Oğlum Mərdanın 19 yaşına
Bu yolun əvvəli, axırı mənim,
Keçdiyim dolanbac cığırı mənim.
De nədən dostların fağırı mənim,
Onların içində kimdi zirəki?
Deyən narahatdır, çərçivə sıxır,
Hara çevrilirəm üzümə baxır.
Onun gözlərindən mərhəmət yağır,
Qaşlarsa çatılıb köklənmiş simdir.
Boyalar azalıb, tükənə bilər.
Bu naşı eskizi söylə kim silər?
Ruhumdan boy verib bir cavan gələr,
Deyər mən yoldayam, 19 ildi.
Gözəllər gözəli
Səninçün hər yerin güneyi bahar,
Mənə bu dünyanın quzeyi qışdır.
Dolan yurdumuzu sən qarış-qarış,
Görərsən hər yerin bəzəyi qışdır.
Dağların başında ağaran nədir?
Üstünə gün düşüb bir əfsanədir.
Zümrüd giləsidir, dənə-dənədir,
Vallah bu dünyanın özəyi qışdır.
Birdən aldanarsan, çaşıb gedərsən,
İnan həyatını sən məhv edərsən.
Bilirəm mənim tək sən də deyərsən,
Bütün fəsillərin gözəli qışdır.
Bu yolun əvvəli, axırı mənim,
Keçdiyim dolanbac cığırı mənim.
De nədən dostların fağırı mənim,
Onların içində kimdi zirəki?
Deyən narahatdır, çərçivə sıxır,
Hara çevrilirəm üzümə baxır.
Onun gözlərindən mərhəmət yağır,
Qaşlarsa çatılıb köklənmiş simdir.
Boyalar azalıb, tükənə bilər.
Bu naşı eskizi söylə kim silər?
Ruhumdan boy verib bir cavan gələr,
Deyər mən yoldayam, 19 ildi.
Gözəllər gözəli
Səninçün hər yerin güneyi bahar,
Mənə bu dünyanın quzeyi qışdır.
Dolan yurdumuzu sən qarış-qarış,
Görərsən hər yerin bəzəyi qışdır.
Dağların başında ağaran nədir?
Üstünə gün düşüb bir əfsanədir.
Zümrüd giləsidir, dənə-dənədir,
Vallah bu dünyanın özəyi qışdır.
Birdən aldanarsan, çaşıb gedərsən,
İnan həyatını sən məhv edərsən.
Bilirəm mənim tək sən də deyərsən,
Bütün fəsillərin gözəli qışdır.
Комментариев нет:
Отправить комментарий