16.03.2012

Ziya Məmmədovla Kəmaləddin Heydərov parlamentdə mübahisə etdi

Bu gün parlamentin növbəti iclasında Nazirlər Kabinetinin hesabatı dinlənildiyi üçün bütün nazirlər Milli Məclisə gəliblər. GunXeber.com pat.az saytına istinadən xəbər verir ki, iclas başlayan kimi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla , Nəqliyyat Naziri Ziya Məmmədov yanaşı əyləşiblər. İki nazir bir yerdə oturmağı qabaqcadan planlaşdırıbmış. Çünki iclasa tez gələn Ziya Məmmədov 10 dəqiqədən çox ayaq üstə gözləyib və Kəmaləddin Heydərov gələn kimi bir yerdə əyləşiblər. İclas başlasa da nazirlər arasında söhbət kəsilməyib. Kəmaləddin Heydərov sərt şəkildə Ziya Məmmədova nəyisə izah etməyə çalışıb və əl hərəkətləri get-gedə artırıb. Kəmaləddin Heydərovdan fərqli olaraq Ziya Məmmədov təmkinini pozmadan qulaq asıb, arada nə isə deyib, əlini həmkarının əlinin üstünə qoyub. Söhbət zamanı nazirlərin qarşısında mikrafonlar sönülü olsa da Kəmaləddin Heydərov öz qarşısındakı və Ziya Məmmədovun qarşısındakı mikrafonları kənara itələyib. Həmçinin fotoqraflar yaxınlaşanda da söhbəti saxlayırmışlar. Baş nazir Artur Rəsizadənin çıxışının 6-cı dəqiqəsi keçsə də hər iki nazir ona əhəmiyyət vermədən söhbətlərini davam etdiririblər. Nəhayət bir nəfər nazirlərə yaxınlaşaraq qulaqlarına nə isə deyib və əli ilə tribunada çıxış edən Artur Rəsizadəni göstərib. Məhz bundan sonra mübahisə kəsilib.

Комментариев нет:

Отправить комментарий