Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin ölüm hökmünə hələ 2013-cü ildə, "kriminal aləmin generalı" Aslan Usoyanın qətlindən sonra qərar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rosbalt.ru" saytı yazıb.
İstanbulda baş vermiş qətl hadisəsi ilə bağlı məlumatı olan mənbələrdən biri "Rosbalt"a bildirib ki, Rövşən Canıyev avqustun 17-də gecə saatlarında İstanbulda hotellərdən birinin restoranında komandasının üzvləri ilə görüşüb.
"Daha sonra Rövşən hoteldən çıxıb və sürücüsünün olduğu "Range Rover" markalı avtomobilinin arxa oturacağında əyləşib. Avtoritetin maşınını arxadan içərisində bir neçə mühafizəçinin olduğu digər bir avtomobil müşayiət edib. Rövşənin içində olduğu "Range Rover" yerindən tərpənən zaman, arxadakı maşın gözləmə mövqeyini seçib. Məhz bu, həmin maşındakı şəxslərin ölümünün qarşısını alıb.
"Range Rover" gözlənilmədən ağır atəşə tutulub. Atəş açanlar ən azı 3 nəfər olub. Onlar mühafizəçilərin olduğu avtomobili də güllə-baran etmək istəyiblər. Lakin sürücü sürətlə geri sürüb və hadisənin baş verdiyi ərazidən uzaqlaşıb.
Çoxlu güllə yarası almış Rövşən xəstəxanaya çatdırılıb, lakin orada həyatını xilas etmək mümkün olmayıb. Canıyev doğma vətəni Azərbaycanda dəfn olunacaq", - mənbə söyləyib.
Eyni zamanda adıçəkilməyən mənbənin sözlərinə görə, Rövşənin qətlinin təşkilatçıları kürdlər olub: "Onlar daha öncə "Ded Həsən"in ölümündə günahkar bildikləri Lənkəranskidən intiqam almaq istəyiblər. Aydındır ki, bu qətliamı törətmək üçün digər "vorzakon"lar kürdlərə külli miqdarda pul ödəyiblər". /miq.az/

Комментариев нет:
Отправить комментарий