Kamal Yaşar
Məzuniyyət ərəfəsi olduğuna görə düşünürəm ki, indiyədək bu millətin əsəblərinə toxunan bəzi “yenilikçi”lərə qəşəng bir cavab yazmağın, onlara özlərinin əslində kim olduğunu anlatmağın əsl zamanıdır. İllah da ki həmin adamlar özü gəlib buynuzunu çomağa sürtən bir məqamda..
Rəvayətə görə bir dəfə Platona deyirlər ki, bəs filan məclisdə filankəs sənin haqqında çox gözəl sözlər danışırdı. Bunu eşidən Platon o saat kədərlənir və hətta ağlamağa başlayır. Soruşurlar ki, axı bu pis bir xeber deyil, niyə ağlayırsan? Platon cavab verir ki, mən o adamı tanıyıram və onun nə qədər cahil, axmaq adam olduğunu bilirəm.
İndi ona görə narahatam ki, düşünürəm görəsən mən harada axmaqlığa yol vermişəm ki, o adam indi məni tərifləyir. İndi isə keçim əsas mətləbə. Dostlardan biri yazdı ki, bes elə indilərdə sənin Aqşin Yeniseylə (yetim Şərif çujoy paxmel getdi o yazıda. Neyləyim ey, canıyanmış özü elədi) bağlı olan son yazını bir nəfər öz səhifəsində müzakirəyə çıxarıb. Soruşdum kim, cavab verdi ki, Cəlil Cavanşir. O saat sümüyüm sancdı. Çünki bunun da hansı bezin qırağı olduğunu lap çoxdan bilirəm. Eləmə tənbəllik, girdim bunun səhifəsinə və paylaşımını gördüm. Məqaləmi yerləşdirib, üstündə də bu sözlərlə: “Bu savadsızlarla, cahillərlə bir ölkədə yaşamaq, eyni nəfəsi udmaq... Aqşinə, Şərifə cumanlar, gedin kitab oxuyun, maariflənin... Nə olar, kitab oxuyun, lütfən...”. Lap yaxşı, lap gözəl. Qayıdıram yazımın əvvəlinə. İndi nə mən Platon deyilem, nə də Bakı Afina deyil. Ancaq yuxarıdakı rəvayətdə bir həqiqət üzə çıxır ki, Platona görə insanlar hər şeyə ancaq öz görə bildikləri bucaqdan baxırlar. Əgər bir axmaq səni təriflədisə demək ki, səninlə bir ortaq cəhəti var. Eynilə əksi də belədi. Bir yaxşı, ağıllı adam səni təriflədisə demək ki, yenə səninlə bir ortaq cəhəti var. Bu vəziyyətdə mübarək Cəlil Cavanşirin o yazıya, müəllifə olan münasibəti də son dərəcə normaldır. Çünki axmaqdan kəramət umulmaz. Əgər o həmin yazı haqqında müsbət bir söz desəydi, mən mütləq utanar və özümdən şübhələnərdim.
İndi isə çox hörmətli Cəlil, dinlə gör mən nə deyirəm. Deməli belə əziz Dədə Qorqud. Öncəliklə verdiyin məsləhət üçün sağ ol. Buna çox böyük ehtiyacım varıydı.. Çünki sən deməsən heç kitab zad oxumurdum.. Bax əzizim. Əgər sən o yazıya normal bir adam kimi, savadlı, əsaslı bir irad etsəydin, tənqidi bir fikir yazsaydın mən qətiyyən narahat olmaz və sənin mənə görə nə qədər “narahat olduğunu” görüb bunu yaxşı qarşılayardım, sevinərdim. Ancaq sən nə elədin? Savadsızlar, cahillər, Aqşinə, Şərifə “cumanlar” dedin. Əvvəla onu deyim ki, bu cür deməyin sənin nə qədər “mədəni”, “intiligent”, “ziyalı” olduğunun göstəricisidir. İkincisi də budur ki, cuman səni boyda olur... Bu tərbiyəli sözünə görə indi dinlə gör qaqan nə deyir və lütfən dinlədiklərini o mübarək başında yaxşı-yaxşı saxla ki, sonda müqayisə edib əslində savadsızın, cahilin kim olduğunu görə biləsən.
