Aftandil Babayev: Təsəvvur edin bir amerikalı deyir ki, “mənə amerikalı deməyin, mənim dədə-babalarım ingilis olub”. Ya da desin ki, “ABŞ-a nə olur olsun, təki İngiltərəyə bir şey olmasın''. Deməz də, bu köpəyin oğlu deməz! Ona görə də elə amerikalıdı, Amerika bu qədər güclüdü. Bizdə isə hələ də “bizə azəbaycanlı demööön, biz azərbaycanlı dəyilik, Stalin admızı dəyişif” və s. kimi əcayib, iyrənc fikirlər səsləndirirlər.
İndi gəl bu bədbəxtlərə başa sal ki sən bir vətəndaş kimi azərbaycanlısan, milliyyətin turkdu, talışdı nədi, fərqi yoxdu. Azərbaycanlı Azərbaycanda yaşayan millətlərin toplusunun adıdı, yəni xalqın adı. Bu xalq isə taliş, ləzgi, turk və s. millətlərdən formalaşır. Yəni xalq ayrı, millət ayrı şeydi. Bəsdirin də ətimizi tökduz, bunu anlayın artıq!
Elçin Bayramlı: 2 gündü bir dəstə adam küyə düşüb Çinlə bağlı dezinformasiyalar yayırlar. Bunlar 2 qrupa bölünür. Birincisi məqsədli moşenniklərdir ki, tabe olduqları Amerika mərkəzlərinin yalanlarını camaatın beyninə doldururlar. İkinci qrup isə sadəcə sadəlövh, romantik gənclərdir ki, küyə düşüblər. Əslində isə Çində uyğurlarla heç bir problem yoxdur, tam əmin-amalıq şəraitində yaşayır və kef edirlər. Belə montaj şəkil və videoalara baxıb vay-şüvən salanlara gülməyim gəlir; onlara heç cür çatmır ki, amerikanlar indiyədək yüzlərlə dəfə belə yalanlar yayıblar, lakin bircə dənəsi belə doğru çıxmayıb. Çinin ardıcıl olaraq dünyada əsas mövqeləri ələ keçirməsi bu qlobal quldurların xoşuna gəlmir. Bir neçə gün əvvəl Uyğur regionundan gələn tanışım bizim fb-dəki şəkillərə və videolara baxıb gülməkdən keçinib. Arif Quliyev demişkən, sənin oyununuz olsun...
Musarza Kadusi Mirzəyev: Amerikadan soruşmaq lazımdır ki, ölkənizdən min kilometrlərlə uzaqlıqda olan suveren dovlətlərin ərazilərində hərbi bazalar yaratmağa sizə kim icazə verib? Bütün Ukrayna Rus torpağıdır, qədim Rus dovlətinin paytaxtı Kiyev şəhəri idi, lazım gəlsə, Rusiya bayrağı Kiyevdə dalğalanacaq.
Elxan Zaman: Politoloqlar elə danışır ki, elə bil 2 milyon azərbaycanlı Rusiyada yox, 2 milyon rus Azərbaycanda pul qazanırlar.
Rasim Hüseynov: İctimai tv-də bir il bundan qabaq xəbər başlığı: Müxalifət qüvvələri diktator Bəşər Əsədə qarşı silahlı müqaviməti davam etdirir. Bu günkü xəbərlərdə başlıq: Suriya ordusu terrorçulara qarşı amansız döyüşləri davam etdirir. Balans fərqi göz qabağındadır. Nə vaxt öz fikriniz olacaq? Nə vaxt vicdanınız olacaq? Gərək elə Putin Xəzərdən raket atsın ki, gözünüz açılsın?
Sabir Şindani: Səudlər özləri yəhudidirlər, müsəlmanlara rəhbərlik edirlər, odur ki Səudiyyə Ərəbistanı 100% şeytan dövləti kimi səciyyələnə bilər.
