlar yaradırdı.Yaradıcılığa olan bu sonsuz maraq sonsuz arzularına təkan vermişdi Kamalın.Bir gün bu dünyada uğur əldə edərək,başqa dünyalara rəsmi görüşlərə göndəriləcəyinə,xəyallarının həyata keçəcəyinə inam yaratmışdı.Kamal bu yolda hər gün,hər saat mübarizə aparır,təhsil almaqla yanaşı həm də yeni-yeni əsərlər yaradırdı.Əsərləri qəzet,jurnal,saytlarda dərc olunur,sədası yavaş-yavaş universtetdən kənara da yayılırdı.Lakin,yazdıqlarını hələ yetərli saymır,daha da kəskin yazmaq üçün inadla mübarizə aparırdı.İnadçıllılıq,mübarizlik,yorulmazlıq əsas xarakterlərindən biri idi Kamalın.Gecələr belə az yatır,yazır,yazır və yenə də yazırdı.Yazıb-yaratmaq eşqi,ehtirası onda qarşısı alınmayacaq gündəlik tələbata çevrilmişdi.Bu tələbat sərhədləri görünməyəcək qədər tükənməzdi.Bir insanın nəfəs alıb-verməyə olan tələbatı qədər tükənməz.Hətta bir gün dostlarından biri ona şan-şöhrət sahibi olduğunu,adının ölkə daxilində kifayət qədər tanındığını vurğuladığı zaman,ona cavabında:”Dəryada damlalar gözə görünmədiyi kimi,mənim də əldə etdiklərim,əldə edə bilmədiklərimin yanında,dəryada damla kimidir” demişdi.Bu cavabdan sonra dostları bir daha ona bu sualı verməmiş,Kamalın böyük iddiada olduğunun fərqinə varmışdılar.Heç kimsə də ona bu iddiasından vaz keçməyə bir səbəb tapa bilməzdi,çünki,öz dediklərini əməlləri ilə göstərir,əməyinin boşa gedəcəyinə bir əsas da olsun yer buraxmırdı.Kamal axıb-gedən zamanın qiymətini bilərək ondan maksimum dərəcədə yararlanmağa çalışırdı.Zamanın onun qədrini bilənlərin,ona hörmət etməyi bacaranların tərəfində olduğunu unutmamalı...
Əlbəttə, XXVI əsrin yazıçısı olmaq,elmin,intellektin bütün dünyaya hökm oxuduğu bir zamanda yaşamaq və zamnın bu əvəzedilməz zamanında söz sahibi ola bilmək Kamal üçün bir o qədər də asan olmayacaqdı.O,bütün bunları dərk edə-edə böyük bir yolun başlanğıcına qədən qoymuş və enişli-yoxuşlu yolların çətinliklərinə sinə gərib dözməyi də unutmamışdı.Yazıçılığın məsuliyyətini dərk eləmədən yazıçılığa girişməyin özünü aldatmaqdan başqa bir şey olmadığını da yaxşı bilirdi Kamal.Hələ kiçik yaşlarından valideynləri,dostları ona bu yolun çətin olacağını,bir yazıçı olaraq tanınıb-tanınmayacığını dəfələrlə xatırlatmışdılar.Lakin,ürək fərman verən yerdə kimin sözü keçə bilər ki...Bəzən,ürəyin,elə məhz ürəyin də səsinə qulaq asmaq insana baş ucalığı,uğur qazandıra bilər.”Sən uğuru gözləmə,uğur səni gözləsin”prinsipi ilə yaşayırdı Kamal.İlk dəfə beşinci sinifdə oxuyarkən kiçik bir hekayəsi çap olunan zaman bu uğurun ona bir addım yaxınlaşdığını belə ifadə eləmişdi.”Dağın ətəklərində yerimək hələ zirvələri fəth eləmək deyil,zirvələri fəth edincəyə qədər yorularaq yerimək lazımdır ki,zirvəyə çata biləsən və bu zirvənin ucalığından qalxdığın yollara baxarkən incə bir təbəssümlə gülümsüyüb deyəsən:”Çəkdiklərim heç də hədər deyilmiş,demək yazıb-yaratmağıma dəyərmiş”.Bu sözdən təsirlənən valideynlər bir daha oğluna bu fikrindən daşınmağı söyləməmişdilər.Onlar uşağın qəlbindəki yaradıcılıq eşqini boğa bilmək üçün cəhdlərindən utanmışdılar və biricik oğullarının istəyini qəbul eləməyə məcbur olmuşdular.Artıq anlamışdılar ki,yaradıcılıq eşqi ilə çırpınan bir ürəyi sındırmaq günahdır,qoy övladları öz seçimində qalsın və bu seçimlədə bacardığı qədər də addımlasın.Bəli Kamal belə xarakterə malik bir gənc idi.Bu xarakter onun bir şəxsiyyət kimi yetişməsinin,müstəqil fikir qəbul edə bilməyinin göstəricisi olduğundan Kamalı adı kimi də bir gənc olduğunu düşünməyə əsas verirdi.
Gələcəyə işıq tutmaq istəyənlər,qaranlıqları yarıb keçmək israrlığı ilə bu işığa qovuşa bilərlər.Bu işığın aydınlığından nəinki bir insan,hətta bütün bəşəriyyət faydalana bilər.İnsanlar faydalı insan olduğu qədər dəyərlidir və bu dəyər heç bir ölçüyə sığışmayacaq qədər ölçüsüzdür. 

Комментариев нет:

Отправить комментарий