Unutmadım, bağışla!
(Ciovanni Moraddinin “Yağış” kompazisiyası altında...)
Yenə sərsəri yağış.
Yenə dəli küləylər.
Yenə alıb üstünü
Bu cənub şəhərinin
Qorxunc, qara mələylər.
Yenə beynimdə fikrin.
Yenə əlimdə qələm.
Yenə yaxınımda sən.
Sən yox.
Yenə də ələm...
Gecənin divaları
Kərpic-kərpic sökülür.
Divarlardan üstümə
Sənsizliyin tozları,
Çınqılları tökülür.
İp-ip çəkir zamanı
Yumaq kələfi kimi.
Yoxluğun da gözəldir
Gəlib tutur dünyanı.
Unutdurur hər şeyi.
Tufanı gətirən sən.
Payızı da, yazı da.
Taleyimə hopubsan.
Ovcumdakı xətlərdə,
Alnımdakı yazıda.
İstəməsəm - nə xeyri.
Çayımdakı şəkərsən.
Əynimdəki libasım.
Ha qovum xəyallardan.
Dönüb yenə gələrsən.
Hirslənim, asım, kəsim...
Kimsənin xəbəri yox.
Ömür belə keçəcək.
Nə arzular yaşlanar,
Nə həsrətin bitəcək.
Bu bir qəlb yanğısıdı.
Bu qərib bir yanğıdı.
Eşqin mənim içimdə
Cəhənnəmə gedəcək.
Saxlaya bilərsənsə
Göndərim özün saxla.
Ağlaya bilrsənsə
Bu nakam məhəbbətin
Dağılmağına ağla!
Ağla, bəlkə göz yaşın
Söndürə bu yanğını.
Necə alpinist olum?
Mən necə fəth eyləyim
Bu ayrılıq dağını?!...
İstər öl,
İstər öldür.
Yar bu bağrımın başın.
Bu əzabları qaldır.
Qəlbimin içini oy!
Qaldır, qaldır içimdən.
Bu daşlaşmış sevgini
Mənim başdaşıma qoy!
Yenə sərsəri külək.
Yenə dəli yağışlar.
Yenə də keçmir gecə.
Qasırğayla savaşda.
Yenə də içimdə sən.
Fonda həmən musiqi.
Şimşək, tufan , yağışla...
Yenə də ağlımdasan
Unutmadım bağışla...
Yağış adamım
Görüşdük həzin bir payız səhəri.
Sən yağış çilənmiş torpaq qoxurdun.
Zaman rənglənmişdi sanki.
Belə görməmişdim heç vaxt şəhəri.
Bu idi həyatdan umacağımız.
Dünya görüş yerimizdi.
Son bahar dayanacağımız.
Bir ömür sənə gəlmişdim.
Bir ömür mənə gəlmişdin.
Asta-asta.
Addım-addım.
Mənim yağış adamım...
Könlüm savaşa yorğun
Səni andıran dünyayla.
Ömrüm üsyanda keçdi,
Bir huzur bulmaq üçün.
Duyğularım bezmiş əlimdən,
Firar edəcək kimi...
Ürəyim buz tutmuş gül ləcəyi.
Donduranı, əridənı də sən.
Sən ey duyğular qatili,
Yalnızlıq mələyi.
Həssas bir ürək
Səni məsud etməyə
Əlində can verməyə hazırkən.
Nədən,
Necə soldurdun bu zərif çiçəyi...
Ruhumu aldı birisi.
Ruhumu çaldı birisi.
Apardı uzaqlara.
Mən qaldım buralarda...
Apardı uzaqlara.
Qaldırdı səmalara.
Uçurdu azaçıq.
Dadlı, həzin...
Qaytardı, vurdu yerə.
Mən yenə buralarda...
Ruhum gözümün önündə can verir.
Mən hələ buralarda...
Rüzgar
Döy pəncərəmi, qapımı.