Çingiz Həmidov: Hansısa filosofa sual verirlər ki, ay brat, səncə tarixin gedişatını ən çox Sezar dəyişib, yoxsa Napoleon? O da deyib ki, onları bilmirəm, amma tarixin gedişatını heç kim tarixçilər qədər dəyişə bilməyibdir. Mən durub rəsulzadəçi gənclərə mənbəli rus tarixindən sitatlar gətirsəm, o da gedib bir kayfulla azərbaycanlı tarixçinin biryerlərindən uydurduğu sitatları sunacag. Odur ki polemikalar gərəksizdir. Rəsulzadəpərəst olmaqdansa, ailəpərəst olmaq daha yaxşıdır, ailəsinə bir xeyri olmayan, tüfeyli insanın cəmiyyətə bir xeyri ola bilməz. Belə gəncdən nəinki anarxist, inqilabçı, heç yarpaq dolması da olmaz.
Rusiya Dağılacaq: Avropa siyasətində çoxdanın həqiqəti məlumdur: əgər hardasa uğurla, davamlı döyüşən “anarxist”, “sosialist” və s. dəstələr peyda olursa, deməli bütün bunların arxasında müəyyən qərargah durur. Çünki arxa cəbhəsiz, nizamlı ordusuz müharibə mümkün deyil, istənilən “anarxist dəstə” ən qısa müddət ərzində məhvə məhkumdur. Eləcə də elçibəyçiliyin fenomenal uğurunun səbəbi heç də hansısa şeytani dahilikdə yox, elçibəyçilikdə maraqlı, onu daima qidalandıran, növbəti tarixi sıçrayışa hazırlaşdıran konkret qərargahdadır. Konkret qərargah zabitlərinin adlarını biz heç vaxt bilməyəcəyik, amma arxa cəbhəni yaxşı bilirik.
Faiq Mirzəyev: Türkiyədə mən 1995-ci ildə ilk dəfə olanda küçələrdə uşaqlar ayaqqabı təmizləyirdilər, bu günkü günə qədər bu cür hal davam edir. Şükir bizdə belə hallar olmayıb, o da rusların hesabına! Yaşasın Sovet Birliyi, o gözəl quruluşu unutmayaq!
Təranə Əliyeva: Maklerlərin yarıdan çoxu qaçqınlardır. Torpaq alveri onlara güzəran verdi...
Buta Kompüter: Ermənini bizə qarşı qaldıran İngiltərə-ABŞ və onun agenti Qorbaçov idi. Biz isə ABŞ-a neft satırıq. ABŞ-la guya dostluq edirik. Öz gözümüzda tiri görməyib iranda çöp axtarırıq.
Müttəqi Bərməki: İranda Azərbaycan bayrağı səhvən tərsə asılanda qeyrəti cuşa gələn “şirlər”, Türkiyədə Azərbaycan bayrağı şüurlu şəkildə polis tərəfindən zibil yeşiklərinə atılanda kor pişiyə döndülər. İranda qeyri-qanuni jurnalist fəaliyyəti göstərdiyi üçün hansısa Azərbaycan vətəndaşı həbs ediləndə küçə arvadları kimi ağızlarını açıb söyüşlər yağdıran millətçilər, Türkiyədə demək olar hər ay öldürülən Azərbaycan qızlarının şəkillərini və faciəli tarixçələrini qəzetlərdən oxuyanda qeyrətsiz-liberal-tolerant zibilə çevrildilər.
Kəramət Böyükçöl: AYB-nin ən böyük problemi və ən böyük yarası Rəşad Məciddir. Rəşad Məcid AYB-dən birmənalı şəkildə uzaqlaşdırılmalıdır. Çünki Rəşad Məcid istedadsız, təpədən-dırnağa ədəbiyyata dəxli olmayan, ədəbiyyatdan 525 kilometr uzaqda olan bir adamdır. Rəşad Məcid AYB-ni hörmətdən salır. Rəşad Məcid AYB-də gənclər üzrə katibdir, ancaq ona hörmət edən, rəğbət bəsləyən bir nəfər də gənc yoxdur.
