Məlihə Əzizpur
Orada tək kişi var!
Varlığı yoxluqdan bir az çox
yandırılmış ağac kimi.
Kimisə,
günəşi dara çəkmiş gözlərində
gözəlliyini qısırlatsın diyə!
Orada tək kişi var!
Heç yerdə, heç yeri yox.
Açılmamış qurşundur ürəyi
içində toplanıb çiy üsyanları.
Orada tək kişi var.
Dəcligi (bütövlüyü) yox dərəcəsində.
Gözləri bərəli baxır
"nəmənəlik" edənlərə!
Haqqın saqqalına gülür...
Ölümlə üz-üzə gəlir
yenə gülür...
Orada tək kişi var:
O da,
Bir qadın...
Orada tək kişi var!
Varlığı yoxluqdan bir az çox
yandırılmış ağac kimi.
Kimisə,
günəşi dara çəkmiş gözlərində
gözəlliyini qısırlatsın diyə!
Orada tək kişi var!
Heç yerdə, heç yeri yox.
Açılmamış qurşundur ürəyi
içində toplanıb çiy üsyanları.
Orada tək kişi var.
Dəcligi (bütövlüyü) yox dərəcəsində.
Gözləri bərəli baxır
"nəmənəlik" edənlərə!
Haqqın saqqalına gülür...
Ölümlə üz-üzə gəlir
yenə gülür...
Orada tək kişi var:
O da,
Bir qadın...
Комментариев нет:
Отправить комментарий