05.07.2012

Sənsiz

Xosrov Barışan


Anladım ki lal olub sukut nəğməsi sənsiz!
Dil açsa; səndən deyir hər şeyin səsi sənsiz.


Qapını çırpmaq idi sənə ayrılıq, getdin!
Üzümə qapandı hər qapı ertəsi sənsiz.


Bötüvlədə bilməyir heç qadın heç kişini!!!
Əh... boğma çıxardır hər qızın eşvəsi sənsiz.


Bu mey də qəm artırır, dahı keflənənmirəm!!!
Zəhərlədib öldürür yaşam çeşməsi sənsiz.


O qədər böyüdü ki kiçiklərin kölgəsi;
Gün batdı, qalmadı bir umud şövləsi sənsiz.


Qaranlıq yaradıqlar sorqulur kimliyimi,
İnsanın bu qorxudan gəlir ölməsi sənsiz.



Sən idin insan ilə heyvanın fasiləsi,
Yırtıcı vəhşilərin olmuşam əsi(1) sənsiz.


Öz içində həbs olan yenilən mən, ya da yox;
Bir şaham futuhatım xəyal ölkəsi sənsiz!!!


Özümdən başqa hər kəs cibimin yeyəsidir!
Amma ruhum; özümün yoxdur heç kəsi sənsiz.


Diktatordur bu doğa, arzıma çatanmadım...
Eləbil filter olub arzı adresi sənsiz!


Yüklədim anlam yükü şerimə, dərd anladam;
Gördüm ki bir ulağam, sözcüklər təsi(2) sənsiz.


Yüksələnmir gözəllik, sınıb ilham qanadı!!!
Düşür nəsr dərəsinə şeir şivəsi sənsiz.


Bilmirəm mən könəzəm ya da ki bu yaşamaq?!!
Olubdur yaşayışım gönlümün nəsi(3) sənsiz.


Hər nəyi sevib baxsam çövürür tez alaba!!!
((Barışan))ın sevməyə qalıbdır nəsi sənsiz?!


-----------------------------------------------------------------------
Açıqlama:
1)Əs: Tövmə, yem.
2)Təs: Pox, Mal poxu.
3)Nəs: Nəhs.

Комментариев нет:

Отправить комментарий