Ağalar Qut: Şah İsmayıl guya anasını öldürübmüş. Bu da ərəblərin Babəkə nifrətlərindən uydurduqları iftiraya oxşar Osmaniyyə qaynaqlı iftiralardan biridir. Yaxşı, lap deyək öldürüb, bəs Səlimin öldürtdüklərini niyə demirsiniz?! Səlim böyük qardaşı Qorqudu və onun oğlunu, böyük qardaşı Əhmədi və onun oğlu Qasımı, mərhum böyük qardaşı Şehinşahın oğlu Mehmeti, mərhum böyük qardaşı Mahmudun beş oğlunu birdən (Musa, Mehmet, Osman, Emin, Orxan), mərhum böyük qardaşı Aləmşahın oğlu Osmanı, hətta öldürtdüyü qardaşlarının arvadlarını da öldürtdürmüşdür! Bu adam kiçik qardaş olduğu üçün ona düşməyən hakimiyyəti ələ keçirmək üçün qətliam törədib, qətliam!
Hüseyn Zadə: Rus düşməndir, Fars düşməndir, sən demə gürcülər qədər bizə düşmən millət yoxdur, türkün türkdən basqa dostu yoxdur, Azərbaycan türk torpağıdır və s. bu kimi Turkiyədən Azərbaycana gətirilmiş şüarlar yerli pantürkist ruporlar olan Dilavər Əzimli, Fazil Mustafa, Qənirə Paşayeva, Nizami Cəfərov və s. bu sıradan olan burnunun ucundan uzağı görə bilməyən pantürkistlər tərəfindən səsləndirilir. Bu ideologiya gənclərin düşüncəsinə yeridilir. Dövlət bu işdə onları passiv dəstəkləyir. Azərbaycanda olan azacıq sağlam səslər bu prosesin qarşısını ala bilməz. Dəhşəti odur ki bu düşüncə tərzi Azərbaycanı tam süquta uğratmadan aradan gedən deyil. Bizim əsas məqsədimiz gələcəkdə qaçılmaz olan bu siyasi və ictimai, bəlkə də hərbi zəlzələlər nəticəsində baş verəcək dağıntılar zamanı sağlam qüvvələri qoruyub saxlamaqdır.
Qoşqar Əhmədov: Mən hər qabağıma keçən rusla, rusiyalı ilə Putindən, Qərbdən, ABŞ-dan söhbət açıram. Birmənalı olaraq bütün rusiyalılar Putini sevir, Qərbə, ABŞ-a nifrət edir. İçlərində “keçibəylər” azdır Rusiya xalqının.
Hafiz Mirzə: Masonlar “demokratiya”, “söz azadlığı”, “müstəqillik”, “xalqların öz müqəddəratını sərbəst həll etməsi” və sair bu kimi qondarma ideyalarla SSRİ-ni dağıtdılar, buradakı xalqları bir-birinə düşmən etdilər.
Şəhid İbn Kərbəla: Ağlı olan düşünür, görür və nəticə çıxardır! Türkiyə NATO üzvüdü- bu kifayətdi ki, İslam düşməni olması bilinsin!
Fariz Babayev: Bir zootexniklə söhbətim oldu. Deyir 1995-ci ildə sovxozların dağıdılmasının əmri gəldi. Sovxozda olan 1000 baş mal-qara qəssablara satıldı baha qiymətə. Dövlət qiyməti isə satılan qiymətdən ən azı 20 dəfə ucuz idi. Yığılan pullar isə yuxarıya getdi!
Hacı Yavər: Kim ki camaatın xeyrinə çalışır, ona diktator deyirlər. Kim ki millətin qanını sovurur, ona demokrat deyirlər. Allah çatsın dadımıza. Dünya hara gedir?
