"Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini"
"Rəşad Məcidin “525-ci” qəzetində mənim və Aynur Camalqızının haqqında yazdığı yazını oxudum və gülümsədim. Yadıma bəzi mətləblər düşdü. Bu adam həyatı boyu hər şeyi mənimsəməklə məşğul olub. Titulları da, vəzifəni də, şeiri də... Hətta bəzi adamlara baxıb onlar kimi yeriməyi də".
Bunu Moderator.az-a açıqlamasında gənc yazar Kəramət Böyükçöl bildirib.
Kəramət Böyükçöl deyib ki, bu adamın adı bütün münsif heyətlərində var: "Qardaş, bu adam nə vaxt doyacaq? Adam nə qədər mənimsəyər? Həm də mənim Rəşad Məcidə yazığm gəlir. Bu adam həyatı boyu bütün gücünü toparlayıb ki, adamların qabağında dayana bilsin, görünə bilsin. Desinlər ki, bu da bir işin qulpundan yapışa bilir. Amma nə yapışmaq, qardaş, bu adam hər şeyi mənimsəyir. Əgər yadınızdadırsa, jurnalistlərə ev paylananda Vüqar Səfərli onun üstünə necə qışqırdı, özü də camaatın gözü qarşısında. Bu səhnə bütün kanallarda yayımlandı. Demək, püşk zamanı Rəşad Məcidə ev yuxarı mərtəbələrdə düşüb. O da elə hey və yavaş-yavaş Vüqar Səfərliyə deyir ki, mənim mənzilimi dəyiş aşağıya. Səs də aydın eşidilir. Düz beş-altı dəfə dedi. Birdən Vüqar Səfərli Rəşadın üstünə qışqırdı ki, ay qardaş, sən nə istəyirsən, qoy işimizi görək də. Rəşadın yerinə utandım..."
Kəramət Böyükçöl qeyd edib ki, Rəşad Məciddən fərqli olaraq vətənini, xalqını, dövlətini çox sevir: "Rəşad vətənin məmurlarını çox sevir, mən şəhidləri, əlilləri, müharibə iştirakçılarını. Rəşad vətənin bütöv yağlı yerlərini sevir, mən vətənin sınıq, əzik-üzük yerlərini. Rəşad birinci sırada oturmağı sevir, mən arxa sırada, Rəşad mətn yaza bilmir, mən mətn yazıram... Bax, bizim əsas fərqimiz budur. Milli-mənəvi və əxlaqi dəyərlərimizi, Azərbaycan Milli Elmlər Akademiyasını, Bakı Dövlət Universitetini, onların keçdiyi tarixi yolu mən Rəşid Məciddən yaxşı bilirəm və yüksək qiymətləndirirəm. Sabirin, Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin dəyərini mən Rəşad Məciddən çox bilirəm. Adlarını çəkdiyim bu milli-mənəvi, əxlaqi dəyərlərə Rəşad Məciddən fərqli olaraq böyük hörmətim var. Mən bütün yazılarımda Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin qabağındakı budaqları sınmış körpə bir ağacın dərdinə ağlamışam. Rəşad Məcid bu ağacın dərdinə ağlaya bilməz, çünki o ağacı Rəşad Məcid və Rəşad Məcid kimilər sındırıb. Azərbaycan Yazıçılar Birliyinə ən çox inamsızlıq və hörmətsizlik Rəşad Məcidə görə yaranıb. İndi də Milli Elmlər Akademiyasına “əl” atır. Mən Sabiri, Əhməd Cavadı, Bəxtiyar Vahabzadəni, Azərbaycan Milli Elmlər Akademiyasını, Azərbaycan Yazıçılar Birliyini Rəşad Məcid kimi böyük mənimsəmə hissinə malik olanlardan qorumaq istəmişəm. Rəşad Məcid həmişə yağ içində böyrək kimi yaşayıb, amma mən kirayə evlərdə böyümüşəm, atam kirayə pulunu verə bilməyəndə yanımda utanıb. Amma Rəşad Məcid heç vaxt utanmayıb, hətta evə görə Vüqar Səfərli onun üstünə qışqıranda da utanmadı. Rəşad Məcid məni Yazıçılar Birliyinin üzvlüyündən çıxarmaqla hədələyir. Bacarırsa, eləsin! Onsuz