Döy ən məhrəm adam kimi.
Soxul, soxul otağıma.
Fırlan, dol gözüm ,ruhuma.
Sarıl, sarıl vücuduma.
İstərsən çıxım küçəyə
Sən küçədə döy məni.
Məni sən anlarsan, dəliiim...
Rüzgar, yar bağrının başın
Ürəyinə qoy məni!
Səni necə sevim adam
Səni necə sevim adam?!
Sevməyə də güc gərəkdi.
Ruhunu hiss eyləməyə.
Qulaq gərək, göz gərəkdi.
Dünya uçulur başıma.
Duyğularım donub yenə.
Cəhd eləmə boş-boşuna.
Yazığın gəlsin özünə.
Hisslərim şimal dumanı.
Əsblərim tarımdadı.
Səbəbini söyləyəməm,
Sorma, bilmirəm adını.
Hiss edə bilməsəm səni
De, sevə bilərəmmi ki?!
Anlayar sevən-sevəni.
Anlamaq deyil səninki.
Əllərini çək əlimdən.
Soyuqluğum keçər sənə.
Gözün yayınır gözümdən.
Dözə bilmirəm, desənə.
Bir kəlmə də danışma, get!
Tapşır məni Allahıma.
Bu donmuş ruh, soyuq bədən.
Bəlkə düzələr darıxma.
Səni necə sevim adam.
Sevməyə də güc gərəkdi.
Bir gün o ruhum qayıdar.
Ürək, eh ürək...
Ürək yenə o ürəkdi.
Bir fincan çay
Səssiz-səssiz oturarsan.
Bir fincan çay, bir də sən.
Özün-özünə sorarsan.
Kim oldun, kimsən, nəsən...
Yaşadığın ürəyincə.
Yoxsa məcbur qalmısan?!
Həyat mənalımı səncə,
Ya xəyala dalmısan?!
Ömür sanki səmərəsiz.
Boşalarsan, dolarsan.
Həyat yoxdu əziyyətsiz.
Yavaş-yavaş solarsan.
Əlin çatmaz doğmalara,
Yadlar kəsər üstünü.
Xoşbəxt görünərsən yara.
İncidiyin, küsdüyün.
Sənə hər kəs öyüd verər.
Təkcə Tanrı danlamaz.
Səni dünyalar anlayar.
Doğmaların anlamaz.
Bəlkə bir gün bir ortamda.
Qəfil yerin görünür.
Yada salar biriləri.
Danışar xatirələr.
Şeirindən bir bənd söyləyib.
Yaxşı yazıb deyəllər.
Kitabı çıxıbmı? – Çıxıb.
Heç görünmür deyəllər.
Qulağın od tutub yanar.
Sağ deyə, sevinərsən.
Ayılıb xəyallarından.
Çay içmənə dönərsən...
Söz
Şəkərdən şirindi, zəhərdən acı.
Qılıncdan itidi, alovdan isti.
Ağızdan bir çıxdı qayıtmaz geri.
Arxadan vurulan zərbədən pisdi.
Göyə də qaldırar, yerə də soxar.
İçinin gözgüsü olar hər zaman.
Dediyin söz bəzən kənardan baxar.
Qalxış-enişini izlər uzaqdan.
Səninlə birlikdə bir ömür yolu.
Bəzən düşmənindi, bəzən dostundu.
Söylədin , sən oldun zalımın qulu.
Nə qədər sənindi, sən ondan üstün.
Bircə çarəsi var, düşünüb çıxar.
Ağzında yoğurub, bişirib çıxar.
Xoş sözün aşbazı, çörəkçisi ol.
Ağıllı fikirin kürəkçisi ol.
Həyatda bir tikə sümüksüz dilsən
Ya div boyda olsun, ya ki balaca.
Sözdən bir abidə yarada bilsən.
Ozün gedəcəksən, sözün qalacaq...
