15.08.2016

Nikolay Patruşev: ABŞ Rusiyanın zəngin sərvətlərini ələ keçirmək niyyətindədir

Rusiya Təhlükəsizlik Şuraşının sədri Nikolay Patruşev bildirmişdir ki, ABŞ Rusiyanın parçalanması üçün məkrli planlar qurur. “Moskovski komsomolets”qəzetinə müsahibəsində Patruşev Rusiyanın təbii sərvətlərini ələ keçirmək məqsədilə Vaşinqtonun niyyətlərini açıqlamışdır.
Rusiya Təhlükəsizlik Şuraşının sədri demişdir: “ABŞ rəhbərliyi özü üçün hədəf nişanlayıb- dünyada hakim mövqe tutmaq. Bununla əlaqədar onlara güclü Rusiya lazım deyildir. Əksinə, onlara maksimal dərəcədə bizim ölkəni zəiflətmək lazımdır. Həmin məqsədə nail olmaq üçün Rusiyanın parçalanması da istisna edilmir. Bu, Rusiyanın malik olduğu zəngin ehtiyatlara Birləşmiş Ştatların yolunu açar. Onların fikrincə, Rusiya həmin sərvətlərə layiq deyildir”.
Patruşevin fikrincə, Vaşinqton Rusiyanın hissələrə ayrılması üçün katalizator rolu oynamağa çalışır. O demişdir ki, “hal-hazırki konfliktin səbəbkarı ABŞ-dır və Avropa onun hökmünə tabedir”.

Комментариев нет:

Отправить комментарий