Atlas elə Talış diyarı deməkdir
Qədim dövrün sirli ölkələrindən biri də ilk dəfə ən yüksək səviyyədə inkişaf etmiş Atlantida hesab edilir ki, bu haqda Əflatun, Herodot, Aristotel, Siciliyalı Diodor və s. müəlliflər yazmışlar. Bu yazılara görə Atlantida adasının yerinin dəqiq təyin edilməsi və onlar haqqında daha geniş məlumat almaq müasir məntiqlə qeyri mümkündür. Lakin əgər biz qədim yazılara onları tərtib edən müdriklərin öz məntiqləri ilə yanaşsaq, məlum olar ki, qədimdə baş verən hadisələr mənbələrdə çox geniş surətdə təsvir olunmuşdur və rəmzləri oxuya bilən insan üçün qədimlə bağlı sirr deyilən bir şey yoxdur. Məsələn, intellektual aləmdə çox yaxşı tanınmış həmyerlimiz, dəyərli tədqiqatçı Firudin Gilar Bəg üçün. O xarici elmi dairələrdə şok yaratmış tədqiqatlarında dəfələrlə qeyd etmişdir ki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzlər dili olan sufiliyi bilmək lazımdır.
Dünyanın ilk dili (vahid dil) olan bu dil mənbələrdə Süleyman peyğəmbərin “quş dili” (“mələklər dili”) adlanır ki, yalnız samitlərin xüsusi məna ifadə etdiyi bu dildə, sözün sağa və sola oxunuşu eyni məna verir.
Qədim dövrün sirli ölkələrindən biri də ilk dəfə ən yüksək səviyyədə inkişaf etmiş Atlantida hesab edilir ki, bu haqda Əflatun, Herodot, Aristotel, Siciliyalı Diodor və s. müəlliflər yazmışlar. Bu yazılara görə Atlantida adasının yerinin dəqiq təyin edilməsi və onlar haqqında daha geniş məlumat almaq müasir məntiqlə qeyri mümkündür. Lakin əgər biz qədim yazılara onları tərtib edən müdriklərin öz məntiqləri ilə yanaşsaq, məlum olar ki, qədimdə baş verən hadisələr mənbələrdə çox geniş surətdə təsvir olunmuşdur və rəmzləri oxuya bilən insan üçün qədimlə bağlı sirr deyilən bir şey yoxdur. Məsələn, intellektual aləmdə çox yaxşı tanınmış həmyerlimiz, dəyərli tədqiqatçı Firudin Gilar Bəg üçün. O xarici elmi dairələrdə şok yaratmış tədqiqatlarında dəfələrlə qeyd etmişdir ki, bütün qədim yazılar rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzlər dili olan sufiliyi bilmək lazımdır.
Dünyanın ilk dili (vahid dil) olan bu dil mənbələrdə Süleyman peyğəmbərin “quş dili” (“mələklər dili”) adlanır ki, yalnız samitlərin xüsusi məna ifadə etdiyi bu dildə, sözün sağa və sola oxunuşu eyni məna verir.
Əflatun “Politik” əsərində nəzərə çatdırır ki, bütün qədim yazılar da yalnız bir hadisəyə həsr olunmuşdur: “Bütün bunlar və bundan başqa minlərlə daha qeyri-adi şeylər yalnız bir hadisənin bəhrələridir. Lakin müəyyən zaman müddətində bunların çoxu yaddaşlardan silinmişdir, qalanları isə dağınıq haldadır və onlar haqda ayrıca danışırlar”. Deməli, Atlantidanın sirləri də bilavasitə hansısa vahid bir hadisə ilə bağlıdır ki, biz bu haqda demək olar ki heç nə bilmirik.
Əflatun özünün “Kritiy” əsərində yazır ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə dəniz Allahı olan Poseydona Atlantida adası düşür. Bu adada Poseydon ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir. Əflatun atlantların yaşadığı bu adanın Herakl sütunlarından o tərəfdə yerləşməsini xüsusi qeyd edir. Herodot atlantların yaşadığı dağı Atlas adlandırır və bildirir ki, bu dağ göyün sütunudur. Homerin “Odisseya” əsərinin birinci mahnısının dəqiq tərcüməsinə görə isə Atlas yerlə göyü birləşdirən sütunu saxlayır.
Atlas [TLS] rəmzi sufilikdə Tilos/Delos [TLS/DLS] rəmzləri ilə eyni olub “Tala issi” mənasında “Allah Talanın ruhu” fikrini ifadə edir. Tala rəmzi özü sufilikdə “Ata Eli” mənasında Allahın yerdəki və göydəki elinin (Aşağa və Yuxarı Geliopol) yerləşdiyi yeri bildirir. Araşdırıcı Piter Kornuellə görə Tilos – Bəhreyn adasının qədim adıdır və onu Tilmun/Dilmun da adlandırırlar.
