TƏRƏZİ
Küçə-küçə, şəhər-şəhər,
adamlar ağ, qara rəngi.
Burda bir tərəzi yatır,
guya, xoşbəxtlik çələngi.
Gələn çəkir öz çəkisin,
ardıyca çağır ha, çağır.
Özünü burda çəkənin,
dərdi, çəkisindən ağır.
Gördünmü olan çəkini?
niyə titrədi ki, dizin.
Dərdlərinin pulun ödə,
ay dərdindən xəbərsizim.
SƏNİ SEVSƏM...
Döy qapımı gecə yarı,
cır üzünü, yaz adımı.
Bəsdi dilin yara olar,
az çağır gəl, az adımı.
Əlində qapı dəstəyi,
bu nimdaş qapıdan qopmuş.
Qız, səndə könül istəyi,
Mənə qarşı niyə çoxmuş?
Çıx küçəyə, yoxam evdə,
əlində bir fənərdə yax.
səni nə qədər sevmişəm,
qapıda ki, sayğaca bax.
Комментариев нет:
Отправить комментарий