11.03.2013

Məşədibaba. Ahu-zar içində

Elə üzmüş ahu-zarım məni ruzigar içində
Ki görən bu ahu-zarı qalır ahu-zar içində

Bülbüləm, nədir günahım ölürəm qəfəsdə tənha
Niyə yer yoxdu ,ilahi, mənə laləzar içində?

Neyləsin getməsin indi gözümün nuru, ilahi?
Nə qədər göz yola baxsın, qalıb intizar içində

Tanrının qəm bazarına elə bir tərəziyəm ki
Verilib qəm yükü çəkmək mənə bu bazar içində

Ya mənə çarə qıl Allah, ya da birdəfəlik öldür
Necə dözsün axi bir can neçə cür azar içində?


Qədrini, ey Baba, millət o zaman dərk edəcək ki
Qalacaq vicudi-canun o zaman məzar içində...

Комментариев нет:

Отправить комментарий