31.08.2016

Zahid Qaralov: Mən Fətullah Gülənin kitabına ön söz yazmışam

Zahid Qaralov: “O, dünyanın məşhur filosofları ilə müqayisə olunacaq şəxsiyyətdir”

“Azərbaycanda Türkiyə liseylərini bağlamaq barədə təkliflərlə razı deyiləm. Düşünürəm ki, türk liseylərinin imkanlarından daha da yararlanmalıyıq. Olimpiadada iştirak edən və qızıl medallar qazanan şagirdlərin böyük əksəriyyəti türk liseylərini bitirənlərdir. Biz əvvəlcə öz milli orta təhsil sistemini inkişaf etdirməli, sonra kənardan idarə olunan təhsil ocaqları ilə bağlı danışmalıyıq”.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sabiq deputatı Zahid Qaralov bildirib. Z.Qaralova görə, “nurçuluq” deyilən dini təriqətin yaradıcı Səid Nursi və hazırda Amerikada yaşayan Fətullah Güləni türklüyün və ya İslamın düşmənləri kimi təqdim etmək doğru deyil: “Mən Fətullah Gülənin kitabına ön söz yazmışam. O, dünyanın məşhur filosofları ilə müqayisə olunacaq şəxsiyyətdir. Onun dövlətçiliyə nə zərəri ola bilər? Adam təhsili, oxumağı təbliğ edirsə, onu alqışlamaq lazımdır. Düşünürəm ki, Türkiyədə “nurçuluq” adı altında Gülən məktəblərinə qarşı açılan mübarizə Ərdoğan siyasətinin qüsurlu tərəfidir. Şəxsən mən Ərdoğanın bu siyasətini dəstəkləmirəm”.

Комментариев нет:

Отправить комментарий