Bir yandan o biri yana köçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış vaxtı qışlaqda güzəran etmək qədim əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.
Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə az-maz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı”deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrrin mədəni Qarabağdır. Hər bir yerdə, hansı dağın təpəsində bir alaçıq görsən və dağın ətəyində bir sürü qoyun-keçi görsən, bil ki, qarabağlıdır.
Qafqazda hansı bir yolla gecə vaxtı keçəndə, yolun kənarında bir çoxlu çadır görəcəksən. Faytonçu faytonu saxlayır ki, atlar dinclərini alsınlar. Birdən çadırın içindən bir belə oxumaq səsi gəlir:
Nənəm a narış qoyun,
Boynu bir qarış qoyun.
Çoban səndən küsübdür,
Südü ver barış qoyun.
Bəli, bunların hamısı Qarabağ tərəkəməlidirlər.
***
Üləmalar təbiətdə çox hikmətlər tapıblar. Frəngistanın məşhur həkimləri sübuta yetiriblər ki, bir şəxsin sifətləri və xəsiyyətləri onun evladlarına yetişəcək, evladlarına yetişməsə, nəvələrinə, nəvələrinə yetişməsə, nəticə və kötücələrinə yetişəcək. Təbiyyətin həmin qanununun nəticəsidir ki, indi Qafqazda heç bir yerin adamları qarabağlılar kimi köçəriliyə mail deyillər. Qarabağlı öz vilayətində otura bilməz: dünya və aləm qarabağlı ilə doludur. Çünki qanlarında köçərilik xasiyyəti var.
Naxçıvanda iki mötəbər tacir olsa, biri qarabağlıdır. Qubada iki mollanın biri qarabağlıdır. Dünyada nə qədər tar çalan və oxuyan var – qarabağlıdır. Heç bir iş, heç bir sənət yoxdur ki, ora qarabağlı özünü soxmamış olsun. Bu kimdir? – Müəllim. Haralıdır? – Qarabağlı. Bu kimdir? – Şeyxülislam. Haralıdır? – Qarabağlı. Nə bilim, bu şahzadə - qarabağlı, bu xanzadə - qarabağlı. Tiflisdə qarabağlı dəstəsi, Aşqabadda qarabağlı məscidi. Xülasə, qarabağlı, qarabağlı.
***
İndi gələk Badikübə şəhərinə.
Cəmi müəllimlər – qarabağlı, cəmi injenerlər – qarabağlı. Hələ bu ötüşər: tamam qəzetçilər – qarabağlı. Doğrusu, insanda bir həya da yaxşı zaddır. Ruslar içində bir məsəl var deyərlər ki, “Çağırılmamış qonaq molla hacı Babadan pisdir”. Bari-pərvərdigara, bu sırtıq qarabağlılar bu yazıq bakılılardan nə istəyir? Harada görsənib ki, bir şəhərdən bir adam çıxıb gedə bir özgə şəhərdə qəzet çıxarda? Nə Avropada belə adət var, nə Rusiyada.
Heç bir millət heç bir işdə bizə oxşamır. Hər işimiz tərsinədir. Qarabağlısan, yazıçılıq etmək istəyirsən, cəhənnəm ol get otur öz Qarabağında, nə qədər istəyirsən yaz. Dəxi sənin Bakıda nə işin var? Məgər bizim öz Bakımızda öz yazıçımız yoxdur? Axır, insanda bir həya da yaxsı zaddır. Biz, vallah, billah, sizə çox hörmət qoyuruq, “xətir” saxlayırıq. Yoxsa indiyə kimi hamınızı qırıb qurtarmışdıq.
Bu harada görsənib ki, insan qarabağlı ola-ola gedə otura bir özgə şəhərdə qəzet çıxarda? Əgər bir moskvalı istəyə gedib Peterburqda alış-veriş eləyə,- peterburqlular onu baykot eyləyib, içlərinə qoymazlar. Hər bir nataraş iş var, hamısı biz müsəlmanlardan baş verir. İşlərimiz hamısı köndələn düşübdür; üzümüzdə bircə tikə su qalmayıb. Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya. Qonşularımız bizə lənət oxuyur, ondan ötrü ki, Bakının ala qoyun gözləri baxa-baxa qarabağlılar gəlib burada ad çıxardırlar. Havada uçan quşlar bizim üstümüzə gülürlər o səbəbə ki, əcnəbilərin gözünün qabağında Bakıda qarabağlı-bakılı davası düşür. Bu da bizim ittifaq və ittihadımız (“İttifaq” və “İttihad” məktəblərini demirəm ha!). Bu da bizim ittihadımız, bu da bizim qeyrət və hümmətimiz. Doğrudan da insanda bir həya yaxşı zaddır. Bu sözləri yazmaqdan qəsdimiz müsəlman qardaşlara bir belə vəsiyyət etməkdir:
Amandı qardaşlar, huşyar olun.
Əvvələn içinizdə özgə şəhərdən gəlmə bir yad adamı qoymayın, qoymayın, qoymayın. Və saniyən, bu qarabağlılardan özünüzü gözləyin, amandır, gözləyin, gözləyin, gözləyin.
Və hər yerdə bir qarabağlı gördünüz – səy edin, çalışın, ərizə verməlidir – verin, şpionluq eləməlidir – eləyin, şəklini çəkməlidir – çəkin. Xülasə, hər bir vasitə ilə olsa, çalışın öz içinizdən rədd eləyin.
Amandı qardaşlar, qeyrət, qeyrət (əgər varsa).
Amandı qardaşlar, hümmət, hümmət (xudanakərdə).
Ax, bu qarabağlılar.
Lağlağı. “Molla Nəsrəddin”, 6 sentyabr, 1909, № 36.

Комментариев нет:
Отправить комментарий