İbn Xordadbehin “Masalik əl-mamalik”, Yaqut əl-Həməvinin “Mücam əl-buldan” və s. kitablara görə, Quranda (18:60-65) qeyd olunan Məcma əl-Bəhreyn, yaxud iki dənizin birləşdiyi yer Şirvan ərazisində yerləşir (A.A.Bakıxanov, “Gülistani-İrəm”, B.,1991, səh.35). Əl-Bakuvi də Musa və Xıdır (Xızır) peyğəmbərlə bağlı olan və rəvayətlərdə qeyd olunan ölmüş balığın dirildiyi yeri Şirvan, dənizi isə Xəzər dənizi adlandırır. Lakin Bakuvi iki dənizin birləşdiyi Bəhreyni Əndəlusiya kimi qeyd edir (Al-Bakuvi, “Sokraşenie [kniqi o] “pamyatnikax” i çudesa çarya moquçeqo”, M.,1971, 23b). Bakuvinin Bəhreyni Əndəlusiya adlandırması, Əndəlus rəmzinin Delos/Tilos rəmzi ilə eyni məna verməsi deməkdir. Belə ki, Əndəlus [N-DLS] rəmzi sufilikdə Nun-Delos [NN-DLS] kimi izah olunur ki, buradakı Nun rəmzi yer kürəsini əhatə edən ilkin materiya mənasındadır. Deməli, Əndəlusiya rəmzi ilkin Nun sularındaki Delos adası deməkdir. Bəhreynin ölmüş balığın dirildiyi yer olması və burada Xıdır, yəni ölümsüzlük qazanmış Xızır peyğəmbərin adının çəkilməsi onu göstərir ki, bu ada ölümsüzlük qazanmışların, yəni mömin insanların ruhlarının dünyasıdır.
Bəhreynin digər adı olan Tilmun/Dilmun [TL-MN] rəmzi sufilikdə Tala-Amon mənasında Misir fironu Ra-Amonun vətəninin yerini göstərir. Cənnətin axtarışı ilə bağlı araşdırma aparan Devid Rol yazır ki, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Məşhur araşdırıcı Kramerə görə Allahlar monastırı olan Dilmun - Zaqros dağının arxasında, günəşin çıxdığı yerdə - İran ərazisində yerləşir. Kramer, Şumer mifinin tərcüməsinə əsaslanaraq Dilmunu – “təmiz”, “nurlu” və “şəfəq saçan” torpaq kimi təsvir edir və oranı “Ölməzlər ölkəsi” adlandırır (D. Rol, “Qenezis sivilizasii, Otkuda mı proizoşli”, Eksmo, M.2002, səh.267,271).
İran ərazisində Dilmun [DLMN] rəmzi Deyləm və Delum [DLM] kimi məlumdur. Əbu əl-Ala İbn Xassul “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim ibn Xəlil əs-Sabinin “ət-Taci” kitabına əsasən deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır. Xassul deyləmilərdən danışanda Adud əd-Daula, Allaha xas xüsusiyətləri şamil edir ki, bu da Daul [DL] rəmzinin bilavasitə Allaha aid edilməsi mənasındadır. Deyləmilərin tam xoşbəxtliyə çatmaları dedikdə isə, Xassul bilavasitə onların cənnətdə yaşamalarını nəzərdə tutur. Çünki qədim Misir mətnlərində “xoşbəxt, hüzur ölkəsi” dedikdə Osirisin (Oziri/Azər) şahlığı nəzərdə tutulur ki, digər mətnlərdə bu ölkə “Xoşbəxtlik adası” adlandırılır. Qədim Misir yazılarına görə əgər insan ömrü boyu “ürəyində Maatla” yaşamışsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində, yəni cənnətdə xoşbəxt yaşayacaqdır.
Kramerə görə şumerlərin Nuhu olan Ziusudra da məhz xoşbəxtlik ölkəsində yaşayır və buna görə də ona “Lu-ti-la”, yəni “həyat insanı” rəmzi şamil edilə bilər (V.K.Afanasyeva, “Gilqameş i Enkidu”, M.,1979, səh. 94, 115). Lu-tila rəmzi məhz “Tala eli” mənasındadır ki, bu da Allah Talanın göydəki elinin, həyat verən nurdan ibarət olması deməkdir.
Atlas/Tilos rəmzi mənbələrdə Delos, Adulis və s. formalarda da yazılır ki, Delos adası yunan mifologiyasında Apollon Allahının vətənidir. Qədim Misir mənbələrində Məsih obrazında göstərilən Apollon Allahını Mandulis adlandırırlar və Günəş Allahı Ra ilə eyniləşdirirlər. Bu isə Mandulis [MN-DLS] rəmzinin Amon-Delos [MN-DLS] mənasında Delos adasının Amon Allahının yaşadığı ruhlar dünyası olması deməkdir. Lakin bu mənbələrdə Mandulis obrazı eyni zamanda qədim Misirin Qor Allahı ilə eyniləşdirilərək uşaq və Ata obrazlarında göstərilir ki, bu da axirətdə gələn Məsihin də Allahın obrazı olması deməkdir (E.Y. Kormışeva, “Reliqiya Kuşa”, M., 1984, səh. 224,216,217,212,214). Digər mətnlərdə isə Delos [DLS] rəmzi Adulis [DLS] kimi qeyd olunur və yeraltı dünya mənasını verir.
