05.07.2012

Soros, marixuana və analoqu olmayan ölkələr

Müəllif özü haqdaPərvin Şükürzadə


Soros əslində Sem dayının ən böyük protejelərindən biridir. Məhz Sem dayının birbaşa köməyi və dəstəyi nəticəsində milliarderə çevrilən bu məhşur yəhudi maliyyəçi bəzən öz ekstraordinar çıxışları ilə insanları mat qoyur. Belə ki, bu yaxınlarda Soros marixuananın leqallaşdırılmasını təklif edib.
Bu haqda xəbər yayan mötəbər The Wall Street Journal dərgisi təklifin əsl səbəbi kimi yenə də pulu göstərir. Sorosun pula olan tükənməz sevgisini nəzərə alsaq — bu inandırıcıdır. Cənab Soros təkid edir ki, marixuananın leqallaşmasından büdcə yalnız udacaq — il ərzində milliardlarla dollarların qanundan kənar dövriyyəsinə son qoyulacaq, marixuanın tibbi sahədə istifadəsini mümkün edəcək və sair və ilaxır…

Nə deyim, bəlkə də Sem dayının protejesi haqlıdı. Amma fikrimcə burada öz sözünü deyən təkcə pul sevgisi deyil, həm də axır vaxtlar Sorosun post-sovet ölkələrində həyata keçirmək istədiyi ideoloji inqlabların fiaskosudur. Sorosun dərdi var, dərdi də leqallaşdırmaq istəyir. =)
Post sovet ölkələri demişkən. Bu yaxınlarda Britaniyanın müstəqil elmi-analitik institutu Legatum, Oxford Analytica və Gallup World Poll Service analitik mərkəzləri birlikdə maraqlı bir sorğu keçiriblər — dünyanın inkişafda analoqu olmayan ölkələri hansıdır?! Sorğunun nəticələrinə görə Norveç 2010-cu ildə göstərdiyi iqtisadi inkişafa və əhalinin yaşayış səviyyəsinə görə dünyada birinci yer tutur. İkinci yer Danimarkanın, üçüncü yer isə növbəti Skandinaviya ölkəsi — Finlandiyanındır. ABŞ onuncu yerdə qərarlaşıb. Yaxın qonşularımız olan Qazaxıstan 50-ci, Belorusiya 54-cü, Rusiya 63-cü yerdə qərarlaşıblar. Digər post-sovet ölkələrindən olan Estoniya 35-ci, Litva 42-ci, Latviya isə 47-ci yerdədir.
Öz inkişaf tempinə görə dünyada ən geridə qalan ölkə Zimbabvedir.
Maraqlıdır ki, nə Azərbaycan, nə də ki, Ermənistan bu siyahıda yoxdur. Yəqin Britaniyadan Azərbaycan kimi kiçik dövlətlər görünmür. =)

Комментариев нет:

Отправить комментарий