Əgər mənim oxuduğum kitabları bir yerə yığsaq, sənin şortikli-zadlı ümumi çəkindən iki dəfə ağır gələr, əmin ol
Əgər mənim oxuduğum kitabları bir yerə yığsaq, sənin şortikli (lütfən heç kim mənə şortikin əslində şort olduğunu, “ik”in şəkilçi olduğunu anlatmağa cəhd etməsin, bilirəm. Ancaq belə daha maraqlıdı. Həm sənin “şortun” yazsam sonra sözü ayrı yerindən başa düşənlər də mütləq olacaq deyə elə ən yaxşısı şortik olsun dedim) zadlı ümumi çəkindən iki dəfə ağır gələr, əmin ol. Bakıdakı məşhur pinəçi Əli dayı bəlkə heç ömründə bir kitab da oxumayıb. Ancaq onun dediyi bircə kəlmə söz sənin o qədər kitab oxuyan, sadəcə məlumat yığını olan başından belə ağır gələr. Səni kimi 3-5 populyar ədəbiyyat oxuyub ağıllı-ağıllı danışmıramsa, saçımı uzadıb, şortik geyinib küçələrə düşmürəmsə, zavallıcasına “azad seks” deyib bəzi yanıqlar kimi sağa-sola car çəkmirəmsə bu o demək deyil ki, mən kitab oxumuram. Sən və səni kimilərdən fərqli olaraq mənim öz işim, əqidəm, yolum, hədəfim var, ay binəva. Həm sən mənim kitab oxumadığımı haradan bildin? Guya yazıdan hə? Guya yazı savadsız, kasad və qeyri-dolğun idi hə? Yox, cənab Dədə Qorqud, yox.. Əgər sən o yazını oxusaydın görərdin ki, o yazıda Nizami də var, Füzuli də var, Həsən bəy Zərdabi də var, İmam Hüseyn də var, Tolstoy da var, Nitşe də var, Axundov da var, Sabir, Mirzə Cəlil də var və hələ üstəlik sizinkilərdən Rafiq Tağı, Şərif Ağayar,Əli Əkbər də da var. Ancaq sən oxumadın və sadəcə “zoğalladın”... O yazını kifayət qədər adam oxudu, bu gün çıxdı və sabah 7 digər saytda dərc olundu. Çünki maraqlı idi, çünki tutarlı arqumentlərlə dolu yazı idi, çünki cəfəngiyyat deyildi və çünki, çünki.. Ancaq görə bilmək imkanından məhrum olan sən, sadəcə bircə fikir bildirdin, o da təhqir... Qınamıram, çünki hər kəs necə deyərlər öz “qab”ına görə davranar. Əgər indiyə qədər oxuduğun kitablar sənin ruhuna, mənəviyyatına, yaşamına, baxışına sözün yaxşı mənasında zərrə qədər təsir etməyibsə və loru dildə desək səni adam etməyibsə, o zaman o kitabları oxumaq nəyə gərək? Oxuduğun kitabların verdiyi ruh bu idimi ki, gah intihar edirəm deyib şüvən qopardın (bunun içərisində ucuzcasına gündəmə gəlmək variantının olduğunu isə hər kəs bilir), gah məscidə gedirəm, namaz qılıram dedin, gah pivəliyirəm yazdın, gah “azadlıq aşiqi” missiyasını çiyinlərinə götürüb şortikdə, “azad seks”də azadlıq axtardın? Bədbəxt zavallı, bax sənin kimilərin azadlıq anlayışı elə şortikdə başlayır və seksdə bitir... (Bu mövzuda hələ iynəsini vuracağım çox gədələr var, qalsın sonraya).
Bazmen oğlan
Mən sənin necə deyərlər dabbaqda gönünə bələdəm. Səni hələ o Gəncədə burnunun suyunu axıda-axıda fırlandığın vaxtdan tanıyıram. Çünki təxminən həmin illərdə mən Gəncənin televiziyasında çalışırdım və eyni zamanda oranın dövri mətbuatında dərc olunurdum. Ona görə orada olan qəzet, televiziya, qələm adamlarını da, kəndbəkənd gəzib abunə yazdıraraq (əslində “məlum” variantlarla “geyindirərək”) pul qazananları da, quyruq bulayanları da yaxşı tanıyırdım. Detallara varmaq istəmirəm..Sadəcə bunu bil, səni tanıyıram... Bir xatırlatma da etmək istəyirəm. Hələ kulis.az saytının “ərgən” vaxtlarında sənin orada dərc olunan cəmi iki yazını oxumaq isə sənin ruhsal, mənəvi anlamda kim olduğunu tanımağım üçün bəs etdi.
