08.08.2013

Xosrov Barışan - LEYLA qəzəli

Yarıcan ruhuma bir tazə nəfəsdir Leyla.
Eşqimi nəğmə edən bir ulu səsdir Leyla.

Tarının tək ödülü ölüm-yaşam derbisinə;
Umudum, yaşayışa təkcə həvəsdir Leyla.

Səsini duyduralı tilfunum da qudsal olub;
Sırdaşım, anlayanım, təkliyə kəsdir Leyla.

Səni öpcək quruyan şeir bağım çiçəklədi;
O məsiha nəfəsin hey mənə əsdir Leyla.

Qoluvu boynuma sal, həbs elə qoynunda məni;
Orda özgür yaşıram, qeyri qəfəsdir Leyla.


Mətni sənsən yaşamın yar, kəsiyi haşiyələr...
Heçnə day istəmirəm "Xosrov"a bəsdir "Leyla".

Комментариев нет:

Отправить комментарий