Yazdıqlarımızdan belə çıxır ki, Atlantida adası, ilkin sularda (ilkin materiya), yəni göydə yaradılmış ada rəmzində ruhlar dünyasıdır. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirmişdir. Kleyto [KLT] rəmzi qədim mənbələrdə Kelt, Gilad, Qalaad, Xilat, Xüld və s. kimi yazılır və Gel-Ata fikrini ifadə edir. Lakin bu rəmz eyni zamanda sufilikdə Tala-Ağa [TLĞ] kimi də oxunur ki, bu da Allah Talanın Gel eli ilə bağlı olması deməkdir.
Mənbələrə görə, Xelata (Kleyto/Gilad) gələn türk məmlükü Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir. Bura, yəni Xelat eyni zamanda gürcü çarlarının da qəbrinin yerləşdiyi yerdir (K.Qandzakeçi, “İsstoriya Armenii”, М., 1976, səh.282, 234). Z. Bünyadov isə bildirir ki, Xilatın və Ərzincanın sahibi şah-Ərmən Nəsirəddin Mühəmməd Sökmən II, atabəy Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat Azərbaycan atabəylər ailəsinin malikanəsinə çevrildi (“İstoriçeskaya qeoqrafiya Azerbaycana”, B., 1987, səh.95). Atabəy (atabəg) rəmzi sufilikdə ilkin materiya ilə vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim Misir yazılarında bütün Allahların atası olan Ra-Amona (Ra-Əman – Rəhman) aid edilir. Xilatın həm Azərbaycan atabəylərinin malikanəsi olması, həm ərmənşahlar nəsli sayılması və həm də gürcü çarlarının qəbrinin burada yerləşməsi, Xilat şahlarının Poseydon Allahının nəsli olması deməkdir.
Quranda (25:15) Kleyto [KLT] rəmzi Xüld [XLD] kimi yazılır və bilavasitə cənnətin adı kimi göstərilir. Xilat/Kleyto rəmzləri ilə eyni məna verən Xüld rəmzinin cənnətə aid edilməsi, Atlantidanın məhz Tilos, yəni Talış dağlarının üstündə yaradılması mənasındadır. C. Frezer isə bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (C. Frezer, “Zolotaya vetv”, М., 1986, səh.147). Bu isə o deməkdir ki, Talış dağları elə Alban dağlarıdır və göydəki Qeb/Qeyb aləmi də burada yaradılmışdır.
Əflatuna görə, padişahlar vətəni olan Atlantidanın mərkəzində Kleyto və Poseydonun müqəddəs məbədgahı yerləşirdi və bura qızıl divarla əhatə olunmuşdu. Məbədgahın çöl tərəfi gümüşdən, akroterilər isə qızıldan hazırlanmışdı. Tavan qızıl, gümüş və s. Ilə bəzənmiş, fil sümüyündən düzəldilmişdi. İçəridə isə Allahın at arabasındakı qızıldan heykəli və sonsuz sayda digər qızıldan hazırlanmış heykəllər və əşyalar var idi. Əgər nəzərə alsaq ki, Atlantida Herakl sütunlarından o tərəfdə yerləşirdi, razılaşarıq ki, bura eyni zamanda, sütunlar şəhəri olan və Ad oğlu Şəddadın qızıl və gümüş kərpicdən tikdirdiyi İrəm zat əl-İmad şəhərinin obrazıdır. Yəni Atlantida, yerin altında gizlədilmiş və qədim Misirdə ölüm şahlığı sayılan Sokarın (Aid/Qades) göydəki obrazıdır.
Quranda (54:48, 74:26-28,43) Sokar rəmzi Sakar [SK-R] kimi yazılır və “cəhənnəm odu” mənasını verir. Digər mənbələrdə Arsak [R-SK] kimi yazılan və bilavasitə ilahi odun (Nuri-Azər) qorunduğu yerlə bağlı olan Arsak/Arşak yeri Əl-Kufiyə görə Ərdəbildən 45 km yol məsafəsində yerləşir ki, bu da kaduslar (kuddus – müqəddəs) diyarı olan Talış dağlarının ərazisinə düşür.
Firudil Gilar Bəgin "Batini-Quran" kitabında gəldiyi nəticəyə görə, Allah iki növ insan yaratmışdır ki, bunların ilkini Oziri/Azər nəsli olan bəglər, pirlər, şıxlar nəsli olan müqəddəslər, yəni kadus/kudduslar nəslidir. İkinci növ insanlar isə adi insanlardır ki, Allah onların dillərini dəyişdirib dünyaya səpələmişdir. Atlantlar isə dünya üzərində hökmran kimi ilk yaradılmış Oziri (Azər) nəsli olan bəglər, pirlər, şıxlar və s. müqəddəslər nəslinin əcdadlarıdır. Nəhənglər nəsli kimi yaradılan bu insanlar günah işlətdikləri üçün, “Allah əlini qoyub onları kiçiltmiş” və onlar öz qüdrətlərini itirmişlər.
Комментариев нет:
Отправить комментарий