Ola bilsin yazım bir az uzun oldu,amma yazacaqlarım ADR hökuməti və müsavat Arxiv materiallarındandır.
Osmanlının Bakını işğal etmə planı 1918-ci ilin fevral ayından hazır idi və sadəcə beynəlxalq qınaqdan çəkinərək məqam gözləyirdi. Məqamsa 1918-ci il Mart soyqırımı oldu. Şərq Orduları komandanı Kazım Qarabəkir paşa ixtiyarındaki "5-ci ordu"nun adını dəyişərək "Qafqaz İslam Ordusu" adı altında, ədliyyə naziri Ənvər paşanın qardaşı Nuru paşanın sərəncamına verərək Qafqaz istiqamətinə yolladı. Belə ki osmanlı işğal qüvvələri Qafqaza daxil olmamışdan əvvəl daşnaklarla SÖVDƏLƏŞMİŞDİRLƏR. Daşnak komandanlığı müəyyən GÜZƏŞTLƏR qarşılığında osmanlıya qarşı vuruşmamaq öhdəliyi götürmüşdür. Bu güzəşt isə Daşnak Ararat respublikasını tanımaq və İrəvanın bu dövlətə paytaxt kimi verilməsindən ibarət idi. Osmanlı həmin öhdəlikləri yerinə yetirdi, Batum müqaviləsiylə Azərbaycan torpaqları hesabına 1500 il sonra daşnak dövləti yaratdı və tarixi Azərbaycan torpaqları olan İrəvan, Göycə mahalı bütünlüklə ermənilərə verildi.
28 May 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndə Osmanlı buna qarşı çıxsa da "ADR-ə kömək" adı altında öz ordusunu Azərbaycana yeritdi. Bakı işğalda olduğu üçün paytaxtı Gəncə olan Azərbaycan hökuməti ilk dəfə Rəsulzadənin başçılığı ilə Nuru paşayla görüşə yollandı. Nuru paşa isə birbaşa Azərbaycanı müstəqil dövlət kimi tanımadığını bəyan etdi.
Həmçinin Azərbaycanda olduqları 5-6 ay ərzində də Azərbaycan hökumətinə etimadsızlıq edərək bir neçə dəfə parlamenti dəyişməyə məcbur etdilər. 1918-ci ilin 15 sentyabrında Bakını Sentro Kaspi diktaturasının işğalından "AZAD" etdikdən sonra Azərbaycan hökumətinə açıq bəyan etdilər ki, "Biz Azərbaycan dövlətini tanımırıq ,Osmanlının tarixi torpaqlarını azad etməyə gəlmişik".
Bakıda qaldıqları 45 gün ərzində minimum 35 min Azərbaycanlını dəyənəklə döyərək, "Haydut" damğası vuraraq, edam edərək qətlə yetirdilər. İşğalın ilk 15 günü ərzində şəhəri büsbütün qarət etdilər. Osmanlı işğalcıları təkcə Nobel şirkətindən 60 min manat, Şəhərlər İttifaqının Yerli Şöbəsindən isə 23 milyon manatlıq əmlak qarət edib apardılar. Daha sonra "Elektriceskaya sila" səhimdar cəmiyyətinin 155 milyon manatlıq, Qafqaz və Merkuri, Əmtəə Ambarları Şərq Cəmiyyətinin, Volqa- Kama ticarət bankının, Qafqaz Pambıq Səhmdar cəmiyyətinin və s. şirkətlərin yüz milyonlarla dəyərində pulunu və əmlakını qarət edib apardılar.
Osmanlı işğal qüvvələrinin qarəti təkcə bununla yekunlaşmırdı. Onlar işğal qüvvələrinin saxlanma xərcini yerli əhalinin boynuna yüklədirlər. Bütün ərzağın onda biri "zəkat" adı altında əhalidən zorla müsadirə olunurdu. Evində bir günlük azuqədən artıq ərzaq saxlayanlar qulaqlarından divara mismarlanırdılar. 1918- ci il sentyabrn 16-da, yəni işğal qüvvələri Bakıya girər-girməz Osmanlı komandanlığı ilə müsavatcılar arasında alcaldıcı müqavilə imzalandı. Bu təzminat müqaviləsinə görə müsavatcılar Osmanlı dövlətinə 2 milyon lirə dəyərində müxtəlif mallar və ərzaq məhsulları verməyə boyun oldular. Ən maraqlısı isə bu idi ki Müsavat bu pulu Osmanlının adından cıxış edən Gəncə Dəmiryolu idarəsinə verməliydi, bu isə o deməkdir ki sözügedən idarə və dəmir yoları birbaşa Osmanlı imperyasının malı elan olunmuşdu.
Daha sonra isə müsavatcılar Anadolu Dəmiryolu və Hərbi limanlar idarəsiylə başqa bir müqavilə bağlayıb, sözügedən quruma 1 milyon türk lirəsi dəyərində ərzaq və digər əmtəələr verməyə boyun oldular.
Osmanlı işğalı zamanı Bakıdan hər gün 44 sistern xam neft daşınıb aparılırdı. Neftin yarısı Tiflisdə alman işğalcılarına təhvil verilirdi, digər yarısı isə Anadoluya daşınırdı.
Və nəhayət Osmanlı birinci dünya müharibəsində uduzduqdan sonra 30 oktyabr 1918-ci ildə bağlanmış "Mudros" müqaviləsinin 11 və 15-ci maddələrinə görə "13-cü-əsrdən bəri Osmanlı dövlətinin ərazisi olan Qafqaz Azərbaycanını Yeraltı və yerüstü sərvətləri ilə birlikdə İngiltərə kraliçasının ixtiyarına verilir".
Bu müqavilənin əsasında heç bir dünya müharibəsində iştirak etməyən Azərbaycan noyabrın ortalarından ingilis generalı Tomsonun ixtiyarına verildi.
avestatalysh.wordpress.com
Комментариев нет:
Отправить комментарий