Azərbaycandan IV TÜRKSOY Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli layiq görülüb. 168.az TÜRKSOY-un rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə martın 11-də Ankara Dövlət Rəsm və Heykəl Müzeyində mükafatlandırma mərasimi keçiriləcək.
Türk ədəbiyyatı, mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan media təmsilçilərinə təqdim olunan TÜRKSOY Basın Onur Ödülünə Qazaxıstandan «Aykın» qəzetinin mədəniyyət şöbəsinin müdiri Kanşayım Baydullayeva, Qazaxıstan Milli Televiziyasının Türkiyə təmsilçisi Bakıtcan Omarov, Qırğızıstandan «Kabar» Qırğıs Xəbər Agentliyinin redaktoru Emilbek Mominov,
Beynəlxalq Qırğız Tarix Qurumunun sədri, tarixiçi, yazar Tınçtıbek Çoroyev, Türkiyədən Türk Ədəbiyyatı jurnalının baş redaktoru Beşir Ayvazoğlu, jurnalist, yazar Yekta Kopan, Başqırdıstan Dövlət Televiziya və Radiosunun «Türküvaz» proqramının rejiossoru Samiqa Qafarova, Moldavanın Qaqauz Muxtar Vilayətinin «Yedinaya Qaqauziya» qəzetinin baş redaktoru Dmitri Papazoğlu, Rusiyanın Tatarıstan Respublikasından Mədəniyyət Nazirliyinin əməkdaşı Ruzilya Muhametova, Tatarinform Xəbər Agentliyinin Türkiyə təmsilçisi Ruşaniya Altay, Şimali Kipr Türk Respublikasının Vətən Radiosunun yönəticisi Ali Gürtekin layiq görülüblər.
Qeyd edək ki, 2011-ci ili doğumunun 125-ci ildönümü münasibətilə Abdulla Tukay, 2012-ci ili Mirzə Fətəli Axundov ili elan edən TÜRKSOY Başqırdıstanın Ufa şəhərində keçirilən 30-cu TÜRKSOY Daimi Şurasının qərarına əsasən 2013-cü ili Qazaxıstan müsiqisinin ustadı və milli bəstəkarı olan Mukan Tölebayevə ithaf edib.
Martın 11-də Ankara Dövlət Rəsm və Heykəl Müzeyində keçiriləcək mərasimdə IV TÜRKSOY Basın Onur Ödülü laureatlarının mükafatlandırılması ilə yanaşı, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğunun Qazaxıstandan gələn sənətçilərlə birgə Mukan Tölebayevin bəstələrindən ibarət konsertinin gerçəkləşdirilməsi də nəzərdə tutulub. Tədbirdə həmçinin TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qazaxıstan səfiri Canseyit Tüymebayev, Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpek, Qazaxıstan Parlamenti senatının sosial və mədəni inkişaf komitəsinin sədri Ahan Bijanov, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Celik də çıxış edəcək.

Комментариев нет:
Отправить комментарий