da o, həmişə istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyindən uzaq salıb. Həm beləsinə, həm eləsinə. Rəşad Məcidddən düz iki dəfə müsahibə almışam. Sonra o həmin müsahibənin mətnini məndən alıb düz beş gün redaktə eləyib, yenə ürəyi soyunmayıb, müsahibə çap olunandan sonra məndən narazı qalıb. İndi mənimlə onun davasını çəkir. Rəşadın “11 sentyabr” hekayəsindən başqa heç nəyi yoxdur. Amma yazıçıdır, AYB katibidir. Jurnalist kimi yadda qalan bir məqaləsi yoxdur. Hətta "525-ci qəzet" ona görə məşhurlaşddı ki, onun redaktoru Səbuhi idi. Nə vaxt ki Rəşad baş redaktor oldu, o qəzet də batdı. Adamın Azərbaycan ictimai-ədəbi həyatında bir önəmli yazısını, imzasını, sözünü deyə bilməzsiniz. Amma adam hər yerdədir. Çünki özünün yeri yoxdur. Bu qədər mal-mülk sahibi olan Rəşad Məcid başqa bir evə yiyələnməklə də növbəti kasıbın haqqını mənimsədi. Aynur Camalqızı xahiş edib, bir jurnalisti kirayədən qurtaranda Rəşad xahişlə özünə 40-cı evi də aldı. Adam bu yaşda adının gənc qızlarla hallanmasını fəxrlə ictimailəşdirməkdən zövq alır, çünki onunçün əxlaq anlayışı sözün bütün mənalarında nəfsin altındadır. Hədə-qorxu, şantaj, özünü böyük göstərmək istəyi cılız və istedsdsızların işidir, çünki onlar qazandıqlarına layiq olmadığını gözəl bilirlər. Hər yeni gənc Rəşad üçün potensial düşməndir. Rəşad MKM-də jüri oldu. Hansı göstəricisi ilə? Jüri kimi onun səs verdiyi romanlara baxın, ən zəif əsərə ən yüksək qiyməti verən də, ona-buna zəng edib qrup yaradan da Rəşad idi. Biabırçı uğursuzluğa düçar olanda da dünənə qədər təriflədiyi MKM-dən çıxası oldu. Yazıçılar arasında jurnalist, jurnalistlər arasında redaktor, redaktorlar arasında yeyib-içən oğlan... Bu adamın özünü yamadığı sferalarda statusu bunlardan ibarətdir. Bir əsas məsələ də var. Görünür, getdikcə dirilən bir cəmiyyətdə Rəşad çox acizdir. Görünür o mənimlə, mənim mənsub olduğum ədəbi gəncliklə bacarmır. Çünki Rəşadın ömrü çoxdan qurtarıb, o hal-hazırda mənə elə gəlir ki, kiminsə ömrünü yaşayır. Rəşad müti cavanlar arasında qüdrətli görünür. O, heç vaxt mənim yanımda güclü görünə bilməz... Görür gücü çatmır, axırda şantaj yolunu tutur. Rəşad Aynur Camalqızını şantaj edir ki, o məni işdən çıxarsın. Aynur xanımla heç vaxt müdir-işçi münasibətimiz olumayıb, o həmişə rəhbərlik elədiyi media qurumunun bütün işçiləri kimi mənimlə də dost kimi rəftar eləyib. Aynur Camalqızı sabah məni işdən çıxarda da bilər. Mən iş yerimi itirməkdən qorxmuram. Amma Rəşad Məcid bilsin ki, ondan fərqli olaraq, işdən çıxarılmağım mənim ölümüm deyil. Qoy elə itən iş yerimiz olsun, şərəfimiz, ləyaqətimiz itməsin..."
Xatırladaq ki, dünən Yazıçılar Birliyinin katibi Rəşad Məcidinin rəhbəri olduğu “525-ci qəzet”də publika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camal barədə ağır tənqidi yazı dərc edilib. Tənqidə səbəb A.Camalın media qrupuna daxil olan “Teleqraf” saytında Kəramət Böyükçölün “Elmlər Akademiyasının yeməkxanası” adlı yazısı olub. /savash.org/

Комментариев нет:
Отправить комментарий