İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü
Qadınla təbiətdəki çiçəyin bir-birini tamamlayan oxşarlıqları var. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin onlar haqqında yüzillər boyu formalaşmış düşüncələri ilahiliklə yanaşı, həm də təzadlı xarakter daşıyıb. Əslində toplumda qadınlarla bağlı yaranan təzadlı fikirlərin səbəbkarı çox hallarda kişilər olub.
Qadın həmişə kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi, kişi də qadın zərifliyinə gərək duyub, onu idealizə edib.
Çağımızda qadının əşyalaşması fəlakəti görünməkdədir. Həmişə türk ailəçiliyində qadına ilahi, uca sayğı olub. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" sayılır. İndi isə ölkəmizdə və dünyada qadına belə yanaşma yoxa çıxmaqdadır.
Ailəçilikdə əvəzsiz varlıq olan qadının özəlliklə ötən yüzildə ictimai həyata ardıcıl şəkildə cəlb edilməsi bir yandan da ailəçiliyə ziyan verdi.
Çağdaş qlobalçılıq ailəyə qarşı təsirini hər yolla artırır. Əgər ailə kimi əvəzsiz bir quruma zərbə dəyirsə, bununla dövlət də sarsılır. İri dövlətlərin bu anlamda qloballaşma məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin deyil.
Bədiiyyatda, sənətdə daha çox öyülən qadın gerçəklikdə döyülüb, söyülüb. Qadına yanaşma niyə bu dərəcədə qarışıqdır? Çünki insaniliyə münasibət qarışıqdır. Toplum kişilərin şəxsində qadına daha çox vasitə kimi baxır. Qadında ilahilik görülmür, bu duyğular dilə gətirilsə də, ömürləşdirilmir. Qadın zəriflik rəmzidir. Toplum isə bu zərifliyi daim əzməyə, tapdalamağa çalışır. Qadın ilk olaraq anadır, bu səbəbdən də o, heç bir ölçüyə sığmır. Onun ən böyük təsdiqi ailəsi, ailəçiliyidir. Çağımızın fəlakəti ondadır ki, qadın, qadınlıq ardıcıl gözdən salınır. Hansı ki, qadınsız ailə, ailəsiz isə xalqın təsdiqi mümkün deyil.
İnam Atanın (Asif Atanın) Mütləqə İnam dünyabaxışında ailəyə, qadına uca münasibət var. Bu, qadının ucaldılıb kişinin endirilməsiylə yaradılmır. Qadına, qadınlığa münasibət kişiyə, kişiliyə uca yanaşmayla birdir. Yalnız bu sayaq yanaşmada ailəçilik baş tuta bilər. İnam Ata deyir: «Qadın evin yaraşığı, kişi evin naxışıdır. Yaraşıqla naxış bir şeydir».
İnam Atanın qadın azadlığı məsələsinə baxışı belədir: “Qadının azadlığı ideal olaraq qalır. Hələlik qadın kişivari azad edilir. Hüquq baxımından qadın bərabərliyi gözəldir. Ancaq insani-ruhani baxımdan bu, pisdir. Qadınlıq – Ruhani məlahətlikdir. Bu məlahət zahiri görsənmir, o həm də daxildədir. Qadın məlahəti analıqda təsdiqlənir. Bir erkəkləşmə gedir indiki qadınlarda. Ona görə o, özünün mənasına çatmalı, “qadınlıq” adlı mahiyyətini təsdiq etməlidir. O zaman qadın özünə çatacaq ki, qadın azad olacaq. Qadın qadın kimi azad olacaq, kişi kimi yox! Qadını cəmiyyət azad eləməyəcək”.
İndi yaşam harmoniyası durmadan pozulur. Bu üzdən də toplumda və ailədə qadın-kişi ilişkiləri kutsallığını itirib, bayağılaşıb. Ona görə də ictimai münasibətlərdə heyvanilik qabarıqdır. İctimai münasibətləri yaradan, ona məna verən isə insandır.
Qadın-kişi ilişkilərinin ruhani, insani səviyyəsi əslində ictimai münasibətlərin mənasıdır. Toplum qadın-kişi münasibətlərində onların öz əliylə dərin uçurum yaradır. Çünki insaniliyə əsaslanmayan hər sayaq ilişkilər insansızlıq doğurur. Bəşəriliyin mayası isə insanilikdir. İnsanilik – fərdlərin insani yaşamında təsdiq olunur.
Çağdaş dönəmdə ailədə qadın-kişi ilişkilərində səadət təsdiqini tapmır. Ocaq fəlsəfəsində isə Səadət-Sədaqət-Ləyaqət bir anlamı ifadə edir. Yəni istər qadın, istərsə də kişi olsun, ləyaqətli, sədaqətli yaşadığı dərəcədə səadətə çata bilər.
Kişilər isə altşüurda çoxarvadlığa meyillənir! Qadını toplumda dəyərdən salan cəhətlərdən biri budur. Ailə janrı yox olmağa doğru gedir! “Ailə” adlı bəşəri dəyər ayaq altına salınır, lağa qoyulur! Çünki bəşər insaniliyə uyğun yaşamaq istəmir.
Ayrıca qadın bayramını qadınlığın mahiyyətinə uyğun saymıram. Qadınla kişinin mahiyyəti birdir – insanilik! Ayrıca kişi bayramı yoxdur, ancaq qadınlar üçün var. Əslində ayrıca qadın bayramının olması qadınların kişilərdən tarix boyunca aşağı tutulmasına qarşı üsyandır.
Cinslərə görə bayramların düzəldilməsi insaniliyi təsdiq etməz. Mütləqə İnam Ocağı olaraq xalqımıza və dünyaya insanlığın mahiyyətini ifadə edən 4 bayram təqdim edirik: İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik.
Böyük Hüseyn Cavid deyir: «Sürüklənən bəşəriyyət qadınla yüksələcək». Gözəl sözdür. Ancaq kim edəcək bunu? Bəşər bu sayaq yaşayıb insanlığı təsdiq edə bilərmi? Yox!
Çıxış yolu İnam Atanın Mütləqə İnam Dünyabaxışı əsasında var olmaqdır. Qadının xilası – qadınlığa çatmasındadır! Qadının ucalığı da bu əsasda və ölçüdə bilinəcək. İnsana inamın ali sayıldığı yerdə! İnsanlaşmağın və insanlaşdırmağın amal edildiyi yerdə və yolda!

Комментариев нет:
Отправить комментарий