07.03.2013

Jalə Yeniçəri - Dünənimdə tapdım səni

Dünənimdə tapdım səni…
Bu günümdə itirdim…
Sabahımda yağışlar yağacaq,
Səni qarğayacaq…
Bəzənib üst-başını süstlədiyin paltarın da
səndən üz çevirəcək,
ətirlərin xoş qoxunu devirəcək…
Oturduğun taksi də səni  azdıracaq,
ayaqların süründüyü səki də…
Hər  məhləmizdən keçəndə
səni görən o küçük

daha zingildəməyəcək,
o hay-küy də qulaqlarında cingildəməyəcək…
Pəncərəmə  atdığın daş ünvanına çatmayacaq,
öpüşlərin yanağımda yatmayacaq…
Açmaq  istədiyin qapı da üzünə bağlanacaq,
bu olanlar ürəyini dağlayacaq…
Udduğun hava da səni boğacaq,
birtəhər dözəcəksən…
Yeni günəş  doğacaq…
Amma sən elə hey bilmədiyin,
bəlkə də elə bildiyin səbəbdən boğulacaqsan…

Комментариев нет:

Отправить комментарий