Tanımadım
Başımıza kül ələdin,
Ələk, səni tanımadım.
Neylədinsə, sən elədin,
Fələk, səni tanımadım.
Zaman qovdu, mən tələsdim,
Ocaq idim, qaldı tüstüm,
Şərqi qoyub, Qərbdən əsdin,
Külək, səni tanımadım.
Yaşadıqca artdı qəmim,
Dəryalarda batdı gəmim,
Bir vaxt sən idin həmdəmim,
Ürək, səni tanımadım.
Min illərdir yaşayırsan,
Büküb bizi daşıyırsan,
Kəfənə də oxşayırsan,
Bələk, səni tanımadım.
Ülkər uymaz şirin dilə,
Bu dünya çətin düzələ,
Gah eləsən, gah da belə,
Mələk, səni tanımadım.
Mən dəvəsi ölmüş ərəb
Nə biləydim ömür keçər,
Mən dəvəsi ölmüş ərəb?!
Bir gün gələn bir gün köçər,
Mən dəvəsi ölmüş ərəb...
Hər gün dərdlə yükləndim oyy,
Qəmdən-qəmə kökləndim oyy,
Təkləndikcə təkləndim oyy,
Mən dəvəsi ölmüş ərəb.
Azım qaldı, getdi çoxu,
Qərib dünya, qərib yuxu,
Niyə gəldim, niyə axı,
Mən dəvəsi ölmüş ərəb?!
Övladıyam Oğuz Türkün,
Azərbaycan – mayam, köküm,
Əsam qaldı, bir də kürküm,
Mən dəvəsi ölmüş ərəb.
Ülkərə gor qazdırdılar,
Ağa büküb basdırdılar,
Başdaşıma yazdırdılar,
“Mən dəvəsi ölmüş ərəb”...
Nəyə lazım bu dünya?!
Ayrılığa tuş gəldi, Leyli-Məcnun yar imiş,
Həyatda xoşbəxt olan hansı bəxtəvər imiş,
Mayasında dünyanın vəfasızlıq var imiş,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Zaman əridir bizi, günlər bir-bir ötüşür,
Çürütməyə ömrünü hər pisə bir mərd düşür,
İndi bəzi sevənlər təmənnayla birləşir,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Biri çıxıb dam üstə kefinə bir “züy” tutur,
Biri yorğan-döşəkdə evində xəstə yatır,
Adam var ki, yaşamır, o sadəcə baş qatır,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Vəzifəyə qoyublar “qaratikan kolu”nu,
Gözü doymur yeməkdən bu dünyanın malını,
Unudubdur çoxları axirətin yolunu,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Dünya yetim dünyadı, gözdə yaşı silinmir,
Toxdan artırıb aca çürük qoz da bölünmür,
Nə diriyik, nə ölü, varlığımız bilinmir,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Dövran elə dəyişib, güman yoxdur sabaha,
Naçar qalan yalvarır gecə-gündüz Allaha,
Əli pula çatanlar əsir düşüb tamaha,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Desəm şəri durdurun, Yaman qınayar məni,
Ümidimi itirsəm, iman qınayar məni,
Gördüyümü yazmasam, zaman qınayar məni,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Əli göydə qalanlar tutmağa əl tapmırsa,
Bir-biriylə adamlar bir ortaq dil tapmırsa,
Yazıq yoxsul öləndə kəfənə pul tapmırsa,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Çağır soruş Şeytandan, çağır, niyə yaranıb,
Dünya zalımındırsa, fağır niyə yaranıb,
Haqq-ədalət yoxdursa, axı niyə yaranıb,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Min illərdir yol gedir, dünya ki var, tilsimdir,
Sənindirsə bu dünya, bəs mən kiməm, o kimdir,
Ülkər Atəş, gör kimlər bu dünyaya hakimdir,
Nəyə lazım bu dünya, nəyə lazım bu dünya?!
Lampa
Uşaq vaxtı atadan bir gün yetim qalanda,
Nuru sönən dünyamız şama möhtac olanda,
Anam idi o zaman evimizin lampası,
Bir nur idi varlığı, bir nur idi libası.
Qaranlıqdan qorxanda, zülmət bizi sıxanda,
İşıq bilib anamın gözünə göz dikərdik,
Anam ümid çırağı...
Ümidini neft sanıb lampamıza tökərdik.
Mənim anam nur saçıb lampa kimi yanardı,
Həyat onu sıxsa da,
Bizi xoşbəxt görməkçün əzabını danardı.
Qəfil gəlib apardı nəşəmizi bir payız,
Anam vəfat edəndən daha yanmır lampamız.
Evimə nur saçmağa indi çıraq gəzmirəm,
Mən masaya nə lampa, nə də ki, şam düzmürəm.
Öz evimin nuruyam...
Taleyimi dəhşətdən, mənzilimi zülmətdən,
Ürəyimi möhnətdən gərək özüm qoruyam.
İndi masa üstündə mən özüm bir lampayam,
Yetim qalan bəxtimə həm ana, həm atayam.
Lampa - yanan ürəkdir, lampa - işıq deməkdir,
Mələk nurdan yaranıb, işıq özü mələkdir.
İçin, çölün, ey insan, işıq olsun həmişə,
Zülmət olsa hər tərəf, özün çevril günəşə.
Ümidlərə yol gedər bir gümanın işığı,
Qəlbimizdə sönməsin qoy imanın işığı.
İşıq nicat deməkdir, işıqları yandırın,
Bu dünyanı işıqla sabaha inandırın!
Könlümün
Dağ da məni yıxa bilməz güc gəlsə,
Həqiqətdən təməli var könlümün.
Vücudumdan can ayrılıb cism ölsə,
Yaşayacaq, məşəli var könlümün.
Söz bağında bar gətirən ruziyəm,
Salnaməyəm, abidəyəm, yazıyam,
Yazan olsa hikmətimi, razıyam,
Açılmayan təhlili var könlümün.
Sarı siməm, “Şur” üstə “Şahnaz” kimi,
Təbim coşur, dalğalanır saz kimi,
Çiçəkləyib, yamyaşılam yaz kimi,
Bir naxışda min gülü var könlümün.
Kitabımı büküb qoyma sən rəfə,
Oxu məni, mən yeniyəm hər dəfə,
Nurlu yoldur hər açdığın səhifə,
İdrak adlı mənzili var könlümün.
Göylər məni diqtə edir, imlayam,
Haqsızlığa hücum çəkən həmləyəm,
Mən tabesiz mürəkkəb bir cümləyəm,
Nöqtəsi var, vergülü var könlümün.
Cahil adam, haqqımda kəm danışma,
Həqiqətlə barışmırsan, barışma,
Gedib məni başqasından soruşma,
Hər misramda şəkili var könlümün.
Qısqananlar təkəbbürlə baxdılar,
Neyləyək ki, belələri çoxdular,
Bəsdir məni topladılar, çıxdılar,
Bölünməyən hasili var könlümün.
“Dost” adıyla yan-yörəmdə gəzdilər,
Üzdə gülüb, arxada baş kəsdilər,
Ucalanda mənə ağız büzdülər,
Gör nə qədər qatili var könlümün.
Tövbə edib, günah etmə bir daha,
Nə bilirsən kim qalacaq sabaha,
Ülkər Atəş bağlanıbdır Allaha,
Sübhan adlı gözəli var könlümün.

Комментариев нет:
Отправить комментарий