21.07.2012

İran parlamenti ABŞ-a meydan oxudu

Milli Məclis Hörmüz boğaznın bağlanması ilə bağlı qanun layihəsini qəbul edib


İran Milli Məclisi ötən gün Hörmüz boğaznın bağlanması ilə bağlı qanun layihəsini qəbul edib. Səsvermə zamanı 209 deputatdan 150-si qanun layihəsinin lehinə səs verib. Deputatların qərarı ilə bağlı açıqlama verən parlamentin nümayəndəsi Kərimi Qüdsi bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar davam etdirilərsə, sanksiyaları tədbiq edən ölkələr Hörmüz boğazına daxil ola bilməyəcəklər. Onun sözlərinə görə, Birləşmiş Ştatların dəniz hərbi qüvvələrinin Hörmüz ətrafında dolaşması İranın Hörmüz boğazını bağlamasına mane olmayacaq.
"Hərbi nöqteyi nəzərdən, Hörmüz boğazını bağlamağa tamamilə imkanımız çatır. Belə olan halda isə, heç bir ölkə bu boğazdan keçə bilməz", - deyə Qüdsi sözlərini ifadə edib.

Qeyd edək ki, qanun layihəsi İran prezidenti Mahmud Əhmədinejat tərəfindən təsdiqlənəcəyi təqdirdə Hörmüz boğazının bağlanması reallaşa bilər.
Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta isə bildirib ki, rəsmi Vaşinqton ssenarinin tamamilə dəyişilməsinə və onun qarşısının alınmasına hazırdır.
Həmçinin nəzərinizə çatdıraq ki, Hörmüz boğazı dünya üzrə neft ixracının 35 faizini təşkil edir.


xeber44.com

Комментариев нет:

Отправить комментарий