Anar Sadıllı
Mənə var-dövlət verdilər, istəmədim,
Mənə xoşbəxtlik verdilər, istəmədim.
Çünki mənə bütün bunları özündə cəmləşdirən Tanrı Anamı verib.
Əziz xanımlar, sizləri yalnız ildə birdəfə yada salmaq azdır, sizi hər gün təbrik etməliyik. Sizlər buna layiqsiniz. Çünki sizlər kişilərin anası, kişilərin xanımı, kişilərin bacısı... bir sözlə siz bizlərnən həyatda çiyin-çiynə mücadilə edirsiniz. Bu gün sizlərin bayramıdır, amma istərdim ilk öncə sizlərin haqqını önə çəkəm.
Heyif ki, bu gün buna məhəl qoyan azdır və bəzi qadınlar cəmiyyətdə və ailə daxilində zorakılığa məruz qalırlar. Qadın yalnız bu cür təpik görmək istəyər...
Qadına yoldaşının vurduğu təpik nahaqdır,
Övladının vurduğu təpik günahdır,
Bətnindəki körpənin vurduğu təpik savabdır..
İldə yalnız bir gün yada salınır qadınlar, necə deyərlər, bayramdan-bayrama. Əslində onları hər gün yada salmaq lazımdır, cünkü onlar bizlərə ilahi əmanətdir. İldə birdəfə bir hədiyyə almaqdansa, hər gün biraz təbəssüm etmək onlar üçün əsil bayram olar. Yalnız bir gün kişilərin yadına düşür və tez nəyisə almaq istəyirlər, sizləri sevindirmək üçün. Yalnız bir gün sevindirib sabahısı gün hər şey yenidən başlayır, ailədə söz-söhbət. Qadınlarımızın yenə tənhalığı başlayır və hər gecə gizlı tökülən göz yaşları. Əslində sizin bayramınızdır, istəməzdim ki, qanınızı qaraldam, amma bunu yazmaqda məqsədim kişiləri qəflət yuxusundan ayıltmaqdır...
8 mart qadınlar bayramının yaranma tarixinə diqqət edək və burdan anlayacağıq ki, bu bayram əslində qanlı bir hadisədir. Bizim xalqın çox dəyərli qadınlarına bu gündə bayram etməyi heç istəməzdim, çünkü bayram etmək üçün tarixdə dəyərli qadınlarımız olub və onların hansınınsa doğum günündə əsil qadın bayramı etmək olardı...
1857-ci ilin 8 mart günü ABŞ-ın Nyu-York şəhərində 40 000 toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə ölüb.
1910-cu il 26 – 27 avqust tarixdə, 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadın, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklif qəbul edilib.

Комментариев нет:
Отправить комментарий