Azərbaycanın İran və Rusiya ilə münasibətlərinin pis olması, hamıdan çox ermənilərə lazımdır. Regionun üç güclü faktorundan, ən güclü iki faktorundan düşmən obrazı yaratmaq hamıdan çox ermənilərin işinə yarayır. Regionun üç güclü faktoru- Rusiya, İran və Türkiyədir ki, Azərbaycan üçün bunların ən zəifi Türkiyədir. Türkiyə ilə Azərbaycanın cəmi-cümlətanı 11 km sərhədi var, o da Naxçıvanla, o Naxçıvanla ki onun özünün ölkənin digər hissələri ilə əlaqəsi yalnız İran vasitəsilədir. İran Azərbaycana pislik etmək istəsə idi, öz ərazisi vasitəsilə Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrinə izn verməzdi. İmkan verməzdi ki, Azərbaycandan Naxçıvana silah-sursat, döyüş texnikası, əsgər və zabitlər İran ərazisi vasitəsilə göndərilsin. Bircə bu fakta baxın və sonra İranı erməni sifarişi ilə azərbaycanlılar üçün düşmən elan edin... Bəzi bədbəxtlər elə hesab edirlər ki, Rusiya və İran öz dövlət və milli mənafelərini bu boşboğazların təkid və tələbi ilə bunlara qurban verməlidir. Sən gedib İran ərazisinə iddia edəndə, Rusiyaya qarşı qara piarda iştirak edəndə onlar nə etməlidirlər? Sənə xoş gəlsin deyə Ermənistanı xəritədən silməlidirlər ki? Özü də o zaman ki, sənin strateji müttəfiq adlandırdığın Türkiyə belə bu son 25 ildə həmin Ermənistanla münasibətlərini yaxşılaşdırmağa çalışır... Ağlın olsun, elə siyasət yürüt ki, dost qazanasan, düşmən yox, özü də o kəslərlə ki, regionun əsas oyunçuları və gücləri onlardır. Regionun İran və Rusiya kimi dövlətlərindən düşmən obrazı yaratmaq və onlara qarşı nifrət formalaşdırmaq müxalifət və mediamıza sızmış erməni diversantlarının işidir.
***
Azərbaycana 200 milyon dollar qıyıb verməyən qardaşın evinə 20 milyard yatırım edən azərbaycanlılar... Dövrünün ən yüksək texnologiyalarını, qızılını, misini, dəmirini, bahalı avadanlıqlarını dəyər-dəyməzinə Türkiyəyə satıb əvəzində bakuş və saqqız gətirən azərbaycanlılar... Keyfiyyətli və qiymətli alimləri gedib türk universitetlərində dərs deyib Türkiyə üçün kadrlar yetişdirən və oradan bura şou-biznes gətirib burada rəşidlərin, şövkətlərin, müslimlərin, rübabələrin yerinə bülent-ersoylar yetişdirən azərbaycanlılar... Bəlkə ayılasınız?..
***
Bunların “idmanımız inkişaf edir” iddiası da özləri kimi boşdur... Bir ölkənin ki, Olimpiya komandasının 70%-i xarici legioner ola, yəni ölkədə beynəlxalq yarışlara göndərməyə idmançı tapmaya və buna görə xaricdən idmançı cəlb edə, onun idmanın inkişafından danışmağa haqqı varmı? Mən əminəm, bu ölkədə şərait yaradılsa, çox idmançılarımız var ki, boyük uğurlar qazanarlar, sadəcə korrupsiya imkan vermir. Məsələn, gedib Braziliyadan küçədə futbol oynayan kasıb uşaqları dəvət edirlər ki, gəlin sizə ayda 2000 dollar maaş verək, qalmağa yer, kef çəkməyə şərait düzəldək, burda onsuz da acından ölürsüz, ancaq sizinlə müqavilədə göstərəcəyik ki, size 500 min dollar pul vermişik... Sonra da o pulu qoyurlar ciblərinə, burda ise yarışa gedən uşaqların valideynləri onların xərclərini ciblərindən ödəyirlər. Mən instituta girənə qədər, yəni yeniyetmə vaxtımda dövlətin hesabına SSRİ-nin yarısını gəzmişəm. Bizi yarışlara aparanda bütün xərcimizi üzvü olduğumuz klub ödəyirdi. Təsəvvür edin, dəfələrlə Ukraynada, Belorusda, Pribatlikada, Orta Asiya respublikalarında olmuşduq, hamısı da dövlətin hesabına. Bu hələ kiçik yaşlı, elə də ümumittifaq və beynəlxalq əhəmiyyəti olmayan yarışlar idi. İndi isə belə pullar silinir, uşaqlar isə valideyn hesabına yarışlara gedirlər. Hansısa istedadın valideyninin imkanı olmasa, o istedad batıb getməlidir, əvəzində bunlar gedib xarice bir ətək pul xərcləyib idmançı cəlb edirlər ki, ölkə idman uğur qazansın və möhtərəmin uğuru kimi dünyaya sırınsın. Guya dünya eşşek zaddır, idmançıların soyadını görənde anlamır ki, bunların Azerbaycana aidiyyatı Tənzilə Rüstəmxanlının səfəvi genetikasını müəyyənləşdirə bilməsi qədərdir...