(Ciovanni Moraddinin “Yağış” kompazisiyası altında...)
Yenə sərsəri yağış.
Yenə dəli küləylər.
Yenə alıb üstünü
Bu cənub şəhərinin
Qorxunc, qara mələylər.
Yenə beynimdə fikrin.
Yenə əlimdə qələm.
Yenə yaxınımda sən.
Sən yox.
Yenə də ələm...
Gecənin divaları
Kərpic-kərpic sökülür.
Divarlardan üstümə
Sənsizliyin tozları,
Çınqılları tökülür.
İp-ip çəkir zamanı
Yumaq kələfi kimi.
Yoxluğun da gözəldir
Gəlib tutur dünyanı.
Unutdurur hər şeyi.
Tufanı gətirən sən.
Payızı da, yazı da.
Taleyimə hopubsan.
Ovcumdakı xətlərdə,
Alnımdakı yazıda.
İstəməsəm - nə xeyri.
Çayımdakı şəkərsən.
Əynimdəki libasım.
Ha qovum xəyallardan.
Dönüb yenə gələrsən.
Hirslənim, asım, kəsim...
Kimsənin xəbəri yox.
Ömür belə keçəcək.
Nə arzular yaşlanar,
Nə həsrətin bitəcək.
Bu bir qəlb yanğısıdı.
Bu qərib bir yanğıdı.
Eşqin mənim içimdə
Cəhənnəmə gedəcək.
Saxlaya bilərsənsə
Göndərim özün saxla.
Ağlaya bilrsənsə
Bu nakam məhəbbətin
Dağılmağına ağla!
Ağla, bəlkə göz yaşın
Söndürə bu yanğını.
Necə alpinist olum?
Mən necə fəth eyləyim
Bu ayrılıq dağını?!...
İstər öl,
İstər öldür.
Yar bu bağrımın başın.
Bu əzabları qaldır.
Qəlbimin içini oy!
Qaldır, qaldır içimdən.
Bu daşlaşmış sevgini
Mənim başdaşıma qoy!
Yenə sərsəri külək.
Yenə dəli yağışlar.
Yenə də keçmir gecə.
Qasırğayla savaşda.
Yenə də içimdə sən.
Fonda həmən musiqi.
Şimşək, tufan , yağışla...
Yenə də ağlımdasan
Unutmadım bağışla...
Yağış adamım
Görüşdük həzin bir payız səhəri.
Sən yağış çilənmiş torpaq qoxurdun.
Zaman rənglənmişdi sanki.
Belə görməmişdim heç vaxt şəhəri.
Bu idi həyatdan umacağımız.
Dünya görüş yerimizdi.
Son bahar dayanacağımız.
Bir ömür sənə gəlmişdim.
Bir ömür mənə gəlmişdin.
Asta-asta.
Addım-addım.
Mənim yağış adamım...
Könlüm savaşa yorğun
Səni andıran dünyayla.
Ömrüm üsyanda keçdi,
Bir huzur bulmaq üçün.
Duyğularım bezmiş əlimdən,
Firar edəcək kimi...
Ürəyim buz tutmuş gül ləcəyi.
Donduranı, əridənı də sən.
Sən ey duyğular qatili,
Yalnızlıq mələyi.
Həssas bir ürək
Səni məsud etməyə
Əlində can verməyə hazırkən.
Nədən,
Necə soldurdun bu zərif çiçəyi...
Ruhumu aldı birisi.
Ruhumu çaldı birisi.
Apardı uzaqlara.
Mən qaldım buralarda...
Apardı uzaqlara.
Qaldırdı səmalara.
Uçurdu azaçıq.
Dadlı, həzin...
Qaytardı, vurdu yerə.
Mən yenə buralarda...
Ruhum gözümün önündə can verir.
Mən hələ buralarda...
Rüzgar
Döy pəncərəmi, qapımı.
Döy ən məhrəm adam kimi.
