Bir axşam boyu
Elşən Böyükvənd
Didilmiş yun kimiyəm
məxmər parçasında sırılıb
yorğanın olub
əndamına büküləcəyəm
heç bir qəzəl söyləmədən.
Dəniz boyda sinəndə
üzəcək dodağım balıq kimi
və ağ qayış kimi
dolanacaq belinə əllərim.
Gövdəmizsə,
iki dəmirçəkən kimi
yapışacaq bir-birinə
bir axşam boyu
Комментариев нет:
Отправить комментарий