09.03.2013

Morninqstarsız gələcək


Babək Təbrizli

Tutqaq ki müxalifət seçkiləri uddu. Bu, xalqa nə verəcək? Bəli, müxalifət Əliyev komandası kimi xalqın qanını içməyəcək. Amma daha böyük faciə gözlənilir: ölkənin ABŞ və İsrailin ixtiyarına verilməsi! 

Görün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın sözçüsü nə deyir: “ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycanda fəaliyyətə başlayandan sonra Azərbaycanın müxalifət nümayəndələri ilə görüşləri olub. Bu görüşdə də tərəflər razılığa gəliblər ki, görüşdə müzakirə olunan məsələlər yayılmasın. Müzakirə olunan məsələlər tərəflər arasında qalsın”. Nə üçün düşünmürsünüz? – buyurur Quran. 

İnana bilmirəm ki, Rəsul Quliyevlə bir SAMOVARDAN çay içən adam düz yolda olsun. Rüstəm İbrahimbəyovun Rəsul Quliyevlə əlaqələrinə təəsüf edirəm. 

Allah Azərbaycanı şərdən qorusun! 
Bəziləri siyasət adamı olmadığını deməklə problemlərdən qaçır. Mənsə siyasət adamıyam. Yəni siyasi problemlərə maraq üst-baş, dolanışıq maraqlarını ikinci plana keçirib.
Bunu dedim ki, e-mail adresimə qoçu-qoçu məktub yazan yap-alaqlar gözləməsin ki, söyüş-filan yel olub yanımdan keçə. Sadəcə tərbiyəli qalıb söyüşü söyüşlə cavab verməmək gücüm var. Bu oldu post skriptum, amma son not mənasında yox!
Mən dədə-babası Təbriz torpağına dayanıb durmuş əsil bir türkəm. Amma dünyadan gedəndə bunu soruşan olmayacağını anlamayacaq həddə balqabaq deyiləm. Millətimi sevir, onun dilindən zövq alır, torpaqlarından çıxanda əsir, geri dönəndə möhkəmlənirəm. Kanadada yaşamaq əzabsa da bunu tale sayıram və daha yuxarı dırmanıb, hadisələri daha əhatəli görməyə çalışıram. 
Nə görünür hər şeyi yad bir ölkədən? Azərbaycan necə görünür? Badikubeyi babamın vətənində nələr baş verir? Seçkilər nə vəd edir? İlham Əliyevin məhəlli islahatları hara qədərdir? Müxalifət seçkiləri udsa nə baş verəcək? Rüstəm İbrahimbəyovun Rəsul Quliyev kimi hoqqabazla əlaqələri ona ümid yeri qoyurmu? Dindarların seçkilərə təsiri nə olacaq? Bu suallara qısa münasibət bildirmək pis olmaz.
Çox bədbəxt bir ölkədir Azərbaycan. Ona görə yox ki, ikiyə parçalanıb. Parçalanmaq son sözü demir. Böyük türk xalqı neçəyə parçalanıb? Bu barədə düşünün. Böyük bir dövlətin tərkibində olmaq da bədbəxtlik dəlili deyil. Çinin, ABŞ-ın qucağında neçə millət yaşayır. 
Azərbaycan müstəqillik qazandı. Amma əsarətin min üzü var. Azərbaycan genetik bolşevizm daşıyıcısı olan ruslardan zahirən qopdu. Bolşevik Ramiz Mehdiyev bu ölkədə kardinal postunu tutubsa, rüşvət baş alıb gedirsə, dinlə müharibə varsa, elə ruslarlayıq və RUSUQ! Məktəblərimizdə körpə balalarımız ANA DİLİNDƏ bütlərə sitayiş nəğmələri oxuyur. Dil də xoşbəxtlikdə aparıcı faktor deyil. Nədən müstəqil olduğumuz sual olaraq qalır. Əlbəttə ki sadə xalq üçün!
Seçkiləri baykot etmək bəlkə də ən doğru yol idi. Siyasətçi kimi deyirəm “bəlkə də”. Bu rejimdən doğru-dürüst seçki gözləmək də balqabaqlıqdır. Amma zənnimcə okeanın bu tayında düşünürlər ki, seçkilərdə aranı qarışdırıb bir iş görmək olar. Yəni seçkilər inqilab üçün zəminə ola bilər. 