Soxul, soxul otağıma.
Fırlan, dol gözüm ,ruhuma.
Sarıl, sarıl vücuduma.
İstərsən çıxım küçəyə
Sən küçədə döy məni.
Məni sən anlarsan, dəliiim...
Rüzgar, yar bağrının başın
Ürəyinə qoy məni!
Səni necə sevim adam
Səni necə sevim adam?!
Sevməyə də güc gərəkdi.
Ruhunu hiss eyləməyə.
Qulaq gərək, göz gərəkdi.
Dünya uçulur başıma.
Duyğularım donub yenə.
Cəhd eləmə boş-boşuna.
Yazığın gəlsin özünə.
Hisslərim şimal dumanı.
Əsblərim tarımdadı.
Səbəbini söyləyəməm,
Sorma, bilmirəm adını.
Hiss edə bilməsəm səni
De, sevə bilərəmmi ki?!
Anlayar sevən-sevəni.
Anlamaq deyil səninki.
Əllərini çək əlimdən.
Soyuqluğum keçər sənə.
Gözün yayınır gözümdən.
Dözə bilmirəm, desənə.
Bir kəlmə də danışma, get!
Tapşır məni Allahıma.
Bu donmuş ruh, soyuq bədən.
Bəlkə düzələr darıxma.
Səni necə sevim adam.
Sevməyə də güc gərəkdi.
Bir gün o ruhum qayıdar.
Ürək, eh ürək...
Ürək yenə o ürəkdi.
Bir fincan çay
Səssiz-səssiz oturarsan.
Bir fincan çay, bir də sən.
Özün-özünə sorarsan.
Kim oldun, kimsən, nəsən...
Yaşadığın ürəyincə.
Yoxsa məcbur qalmısan?!
Həyat mənalımı səncə,
Ya xəyala dalmısan?!
Ömür sanki səmərəsiz.
Boşalarsan, dolarsan.
Həyat yoxdu əziyyətsiz.
Yavaş-yavaş solarsan.
Əlin çatmaz doğmalara,
Yadlar kəsər üstünü.
Xoşbəxt görünərsən yara.
İncidiyin, küsdüyün.
Sənə hər kəs öyüd verər.
Təkcə Tanrı danlamaz.
Səni dünyalar anlayar.
Doğmaların anlamaz.
Bəlkə bir gün bir ortamda.
Qəfil yerin görünür.
Yada salar biriləri.
Danışar xatirələr.
Şeirindən bir bənd söyləyib.
Yaxşı yazıb deyəllər.
Kitabı çıxıbmı? – Çıxıb.
Heç görünmür deyəllər.
Qulağın od tutub yanar.
Sağ deyə, sevinərsən.
Ayılıb xəyallarından.
Çay içmənə dönərsən...
Söz
Şəkərdən şirindi, zəhərdən acı.
Qılıncdan itidi, alovdan isti.
Ağızdan bir çıxdı qayıtmaz geri.
Arxadan vurulan zərbədən pisdi.
Göyə də qaldırar, yerə də soxar.
İçinin gözgüsü olar hər zaman.
Dediyin söz bəzən kənardan baxar.
Qalxış-enişini izlər uzaqdan.
Səninlə birlikdə bir ömür yolu.
Bəzən düşmənindi, bəzən dostundu.
Söylədin , sən oldun zalımın qulu.
Nə qədər sənindi, sən ondan üstün.
Bircə çarəsi var, düşünüb çıxar.
Ağzında yoğurub, bişirib çıxar.
Xoş sözün aşbazı, çörəkçisi ol.
Ağıllı fikirin kürəkçisi ol.
Həyatda bir tikə sümüksüz dilsən
Ya div boyda olsun, ya ki balaca.
Sözdən bir abidə yarada bilsən.
Ozün gedəcəksən, sözün qalacaq...
Комментариев нет:
Отправить комментарий