Qızılbaşlar Fədai: Mən bütün Əhlibeyt aşiqlərine üzümü tutub deyirəm ki, mulahizələrdə bizlərə dəstək olan Putinin adını qeyd etməyi unutmayın, çünki haqqı itirmək olmaz. Qoy kafirlərin ürəyi partlasın.
İlqar Balayev: Gəlin ətiraf edək ki, məktəbdən yadımızda qalan yalnızca bunlardır: kuti, lullubi, turukki.
Etibar Zeynalov: Ruslar əvvəl də Qarabağı qaytarmaq fikrində olublar. Dediyiniz kürdlər və ya başqa İsrail tulaları Qarabağdan istifadə edib görmədikləri pulları qazandılar.
Azər Zeynalov: Ümumiyyətlə hal-hazırda xalqı əzən və bütün sərvəti daşıyanlar gülənçilərdi. Onlarla mübarizə lazımdır. Xalq bunu belə də anlamalıdır.
Zühura Az Qaldi: Keçmişdə monqollar gəlib bu abbasilərin başını əzməsəydi, indi şiələrdən əsər-əlamət yox idi. Belə hadisə çoxdur tarixdə.
AnarXist Anar-Xist: Amerikanın daxili işlərinə qarışmaq kimi çıxmasın, amma Gülən Türkiyəni Əfqanıstana çevirəcək...
Mahir Əliyev: Dinimiz elə sovet zamanında var idi! Dinimizi müstəqillik əlimizdən aldı.
Rafiq Eyyubov: Türkiyə bizi bakkuşla, teksunla məhv etdi.
Azər Abdulov: Rusiya tərəfdarlarının adını 5-ci kolon da qoysalar, biz onları vətənpərvər, Azərbaycan xalqının xilası uğrunda mübarizə aparanlar kimi tanıyırıq. Azərbaycan indiyə kimi onun-bunun diqtəsi ilə oturub durub, yəni başqa olkənin müstəmləkəsi olub. Rusiyanın da, Rusiya tərəfdarlarının da məqsədi xalqın xeyrinədi, bir qrup adamın yox.
Vüqar Əli: Ofisiant işləyirdim, “Arçelik”in Azərbaycan nümayəndəsi var idi, it oğlunun adı da yadımdan çıxıb. Deməli, bizim gənc qızların ad günü banketiydi, yaşları uzağı 16 olardı. Bir qız uşağı xoşuna gəlmişdi. Mənə birinci 100 dollar təklif elədi ki, qıza onun nömrəsini verim. Birinci istəyindən hara getməli olduğunu dedim, əsəbimdən söyüşlə başa saldım, sonra dedi sən ofisiantsan, götür bu nömrəni, bu da 300 dollar, get nömrəmi qıza ver. Əlbəyaxa oldum bu şərəfsizlə. Söhbəti yox, meşə çaqqalsız olmaz deyiblər, amma nəsə bu Türkiyə meşələrinin çaqqalı ağacından çoxdu.
Nəbi Mehtiyev: Bakı və Bakıətrafı bütün bələdiyyə sədrləri yerazdılar. Ordakı torpaqları ermənilərə satıb, indi də burdakı torpaqları satırlar.
Asif Nurlayev: Türkiyədən Azərbaycana dost olmaz, onun əksini deyən türkün bizi qardaş kimi istəməsinə dəlil gətirsin, cavabını da alsın.
Əhməd Rəhmanov: Əgər bugünün müxalifəti bank yarmırsa, xaricdən maliyyələşmirsə, deməli Iqtidarın əlinə baxır. Bahalı maşınları, mərkəzdəki ev və ofisi başqa nə ilə alıb saxlamaq olar?! Tak cto, brat, geydirmə müxalifətin islahatı da geydirmə olar. Əl çək bu məhəbbətdən, get özünə başqa yar axtar.
Комментариев нет:
Отправить комментарий