10.03.2013

Ramin Cahangirzadə - Balıqlar öləcəklər

İntihar

Sabah,
Yağmurlar şəhərində
Günəş kəndiri ilə
Özünü asacaq buludlardan
Bir adam
Şəhərə hay düşəcək…!
Kənd pıçıldaşacaq…!
Qara buludlar
Pıçaq çəkəcəklər
Oyanacaqlar çiçəklər
Saçlarını yolacaq yağmurlar
Sabah göy üzündə
Bir adam göyərəcək
Sabah damdan-dama damacaq
Bu adam…

Balıqlar öləcəklər

Bu gecə hər nə aydın olacaq
Akvaryomdakı balıqlar
Evin ortasına atılacaqlar
Öləcəklər dəniz havasına…!
Tanrı, utanmır heç…?!
O boyda gücü olsa da
Balıqları ala bilmədi
Ölümün əlindən

Комментариев нет:

Отправить комментарий