09.03.2013

Məlihə Əzizpur. Bahardır!

Bahardır!
hava, yağış qoxusu ilə dolu.
sən;
ışıq mahnısı dilində,
günəbaxan əkirsən
muğan'ın, xan toprağında.
ürəyim atlanır ışıqlığa;
bütün açıq pəncərələrlə
bütün qaranquşlarla
görüşünə gəlirəm gözlərinin.
...
Yenə;
avucunda tərli günəş
bir az bulud
bir dilim ay
xan Araz'dan qayıdırsan,
və, məni qonaq eləyirsən

bir "Sarıtel" havasına...
Bahardır!
Hava, yağış qoxusu ilə dolu.
İçimdəki boşluqlar,
topraq nəfəsi ilə talanır.
Gözəlrimdə gülümsəyir
alma çiçəkləri- alça tomurcuqları.
...
Bütün kəpənkləri pay verirsən mənə
və, nədənsə
uçuşa həvəslənirəm
günəşə doğru...
Bahardır!
Hava, yağış qoxusu ilə dolu.
Biz...

Комментариев нет:

Отправить комментарий