22.07.2012

QƏZZAFİNİN QATİLİ SURİYADA ÖLDÜRÜLÜB


Bügün iyulun 22-də Suriyanın paytaxtı Dəməşqdə hökümət qüvvələri tərəfindən keçirilmiş anti-terror əməliyyatı nəticəsində liviyalı muzdlu terrorçu Mehdi əl-Hərati öldürülüb. Bu haqda xəbəri Suriya hökümətinə bağlı olan mediyalar yayıb. Qeyd etmək yerinə düşər ki, əl-Hərati hələ keçən ilin dekabr ayında Suriyaya ABŞ xüsusi orqanlarının xətti ilə Türkiyənin Antakiya bölgəsindən keçmişdir. O dinc suriyalılara qarşı bir çox cinayətdə, o cümlədən Hula qətliamında iştirak etmişdir.
Xatırladaq ki, əl-Hərati Liviya hadisələrin də fəal iştirakçılarından biri olmuşdur. O 2011-ci ilin fevralında ABŞ-nın kəşfiyyat xidməti tərəfindən ona alınmış Dublindəki villasını tərk edərək, Liviyaya yollanmışdır və orda "Tripoli briqadası" adlı terrorçu təşkilatı təsis etmişdir. Bu təşkilat Liviya inqilabında həlledici rola malik olmuşdur. əl-Hərati Müəmmər Qəzzafinin qətlində də şəxsən iştirak etmişdir və bu haqda həmişə fəxrnən danışardı.


Support for Muammar al-Gaddafi from the people of Azerbaijan

Комментариев нет:

Отправить комментарий