Mətbuatdan düz ortasına təpik salıb çıxardılası olan adamlar var
Yeri gəlmişkən deyim ki, bax elə cənab Aqşin Yeniseyi də elə o anlamda bircə yazısına görə tanımışdım və elə yerindəcə tanımışdım.. Onun yazısının adı təxminən belə idi: “Ələsgər dayının Gəncə avtobusundakı eşq macərası”... Bəli, bax bu səviyyəli başlıqlı səviyyəli “köşə”ni də məhz həmin sayt dərc etmişdi. Siz: sən, Aqşin, bax məhz o sayta borclusunuz.. O sayt kimə borcludu onu bilmirəm.. Ancaq o saytın borclu olduğu kəs(lər) də bu xalqın avam kütləsinə borcludu.. (Ancaq indi vəziyyət fərqlidir. Düzdür, sayt ara-sıra yenə ənənəvi yazılarından dərc etsə də, orada kifayət qədər samballı yazılar, araşdırmalar, xüsusilə də kino, teatrla bağlı dəyərli yazılar da var və bu gün ən çox oxunan saytlar sırasındadır). Sənin yazdıqların isə “Şəbnəmin ağ ayaqları” və “Gülnarə ilə bir gecə” (adları təxminən belə xatırlayıram, tam olaraq doğru yazmadımsa üzr istəyirəm) idi. “Mən məscidin yanında siqaret çəkdim, qar yağdı, ay nə bilim bir gəlin gəldi, getdim yaxınlaşdım, evinə getdim, pəncərədən ay işığı düşdü, yatağa girdik, o aaa elədi, mən moo elədim və.s” Bax sən busan... Sənin bütün mövzun, təsvirlərin, təxəyyülün, yanaşman, ruhiyyən ancaq gəlib yataqda sona yetir. İkinci yazında da yenə təxminən eyni mövzu: ”Şəbnəm mənə ideal kişi kimi baxırdı” filan. Sən burada da Şəbnəmlə yatdın və oldun bazmen oğlan. (Qazaxlılar demiş Allah maa ölüm ver) Bu yazını televiziyada, müxbirlər otağında mətbuatın bu gününə ağlayaraq bir neçə dostla bir yerdə “oxuyurduq” və yazının məhz bu yerinə çatanda (”Şəbnəm mənə ideal kişi kimi baxırdı”) şaqqanaq çəkib güldüyümüz də yadımdadı. Bax indi vəziyyət belədi ki, təkcə sən yox, elə mətbuatımız da xəstədi... Özü də xəstəlik durumu olaraq orta ağırdı, ya ağır ortadı bilmirəm, ancaq bildiyim budur ki, mətbuatdan düz ortasına təpik salıb çıxardılası olan adamlar var... Əgər bir axmaq yazarlıq, “Dədə Qorqud”luq sevdasına düşübsə, mövzusundan, nəyi və necə yazdığından asılı olmayaraq elə hey yazırsa və hər hansı mətbu orqan da, sayt da bunu heç narahat olmadan yayımlayırsa o zaman həmin adamlar da eynilə o yazını yazan qədər günahkardır... Ancaq harada, kimin qarşısında bax bu tamam başqa mövzudu. Sənə son sözüm, səni and verirəm o müqəddəs atanız Rafiq Tağının ulu və müqəddəs, hətta Antarktidaya qədər gedib çıxan əzəmətli, ölməz, sönməz, dönməz, qırılmaz, əyilməz ruhuna, lütfən bir daha tanımadığın adamlar haqqında heç nə danışma, zoğallama və ən əsası bir daha mənim qabağıma çıxma.
P. S. Xəstə adamlara hər zaman ürəyim yanıb. Eyni münasibəti sənə də göstərərək bir tövsiyə vermək istəyirəm. İmkan olsa get Tolstoyun “Etiraf” əsərini al və oxu. Bəlkə o zaman indiyə qədər itirmiş olduğun “öz”ünü tapasan.
idrak.info

Комментариев нет:
Отправить комментарий