***
Farsın şovinisti ilə türkün şovinisti, farsın ateisti ilə türkün ateisti, farsın zındıqı ilə türkün zındıqı, farsın kommunisti ilə türkün kommunisti, farsın demokratı ilə türkün demokratı, farsın sünnisi ilə türkün sünnisi, farsın vahhabisi ilə türkün vahhabisi, farsın əyyaşı ilə türkün əyyaşı, farsın narkomanı ilə türkün narkomanı, farsın fahişəsi ilə türkün fahişəsi eyni ağıla, eyni təbiətə, eyni nəfsə, eyni ambisiya və emosiyaya sahib ola bilərlər, farsın şiəsi ilə türkün şiəsi yooox?! Niyə hesab edirsiz ki, farsın şiəsi türkün şiəsindən fərqlənir və öz əqidəsində riyakardır? Heç bir farsı sünnilikdə, yaxud vahhabilikdə və ya demokratiklikdə riyakar olmaqda ittiham etmirsiz, ancaq nədənsə fars və türk şiələri arasına nifaq salıb onları milli-ayrıseçkiliyə sövq edirsiniz...
***
Nisbətlə götürülsə, Paşayevler daha alicənab, daha mədəni, daha tərbiyəli, dövlət işlərində təmsil olunmağa daha layiqdirlər, nəinki onların konkurentləri...
***
Nə qədər axmaq olmaq lazımdır ki, qonşu iki Rusiya və İran dövlətinə qarşı kin təbliğ edib bu ölkədə siyasətlə məşğul olduğunu və hakimiyyətə gəlmek arzusunu bildirmək iddiasında olasan?! Nə qədər gönü qalın olmalısan ki, Elçibəyin 23 il bundan qabaq etdiyi səhvi bu gün bu informasiya savaşı, bu geopolitik maraqların toqquşduğu zaman və məkanda təkrar edəsən. Və bir də utanmadan ölkənin taleyinin həll olunmasına iddialı olasan! Bütün bunlarla da yanaşı hələ bir özünü ağıllı da hesab edəsən.
***
Asqıraq boyda ərazisi, əhalisinin sayı və ən əsası təfəkkürü olan bir ölkənin durub regionundakı güclərin üstünə öz aləmlərində xoruzlanmaları, bilmirəm gülməli məsələdir, yoxsa ağlamağlı... Bunların asqıraq boyda təfəkkürlərinə sığmır ki, heç vaxt gücün çatmayacağı birindən düşmən obrazı yaratmaqla özündən başqa həç kesə ziyan verməyəcəksən.
***
Gülənə və gülənçilərə bir zərrə də acımıram, çünki onlar burda Socar kimi şirkətdə, təhsil nazirliyi, prezident aparatı və parlament kimi yerlərdə özlərinə yuva salmışdılar. Bu gün xalqın belə vəziyyətə salınmasında da birbaşa və dolayısı ilə iştirak ediblər. Ona görə də acımaq yoxdur!
***
Dünən gecə Habertürkdə bir siyasi ekspert gözəl bir fikir söylədi, xoşum gəldi. Dedi ki, kürdlər, mən kürdəm, özgürlük istəyirəm - dediyi zaman olur öz haqqını, hüququnu qoruyan bir toplum, mən türk isə özümə “mən türkəm” deyərkən, bu olur faşizm... Niyə? Maraqlı sualdır, deyilmi?
***
20 ildir ki, sionizmin maliyyələşdirdiyi media təsisatları, müxtəlif ictimai və siyasi qurumlar İrandan düşmən obrazı yaratmağa çalışırlar, ancaq yenə də İranın dini ve siyasi xadimlərinin səbrli və səbatlı səyləri nəticəsində İrana qarşı formalaşdırılmış blokada darmadağın olur, insanlar artıq həqiqəti görməyə başlayırlar. Ucuz təbliğata aldanmayın.
Комментариев нет:
Отправить комментарий