İlham Əliyevin islahatları heç nə verməyəcək. Əlbəttə siz 8 martda hər xanıma 40 manatı bir şey sayırsınızsa biz fərqli düşünürük. İslahat, prezidentlik oğul Əliyev üçün yad bir “əyləncədir”. Bu adam sərbəst, kübar həyata köklənmiş bir adamdır və dövlətin idarəçiliyini büsbütün verib mehdiyevlərin ixtiyarına. Amma nə vaxt sübut olsa ki, məsələn Mehdiyev ailəyə xəyanət edib, onu onca dəqiqəyə göndərəcək Əli İnsanovun yanına.
Tutqaq ki müxalifət seçkiləri uddu. Bu, xalqa nə verəcək? Bəli, müxalifət Əliyev komandası kimi xalqın qanını içməyəcək. Amma daha böyük faciə gözlənilir: ölkənin ABŞ və İsrailin ixtiyarına verilməsi! Mən şübhə etmirəm ki, ata Əliyev hakimiyyətə gəlməsəydi indi Azərbaycan ərazisi NATO-nun poliqonuna çevrilmişdi. Əlbəttə, bu gün də xarici hərbi qərərgahlar var, amma qeyri-leqal. Kaş mən səhv edim ki, müxalifət qərbə meylli yox, aşiqdir. Əsil milli hökumət quracaq müxalifətin olduğuna şübhə edirəm. Əli Kərimli, İlyas İsmayılov kimi siyasətçilərin ara-sıra çıxışları istisnadır. Görün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın sözçüsü nə deyir: “ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycanda fəaliyyətə başlayandan sonra Azərbaycanın müxalifət nümayəndələri ilə görüşləri olub. Bu görüşdə də tərəflər razılığa gəliblər ki, görüşdə müzakirə olunan məsələlər yayılmasın. Müzakirə olunan məsələlər tərəflər arasında qalsın”. Nə üçün düşünmürsünüz? – buyurur Quran. 
İnana bilmirəm ki, Rəsul Quliyevlə bir SAMOVARDAN çay içən adam düz yolda olsun. Rüstəm İbrahimbəyovun Rəsul Quliyevlə əlaqələrinə təəsüf edirəm. Kaş belə olmayaydı. Axı onun yanında Ramiz Rövşən kimi şairimiz var. Necə olar ki Ramiz Rövşən Rəsul Quliyevlə çiyin-çiyinə dayansın? Dayanacaqsa, bu da növbəti bədbəxtliyimiz olacaq.
Dindarlar! Onların bazası bütün xalqdır, demək ən böyük potensial imkanlar dindarlarındır. Dindarlar bilərəkdən səhvə getməyəcək yeganə qüvvədir. Ola bilməz ki, bu cameə bilə-bilə xalqın ziddinə addım atsın. Buna sübut: dindarlar heç zaman ABŞ və İsrail kimi qaniçən rejimlərlə dostluğa getməz, dindarlar heç zaman Rəsul Quliyev kimi rüşvətxor qara qüvvəyə dostluq əli uzatmaz. Əgər İranla yaxınlıq dindarlara irad edilsə, bilməliyik ki, onların bu yaxınlığı yalnız din alimlərinə sevgi üzərində qurulub və dindarlar İranla yaxınlıqdan kef görməyiblər, əziyyət çəkiblər. Azərbaycanda bir muzdur-dinsiz Allahı, peyğəmbəri, Quranı təhqir edəndə din alimi hökm verib – verməyə də bilıməz. Dindar bu hökmə baş əyib - əyməyə də bilməz. Çünki İslam din aliminə tabeçilikdir, övliyaların yolunu getməkdir. Çünki əsil azadlıq yolu İslamdan keçir. Nəfsinin əsarətindən qurtulmayan xalqın torpağı, milli məktəbi olsa da o azad deyil. Dindarı başqalarından fərləndirən də budur: ilahi qanuna itaət! O birilərsə qanunu özləri yazır və istədikləri vaxt dəyişir. Hətta öz yazdıqları qanunları tapdayırlar. 
Ümidsizlik? Əsla! Əliyev rejimi elə bir çirkaba batıb ki, qalması xalqa təhqirdir və getməlidir. Qalan qüvvələr isə özündə təmizləmə aparmaqla koalisiyaya gedə bilər – məsələn Rəsul Quliyevsiz, Sabir Rüstəmxanlısız... Morninqstarsız!

b_tabrizli@mail.ru           haqqyolu.com

Комментариев нет:

Отправить комментарий