08.08.2013

Vəfa Mürsəlqızı - Ayrılaq daha


 Mən səni illərlə axtardım axı,
 Aydın gündüzlərdə, lal gecələrdə,
 İsti otaqlarda, soyuq evlərdə,
 İşıqlı yollarda, dar kücələrdə.

 Gəzdim dizin -dizin güman içində,
 Azdım dönə dönə,duman içində,
 Əgər sən gəlsəydin bircə baxışdan,
 Tanıyardım səni , bir an içində.

 Ömrümə gələnlər vafasız çıxdı,
 Hərə bir parçamı apardı getdi,
 Biri saçlarıma dən saldı getdi,
 Biri ürəyimi qopardı getdi.


 Bir səhər sən gəldin ömrümə mənim,
 Gəldin min illərin həsrətlisi tək,
 Bu necə görüşdü, qurbanın olum?
 Bir gözü gülümsər, bir gözü kövrək.

 Boyun- buxununda adiymiş səni,
 Gözünün rəngi də qara, qəhvəyi,
 Səndə ağamağı bacarırsanmış,
 Səndə bilirsənmiş yalan deməyi.

 Güləndə gözlərin qıyılırmış ki,
 Qəmlənəndə səsin əsirmiş hərdəm,
 Ömrünün günün bu vədəsində ,
 İçində bir uşaq küsürmüş hərdəm.

 Sən gəldin, sadəcə gec idi daha,
 Üzündə həsrətin cigisi vardı,
 Sənin barmağnda nişan üzüyü,
 Mənim hətayatımda özgəsi vardı.

 Belə gec görüşdük, qismət beləymiş,
 Sonuncu ümidə sarılaq daha,
 Bu görüş taleyin istehzasıdır,
 Dur gəl qovuşmamış ayrılaq daha.

Комментариев нет:

Отправить комментарий